adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Əkrəm Əylisli

XURAMAN HÜSEYNZADƏ
31520 | 2013-02-02 02:18
"Daşyuxular"ı yayımlanan gün oxudum. Əsəri bitirən kimi olacaqlar gözləriminönündə canlandı: Əkrəm Əylislinin antireklamı reklama çevriləcək; idarəolunmazkütlə maşını yenə işə düşəcək; dostları kədərlənəcək, dost olmayanları(özümüzünkülərə "düşmən" deməyək) sevinəcək; ermənilər isə bayramedəcək... Bir tək Əkrəm müəllimin "Daş yuxular"ın Saday Sadıqlısıkimi cahil təbəqə tərəfindən şil-küt olunmağını təsəvvür edə bilmədim...

***

Əkrəmmüəllim niyə belə elədi? Niyə bunu yazdı? Sirri-müəmmadı gerçəkdən... Tarixitəhrif etdiyi deyilir. Haqsız yazdığı car çəkilir. O isə haqlı olduğunu israredir. Əsər bədiilik kontekstindən çıxıb-sanki Əkrəm Əylisli yeni bir tarixyazıb... Bəlkə də bu qüdrətinə görədir ki, yazıçı hökmdarları ram edir. Repressiyadövrünü indi daha yaxşı anlayıram...

Həqiqətəndə "Daş yuxular" bizim zərərimizə yazılıb. Müəllifini bilmədənoxusaydım, onu azərbaycanlının yazdığına inanmazdım. Tək tarixin təhrifilə,ermənilərə qarşı guya haqsızlıq edilməsilə kifayətlənmir Əkrəm müəllim. Bir dəBöyük bəyin (kütləyə görə bu, Elçibəydir) kimə gəldi silah paylaması,müsəlmanlığın göstəricisinə dəlalət edən sünnət məsələsinin yanlışlığı haqdafikir yürütməsi də romanın həssas elementlərindəndir...

Son andabelə Xocalıdan bir kadr Əkrəm müəllimin gözləri önünə gələ bilərdi. "Qarıdüşmən dost olmaz"-bunu bizdən öncə dünyanın belənçik olaylarını çoxgörmüş babalarımız deyiblər axı... Əkrəm müəllimin diplomatik gedişialınmadı...

***

Cənubiazərbaycanlıların belə bir sözü var: "Su dolu stəkan əlindən yerə düşübsındısa, stəkanı bərpa edə bilərsən, amma suyu yerinə qaytara bilməzsən." Əkrəmmüəllim "Daş yuxular"ı yazdı. İndi əsərdən imtina etsə belə, gecdi. Olanolmuş. Çıxışlarından da görünür ki, heç cür özünə haqq qazandıra bilmir. Arqumentləriəsassızdır. Özü də bilir səhv etdiyini. Bəlkə də bu cür nəticələnəcəyinidüşünməyibmiş...

"Xüsusibir səbəb olmadan nəyisə edirsən. Ona görə edirsən ki, güldürmək,həyəcanlandırmaq, diqqəti özünə cəlb etmək istəyirsən. Sonra adamlar səndənhərəkətini izah etməyi xahiş edəndə, o, sənə mənasız gəlir. "-İsiquroKazuonun "Məni heç vaxt buraxma" romanındandır...

***

Marığa yatmışkütlə psixologiyası görəv başındadır. Əsər rusca tirajlandı. Rusca"da" ilə "net"dən başqa söz bilməyənlər yazıçının eviönündə gözlənilən ənənəvi aksiyanı keçirdilər. Millətimiz kitabqurdu imiş dəxəbərimiz yoxmuş. Bir əlində dönər bıçağı, tərəzi daşı, o biri əlində kitabvarmış da, bilmirmişik. Bir də bizim bu qaraçılığımız, şouya meylliliyimizolmayaydı... Çörəyi çörəkçiyə verməyi yox, çörəkçinin əlindən almaqdapərgarıq...

***

"Avropavə biz" məqaləsi unuduldu, getdi. Rafiq Tağı da cismən getdi. Amma yazıçıRafiq Tağı yaşayır axı... Və yaşayacaq axı...

***

"Böyükgünahları bağışlamaq üçün böyük ürək lazımdı" - bizdən öncəkilər deyib. Birromanı bu qədər dəyərli əsərə bağışlaya bilmərikmi? Əkrəm Əylislinin qaragüruhaverə bilmədiklərinin, daha doğrusu onların ala bilmədiklərinin siyahısınadiqqət yetirək. Hə, bu qədər əziyyətin də müəllifi Əkrəm Əylislidir. Onunalnına xaç çəkməzdən, şəkilini yandırıb yaşına belə baxmadan sayğısızlıqedənlər oxusun, lütfən...

Əsərləri:

"Gilasağacı"

"Dağlaraçən düşəndə"

"Atalarvə atasızlar"

"Mənimnəğməkar bibim"

"Adamlarvə ağaclar"

"Kürqırağının meşələri"

"Ürəkyaman şeydir"

"Bukənddən bir qatarkeçdi"

"Gilənarçiçəyinə söylədiklərim"

"Adamlarvə ağaclar"

"Ədəbiyyatyanğısı"

"Seçilmişəsərləri" (iki cilddə) I cild

"Seçilmişəsərləri" (iki cilddə). II cild

"ƏtirşahMasan"

Tərcümələri

(ruscadan)

MalikHəddad. "Çevrilmiş səhifə" (roman)

HenrixBöll. "O illərin çörəyi" (povest)

KonstantinPaustovski. "Qızıl Qönçə"

ÇingizAytmatov. "Əlvida, Gülsarı"

Filmoqrafiya

"Bağdadaputyovka var..." (film, 2000)

"Çaydaşının göz yaşı..." (film, 1971)

"ƏkrəmƏylisli." İşıq həsrəti (film, 2003)

"Gilasağacı" (film, 1972)

"Həmyerli"(film, 1989)

"Hörmətlialim yoldaşlar" (film, 1971)

"KimdirMəmməd Məmmədov?" (film, 1973)

"Kür -dostluq çayıdır" (film, 1985)

"Müşavirə"(film, 1971)

"Sürəyya"(film, 1987)

"Şəbih"(film, 1971)

"Tənhanarın nağılı" (film, 1984)

"Uludiyar" (film, 1984)

"Üçüncüzəng" (film, 2006)

"ÜrəkYaman Şeydir..." (????)

"Vətəndaşsərnişinlər..." (film, 1971)

"Yüzvədə bir borcu ödəməz" (film, 1971)

XuramanHüseynzadə

[email protected]

TƏQVİM / ARXİV