adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS: EŞŞŞŞƏK BOYDA KƏRGƏDAN

AQİL ABBAS
118024 | 2016-07-25 14:50

Ax bu avropalılar! Ax bu amerikalılar! And olsun bütün inandıqlarımızavə inanmadıqlarımıza mən bunlar qədər humanist insanlar görmədim və tanımadım. Ogün televizyonda bir bəlgəsələ baxdım, gözlərimdoldu və buna bir daha əmin oldum. Dedimbunu yazım, sizin də gözləriniz dolsun və avropalıları, amerikalıları sevməyən bəziağzıgöyçəklərə də dərs olsun.

Yoxsa dindirənkimi başlayırlar: Əfqanıstanı belə dağıtdılar; İraqda milyon yarım insan öldürdülər;Suriyada daşı daş üstə qoymadılar; Liviyanın içinə s…dılar; Tunisi dal-baş etdilər;Yəməni tərsinə çevirdilər; İŞİD-i və PKK-nıbelə silahlandırıb Türkiyənin üstünə saldılar; Dağlıq Qarabağdakı erməni terrorçularına on milyondollar pul bağışladılar; Avropa Parlamentininfoyesində PKK-nın sərgisini açdılarvə sair və ilaxır.

Yox, qardaşım!Boş-boş söhbətlərdi, böhtandı, gözü götürməyənlərin, ağzıgöyçəklərin iftirasıdı.

Hərdən məndədə tərəddüd olurdu, amma bir az əvvəl ərz elədiyim kimi o bəlgəsələ baxandan sonraavropalıların və amerikalıların necə bir humanist insan olduqlarınabir daha əmin oldum və hətta gözlərimdən gildir-gildir yaş gəldi. Heç milli futbolkomandamız Fransaya 10:0 uduzanda belə dolmamışdım.

Tanrım, sən avropalılarıvə amerikalıları qoru! Onlar olmasa biz başımıza haranın daşınısalarıq?!

Deməli belə.Səhrada bir kərgədanın ayağı qırılır. Kərgədannə kərgədan! Yeddi-səkkiz Avropa eşşəyi boyda.Avropa eşşəyi deyirəm ey! Bizim 40 min dollara aldığımız eşşəklərdən. Yoxsa, bizim eşşəklər eşşəkdi?! Bazarda heç50-60 manata getmirlər, anqırmaqları da işığın artırılmış qiymətinə, yənibir qəpiyə dəyməz. Elə adamlar var ki, onlardanyüz dəfə yaxşı anqırır. Amma avropalıların və amerikalıların 40 minlik eşşəkləri elə anqırırlar ki, səsləri nəinkimüsəlman ölkələrində, Afrikada, Cənubi Amerikada, Asiyada eşidilir. Və hamısaatını bu eşşəklərin anqırtısı ilə sazlayır. Əslindəorfoqrafiya dəyişməli, o eşşəkləri bizimkilərdənfərqləndirmək üçün 3 «ş» ilə yazmaq lazımdır, yəni belə «eşşşək». Məsələn, türk qardaşlarımızbir-birlərinə hirslənəndə deyirlər ki, sənüç «ş» ilə eşşəksən. Şaban da əksinəsevdiyi adamları çağıranda «ş»nın biriniyeyir: «Eşək oğlu eşək!»

Onların eşşəkləri, Orxan Fikrətoğlu demiş, alayı eşşəklərdi.Eşşək onlara o qədər doğmadır ki, yadımdançıxıb, Amerikanın ya respublikaçılarının, ya da demokratlarının emblemidi.

Yoxsa bizim eşşəklər…

Eşşək demişkən,yadıma bir əhvalat düşdü.

Ağdamın Evoğlu,Əfətli, Qaradağlı kəndləri (apreldə ermənieşşək uşaqları bu kəndlərə yüzdən çox«Qrad» atmışdılar, biri də mənim anababamın evini dağıtmışdı, elə indi də atırlar) üçbucaq şəklində bitişikdi. Düz ortalarında Ramizin çayxanası adlanan bir çayxana vardı. Vardı deyəndə, indidə var, işləmir. Ətrafında elə dürlü-dürlü çayxanalar tikdilər ki, öz vid-fasonundan utanıb bağlandı.

Üç kəndin camaatı burayığışardı lağlağılığa, laqqırtıya, bir-birinə şəbədə qoşmağa və təbii ki,bir də dünyada baş verən siyasi gedişatları yönləndirməyə. Qaradağlılardan biri öz haldan düşmüşeşşəyini 50 manata bir Əfətliyə satır.Üstündən bir az keçmiş çayxanada üzünü əfətlilər oturmuş stola tutub eşşəyinisatdığı əfətliliyə lağla deyir:

- O cındır eşşəyi dəəlli manata sırıdım sənə!

Qaradağlılar əl çalıbşaqqıldayıb gülürlər.

Əfətlili də sözaltda qalan kişi deyilmiş. Qayıdır ki:

- Heç vecinəalma. Bizim o balaca gədə var ey, sənin oeşşəyini indiyəcən azı min manatlıq …!

Bizim eşşəklər indi heç belə şeylərə də yaramır, ammaonların tükləri Cenifer Lopezin saçları kimiməxməri saçan 40 min dollarlıq eşşəkləri…

Hə, harda qaldıq?Hə, səhrada bir kərgədanın ayağı qırılır. Kərgədan nə kərgədan! Yeddi-səkkiz Avropaeşşəyi boyda. Çəkisi təxminən 2 ton, amma ayaqları ceyran ayağı, lap məəttəlqalmalı şeydi, bu boyda bədən, ayaqları ceyranayağı, qırılmasın-neyləsin.

Təsadüfən xəbər tutan kimi vertolyotu (nədənsə helikoptersözü dilimə yatmır, əlli ildir dilimizinöyrəşdiyi bir əcnəbi sözü dilimizə yatmayan başqa bir əcnəbi sözlə əvəzləməyi dəbaşa düşə bilmirəm) qaldırdılar havaya, axtarıb tapdılar. Otuz-qırx xilasedici səfərbər oldu, içində eşşək həkimindən, üzr istəyirəm,kərgədan həkimindən tutmuş, ginekoloqa qədər,aliminə, kərgədandan müsahibə alacaq telejurnalistlərəqədər. Deyəcəksiniz ki, ginekoloqu neyləyirlər,darıxmayın. Kimlərsə vertolyotla, kimlərsə maşınlarla özlərini çatdırdılar yeddi-səkkiz eşşək boyda olan kərgədana.Əvvəl-əvvəl yuxu iynəli güllə ilə yatırdılar. Sonra sarıldılar boynuna, gözəl-gözəl xanımlar elə əzizləməyə, oxşamağa, sığallamağa başladılarki, kərgədana az qala həsəd apardım. Bir əndamı yanmış xanım da kərgədanın üz-gözündən elə öpürdü ki, əri görsə qısqanclıqdan ürəyi partlar, əmisi oğlu kərgədanı qanına qəltan edərdi.

Ginekoloq əllərinisürtdü kərgədanın qarnına, bildirdi ki,8 aylıq hamilədi. Yeri gəlmişkən, özüm öyrəndim, sizə də deyim, heç demə kərgədanınhamiləliyi iki 9 ay çəkir. Lap pəjmürdə oldular.Elə ordaca uziyə saldılar, qarnında cupcuppulu, elə anasına oxşayan qəşəngbir bala vardı. Bir müsibətlə (demirəm 7-8 Avropa eşşəyi boydaydı) qaldırdılar ambulatora. Gətirdilər şəhərə, təbii ki, heyvan klinikasına. Qardaş, bunların heyvan klinikası da klinikadı ey, nəinkiheyvanı, adamı da ora ölü salsan diri çıxar.

Cərrahlar töküldü, ayağınıəməliyyat elədilər, gipsə qoydular.Kərgədan hələ kefdəydi, yatmışdı.

Sonra apardılarsaunaya. Bizim reklamlarda həsədlə baxdığımızşampunlarla qəşəng-qəşəng çimdirdilər. Çimdirənlər də yenə əndamı yanmış xanımlar.

Sonra ginekoloqlaryığışdılar kərgədanın başına, yenə uzi elədilər,gördülər bala sağ-salamatdı, özü üçün kefeləyir, bir-birlərini təbrik etdilər. Ayıltdılar.Buraxdılar gül-gülü, çiçək-çiçəyi çağıran bir parka, ayağı sağalanadək bu parkda kef eləsin. Mən elə bir güllü-çiçəkli parkı İsveçrədə bir gölün kənarındagörmüşəm, əsl cənnət!

Ayağı sağalandan sonra gipsi sökdülər. Bəh-bəhlə mindirdilər ambulatora, vertolyotlarınmüşayiəti ilə apardılar hardan gətirmişdilər həmin səhraya, buraxdılar, qardaşlarımız türklərin dili ilə desək, doğaya.

Buynuzuna da«çip» yerləşdirdilər ki, doğuş vaxtı tapsınlarkırahat doğurtsunlar, heyvanciyəz əziyyət çəkməsin.

Danışmaqla təsviretmək çox çətindi ey, gərək bunu öz gözlərinizlə görəydiniz.

Əziz Nesin demiş:«Demokratiyanın bu parlaq nümayişi gözləri yaşartdı».

İndi humanizminbu parlaq nümayişi gözlərimi yaşartdı.

Odun-alovun içindən qaçarkəndənizdə boğulan suriyalı uşağın dalğalarınsahilə atdığı meyidini görəndə heç belə kövrəlməmişdim.


TƏQVİM / ARXİV