adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyul 2016 14:48
10164
SİYASƏT
A- A+

AXCP ADI ÜSTÜNDƏ QIRĞIN

Bir AXCP var, Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb, təxminən 20 ildir fəaliyyət göstərir, özülünü Elçibəy qoyub. Dəfələrlə partiyanın adı üstündə qırğın düşüb. Amma şükürlər olsun ki, hər dəfə də ATƏT-in Minsk qrupu problemə qarışmadan ( elə qarışmadıqlarına görə) məsələ sülh yolu ilə həll olunub.

İndi birini də Razi Nurullayev yaradıb, yenə qırğındı. Aprel döyüşlərində Azərbaycanın qələbəsindən sonra ATƏT-də də, onun Minsk qrupunda da dilxorçuluqdu, çətin atəşkəs saxlaya bilsin.

Yaxşı olar ki, Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də eyni adla qeydiyyatdan keçirsin. Qoy bu partiya da işğal olunmuş ərazilərdə fəaliyyət göstərib işğalçılarla mübarizə aparsın!