adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyul 2016 14:46
10534
DÜNYA
A- A+

PREZİDENT KQB-nin SƏDRİNİ DANLADI

Sayın Ərdoğan Türkiyə KQB-sinin sədri Hakan Fidanı çağırıb yanına, bir-iki saat danlayıb ki, ölkədə bu boyda çevriliş hazırlanıb, bəs sən harda yatmısan ki xəbərin olmayıb?! Hakan Fidan da başını salıb aşağı və istefa ərizəsini qoyub stolun üstünə. Amma sayın cumhurbaşkanı qəbul etməyib və deyib ki, keçiddə atları dəyişmirlər.

Yadınızdadırsa, bu yaxınlarda hələ 15 iyul dövlət çevrilişindən əvvəl qardaş ölkənin KQB-si bizi xəbərdar eləmişdi ki, İŞİD Azərbaycanda terrora hazırlaşır. Onda biz də yazmışdıq ki, PKK aylarla şəhərlərdə xəndək qazır, səngər qurur, silah-sursat daşıyır, binaları minalayır, bundan xəbəriniz olmur, yəni özünüzə əriştə kəsə bilmirsiz, bizə umac ovursuz!

Yenə biz haqlı çıxdıq. Və hətta bizim haqlı olduğumuzu sayın Ərdoğan da təsdiqlədi!