SÜKUTU ŞEİRƏ ÇEVİRƏN ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
91059 | 2013-02-02 02:15
Ovcumdaəlinin ətri qalıbdı -

Baharçiçəyinin qoxusu kimig

Mənə elə gəlir ki, sükut daha gözəldir. O anaqədər ki, sən o sükutun içində özün-özünlə, öz xəyalınla, xatirələrinlə,düşüncələrinlə, hətta özündən qovmaq istədiklərinlə də baş-başa qala bilirsən. Sənidinləyən, sənə şərait yaradan sükutun içində öz dünyanın özəlliklərini ipə-sapadüzürsən, ifçinləyirsən və bir də baxıb görürsən ki, sənə yer üzündə ən doğmaolan nədirsə onun özü də sükutun içərisindədir. Lap obrazlı desəm, bu sükutgüzgüyə çevrilib onu sənə göstərir. Amma...

Mənə eləgəlir ki, sükutun gözəlliyi onun özünə layiq şəkildə pozulması ilə də yaddaqalan olur. Yəni sükutu pozan, sükutuəks etdirən pıçıltı, nəfəs, hənir, bir sözlə, ruhu oxşayan nələr, nələr. Bax,onda sükutun pozulmasını hiss etmirsən. Çünki sükutu pozanlar sükutunköynəyinə, sükutun cisminə, sükutun ruhuna çevrilir. Bilirsiniz bu necə gözəlolur?..

Bilmirəmifadə edə bildim, ya yox, amma düşünürəm ki, sükut adamları, sükutu sevənadamlar və bir də öz qeyri-adi pıçıltıları ilə sükutu pozan adamlar yəqin ki,məni anlayarlar, nə demək istədiyimin fərqinə vararlar. Digət tərəfdən arzuyla,diləklə pozulan sükutlar da könül oxşayır. Çünki arzuladığının, gözlədiyinin, addım səslərinieşitməyə tələsdiyinin sükutu pozması əslində sənə o sükutun içərisində birqoşalıq, bir cütlük, bir baş-başa qalmaq imkanı verir. Zənnimcə, bundan gözəldünyada heç nə yoxdur...

Öncəimzasını tanıdığım və publisist kimi yazılarını maraqla oxuduğum sükutu pozmağasəsləyən həmkarımın silsilə şeirlərini səhv etmirəmsə, Rəşad Məcidintəqdimatında "525-ci qəzet"də oxudum. Ona görə bu faktı dəqiqxatırlayıram ki, o şeirlərin müəllifi özü "525-ə" üz tutmağınınsəbəbini açıqlamışdı. Doğrudur, ona qədər də Elçin Mirzəbəylinin ayrı-ayrışeirləri ilə qarşılaşmışdım. Amma nədənsə dediyim məqam xüsusi olaraq yadımdaqalmışdı. Sonra onun kitabı ilə baş-başa qaldım. Özü də orijinal tərtibatı olanbu kitabı təqribən üç ay öncə əldə etmişəm və kitabı gözdən keçirdikcə sükutunnecə rahatca pozulduğunu təkcə çevrilən vərəqlərin səsində yox, həm dəmisraların arasındakı nəfəsdən duymuşam.

Səmimietiraf edim ki, mən Elçin Mirzəbəylinin sosial şəbəkələrdə oxuduğumşeirləri ilə yanaşı, bu kitabda ruhumadoğma olan şeirləri arasında nədənsə həmino sükutu tuta bilmirəm. Ola bilsin ki, kitab sosial şəbəkələrdən dahaçox mənə doğma, daha çox canlı olduğundandır ki, mən bu sükutu "Poz busükutu" kitabında yaşayıram, hiss edirəm və şairin misraları onda mənimüçün bir musiqiyə çevrilir... həzin, kövrək, güclə eşidiləcək pıçıltı kimi birmusiqiyə:

Bir sükutiçində məmləkət,

Yorğun vəkimsəsiz-

Qəbristanyolları kimi...

Ölüm uzanırüstümə

Anamınqolları kimi...

Və yaxud:

Salam, uluTanrı, salam, bu mənəm-

Əlləriqırılmış yurdun adamı.

Mavigözlərindən tənhalıq yağan

Ağzı odpüskürən yurdun adamı.

Tarixinalnında izi yol azmış...

Tanrıdərgahından sözü yol azmış.

Bu mənəmqılıncı qınında- yaslı,

Bu mənəm,İlahi dərdin adamı.

Bəli,zənnimcə bu şeir parçaları artıq sizdə də bir ovqat yaratdı. Elə bir ovqat ki,onu ancaq sükutla yaşamaq mümkündür, başqa cür ola bilməz. Yox əgər başqacürdüsə, deməli onda siz hələ o sükutun qapısını açmamısınız. Əgər açsanızmütləq ilk eşidəcəyiniz pıçıltı bu olacaq:

Bir vətəniçində vətənsiz öldü

Küləklərüstündə gəzən sərsəri.

Dünən buşəhər də kəfənsiz öldü-

Geyinkəfənini, bəzən, sərsəri.

Təbii ki,Elçin Mirzəbəylinin şeirlərində təkcə lirik qəhrəman yox, həm də müəllifin özüobraza qoşulub həmsöhbət olur. Bəzən də o qəhrəmanın demək istədiyini dahabərkdən və daha sərt ifadə edir. Görünür, bu da sözü qələmə tabe etdirməkqabiliyyətindən qidalanır. Ona görə də qələm, söz bir-birini anlayır,bir-birini ötüb keçmir, bir-birinə yol verir. Bax, bu şeirdə olduğu kimi:

Namərdkörpüsündən mərdə dönüncə,

Soyunaqayıdan yurda dönüncə,

Ulamaqistərəm qurda dönüncə,

Ulamaqistərəm sabaha kimi.

Bu misralarartıq şairin nəyə işarə etdiyi son iki bəndində təkrar olunan sözdə özünübüruzə verir. Bu işarə soy kökə, bu işarə türkçülüyə, bu işarə inanca, inama və xüsusi olaraq hər birtürk oğlunun içində olan və Göy türklərdən gələn o qədim mifoloji ulamaya gedibçıxır, Boz qurdun səsinə gedib qarışır. Ona görə də cəmi üç bənddən ibarət olanbu şeirin mahiyyəti barədə mənim bu fikirlərim içimin alt qatında mürgüləyənhəmin o ulartını mənə də eşitdirir.

ElçinMirzəbəylinin poeziyasında mənim ən çox diqqətimi çəkən konkretlik, yığcamlıqvə fikir yükünün çəkisidir. Məsələn, onun "Kabus qatar"şeirində təqdim etdiyi məqamlar təkcə Bakıdan Ağdama və yaxud da Ağdamdan Bakıyahərəkət edən qatarı kiməsə xatırlatmaq üçün yazılmayıb. Əslində bu "Kabus qatar"bizim nələr itirdiyimizə, hardan hara gəldiyimizə, içimizdəki Qarabağ, Ağdam,torpaq itkisi kimi ağrılara səpilən duzdu. O duz bizim yaramızı sağaltmaq üçünsəpilməyib, onu bir az da ağrıtmaq, bir az da qanına qərq etmək üçün yazılıb. Misralarafikir verin:

Sükutabürünüb vağzal,

Sükuta...

Bir dilistəyirəm dindirə məni...

Bir əlistəyirəm əlimdən tuta

Ağdamqatarına mindirə məni...

***

Hər gecəAğdama bir qatargedir

Ayrılıqdaşıyır...

Qayıtmırgeri...

Hər gecəAğdamdan bir qatargəlir-

Didərginruhlardı sərnişinləri...

Didərginruhlardı sərnişinləri...

Mən buşeiri oxuduqca təkcə Ağdama qatarla necə, kimlərlə getdiyimi, qatarda hansıməcaraları yaşadığımı deyil, həm də bu qatarın məhz Ağdama getdiyini və məni dəAğdama apardığını dönə-dönə yaşadım... təkrar-təkrar bələdçidən Ağdama nə vaxtçatacağımızı ürəyimdə sükut içində soruşdum... Anladım ki, bu şəhər məni çoxsıxır, bu şəhər məni sıxdıqca mən bu şəhərdə kimsəsizliyimi bir daha az qalagörür və o kimsəsizliyə az qala əlimlə toxunuram:

Bizim buşəhərdə heç kimimiz yox...

Yollaryorğunuyuq, illər yorğunu...

Tanrıdərgahından sevgi dilənən

Göylərəuzanan əllər yorğunu.

Yazılan hərbir şeir dünyaya gələn, doğulan bir canlıdı. Bu sözlərimi yazı adamının, sözadamının özündən razılığı, özünə vurğunluğu kimi qəbul etməyin. Həqiqətəndə mənim dərk etdiyim bu gerçəklik, yənişeirin doğulması çox ağır və əzabverici bir prosesdir. Dəxli yoxdur, doğulanşeir qüsurludu, yoxsa şedevrdi. Bu, sadəcə dünyaya gələn varlıqdı. Uşaq qüsurluda ola bilir, mükəmməl də. Onun hər iki anlamda valideyn üçün o qədər də böyükfərqi yoxdu. Çünki övladın hamısıəzizdir. Bu mənada Elçin Mirzəbəylinin bütün şeirlərində bir təzəlik, birtərlik, bir istilik, bir dünyaya yenidən gəlmə kimi məqamlar var. Həminməqamlar toplum halında şeiri oxucuya sevdirə bilir. Yəni belə baxanda sözlərhamısı tanışdı, durğu işarələri tanışdı, amma bu sözlərin, bu işarələrindüzümü, onların çiynindəki yük, arasındakı nəfəs təzədi. Deməli, dünyaya yenisözün gəlişidi bu. Məsələn:

Gözlərin -

qaranlığıdəlib keçən işıq,

Qollarım -

zəncirtopası,

Ayaqlarım -

torpağa zorla sancılmış kötük...

Dilim -

cəlladbaltası...

Yuxudaözümü beləcə görmüşdüm,

Beləcə...

Dünəngecə...

Yəqin ki,təqdim etdiyim bu misralar yuxarıda söylədiyim fikirləri təsdiq edə bilər. Həminfikirlərin təsdiqi üçün başqa bir şeirə də üz tuturam:

İynə ucuboyda bir ümid yeri,

Bir ilıqtitrəyiş,

bir qəfilbaxış...

O mənimyolumdu qayıdır geri,

Odur, göyüzünə qayıdır yağış...

Mən ElçinMirzəbəylinin "Poz bu sükütü" kitabındakı şeirləri barəsindədüşüncələrimi, bu şeirlərin mənə bəxş etdiyi ovqatı elə sükut içində kağızaköçürdüm. Çalışdım ki, bu sükuta öz pıçıltılarımla xələl gətirməyim. Çünki sondərəcə ürəyimi rahat edən bu sükut Elçin Mirzəbəylinin şeir dünyasındagəzişmələrdə idi. Bu gəzişmələr isə onun şeirinin ahənginə uyğunlaşmış, onunlasəs-səsə vermişdi. Çünki söhbət sevgidən gedirdi:

Dilinçaşsa, "yox" söyləsən

Dilini dəsevəcəyəm.

Qəm saçınıağ eyləsə

Telini dəsevəcəyəm.

......................................

Gəlsən ölümsifətində

Ölümü dəsevəcəyəm.

Yəqin ki,bu sevgi şeirini şərh etməyə, onun poetik məziyyətlərini açmağa daha ehtiyacqalmadı. Sadəcə, indiki durumda, yəni mənim içərisində olduğum bu ovqatda ElçinMirzəbəylinin "O mənəm" şeirini təkrar oxumaq, o şeirin iç dünyasınaenmək bizləri də öz sevgimizə doğru aparar:

Bir günqapı kimi açıla qəlbin,

Dəli küləkkimi

Bir dəlisevda

İçinədoluşa...

Qorxma - omənəm.

..............................

Üşüyənkölgəni

Yıxma - omənəm!

Və nəhayət,"Poz bu sükutu" kitabı mənim üçün bu şeirlə lap dost-doğma oldu, canbir qəlbdə. Mən də həmin doğmalıqla məhz həmin şeiri sizlərə pıçıldayıb ElçinMirzəbəyliyə "Hələlik, görüşənədək!" deyirəm:

Məni

dünənöldürdüyün

Yerdə dəfn eləmə, gülüm.

Çək üstümə

Dərdlərimi

Ta torpaqələmə gülüm.

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV