DÜYÜN

FAİQ QİSMƏTOĞLU
37336 | 2013-02-02 02:13
... Rayonprokuroru Əli Həsənov kabinetindəvar-gəl edirdi. Nə qədər çalışırdısa, hisslərini, həyəcanlarını gizlədəbilmirdi. Bir tərəfdən də baş vermiş ağır cinayət işinin üstünün açılmamasıonun narahatlığını daha da artırırdı. O qədər əsəbləşirdi ki, bilmirdi hirsinikimin üstünə töksün. Bəzən öz-özünə deyinirdi: "Südəmər müstəntiqim var,onun da əlindən bir iş gəlmir. Zalım oğlu, elə bil qış yuxusuna gedib. Nəvaxtandır ağır cinayət hadisəsi baş verib, hələ də o, kələfin ucunu ələkeçirməyib"...

Prokurorəsəbi halda dəstəyi qaldıraraq müstəntiq Əhmədova ucadan səsləndi:

- Dur, gəlyanıma!..

Müstəntiq:

- Baş üstə,cənab prokuror! Bu dəqiqə gəlirəm, - deyib ayağa qalxdı və tələsik prokurorunkabinetinə doğru addımladı.

Bir-ikiaddımlıq yolda müstəntiq çox şey fikirləşdi. Fikirləşdi ki, yenə prokuror onabərk qəzəblənəcək və dişinin dibindən çıxanları deyəcək. Bu hadisələrin yenidəntəkrarlanmaması üçün o, beynində baş vermiş ağır cinayət hadisəsi ilə əlaqədarversiyaları bir daha xatırladı. Artıq prokurorun qəbul otağındaydı. Qapınıdöydü və prokurordan icazə istədi:

- Olar,cənab prokuror?!

Prokuror:

- Gəliçəri.

Müstəntiqyavaş-yavaş prokurorun otağına daxil oldu, sonra da ayaq üstə durub prokurorunsuallarını gözlədi. Qaşları çatılmış prokuror müstəntiq Nazim Əhmədovdansoruşdu:

- On gündürev sahibi Nemətovu öldürüblər, hələ də cinayətkarın izinə düşə bilməmişik. Səndə polis rəisi kimi, ləng tərpənirsən. Başa düşmürəm, sizin fikriniz nədir? Axıyuxarıdan mənə hər gün zəng vururlar. Soruşurlar ki, Nemətovu öldürəni niyətapmırsınız? Bax mən onlara nə cavab verim?!

Prokurorunbu sözlərindən müstəntiq bir qədər çaşdı. Daha doğrusu, çaşmaqla yanaşı, canınabir qorxu da düşdü. Qorxu düşdü ki, prokuror çox səbrli adamdı. Ancaq bir dəgördün səbri tükəndi, onu işdən uzaqlaşdırmaq haqqında yuxarı instansiyayatəqdimat yazdı. Elə müstəntiq də bax bu təqdimatdan qorxurdu. Çünkiordan-burdan eşitmişdi ki, prokuror ondan narazıdır, müstəntiqin apardığıistintaq hərəkətlərindən xoşu gəlmir.

MüstəntiqƏhmədov bir qədər fikrə gedəndən sonra dilləndi:

- Cənabprokuror, mənə üç gün də vaxt verin! Artıq cinayətin izinə düşmüşəm.Düzdür, hadisə yerində ekspertiza keçirilib,baxış olub, amma elə bir dəlil-sübut tapılmayıb. Çünki qatil çox peşəkarhərəkət edib və Nemətovu əlinə geydiyiəlcəklə boğub. Elə işimizi də çətinləşdirən bax bu məqamlardır...

Prokurormüstəntiqi dinləyəndən sonra bir daha fikrini təkrarladı:

- Sən üçgün demirsən, on gün vaxt verirəm! On gün müddətində ya bu işin üstünüaçmalısan, ya da...

Prokurorsözünün arxasını gətirmədi. Müstəntiq gənc olmasına baxmayaraq, arif adam idi. Bildiki, bu "ya" sözü nə deməkdir. Ona görə də söhbəti uzatmadı. Qovluğugötürüb prokurora dedi:

- Mən gedəbilərəmmi?!

Prokuror:

- İşinizləməşğul olun, - dedi.

Müstəntiqkabinetdən çıxıb pilləkənlərlə aşağı düşdü. Ordan da şəxsi maşınına əyləşibyenidən cinayətin baş verdiyi kəndə getdi. Fikirləşdi ki, Nemətovu heç də elə-beləöldürməyiblər. Çünki Nemətov imkanlı adam idi və qızıl alveri ilə məşğuluydu. Çoxlarınıdindirmişdi, ancaq dindirdikləri adamların heç birindən istədiyi ifadəni alabilməmişdi. Bircə qalmışdı Nemətovun hər gün yeyib-içdiyi və dostluq elədiyiƏkbər kişi!

... Günortasaatları olmasına baxmayaraq, müstəntiq Əhmədov bir tikə çörək də yeməkistəmirdi. Daha doğrusu, qanı itin qanı idi. Qanının qara vaxtında çörək onun boğazından heç vaxtkeçmirdi. Maşını birbaşa Əkbərgilin evinə sarı sürdü. Gördü ki, Əkbər həyətdəəlində balta odun doğrayır. Odun doğrayan Əkbər başını qaldıranda qarşısındamüstəntiq Əhmədovu gördü. Dalağı sancdı, fikirləşdi ki, Əhmədov qapıya elə-beləgəlməyib. Əhmədov qapıya gəlibsə, deməli, nəsə bir şey var...

MüstəntiqƏkbər kişiylə hal-əhval tutandan sonra əsas mətləbə keçdi:

- Əkbərkişi, sən Nemətov qətlə yetirilən axşamı harda olmusan?

Müstəntiqinqəfil sualından Əkbər kişi çaşdı:

- Hardaolacam, ay başına dönüm, evimdə-eşiyimdə...

Müstəntiq:

- Bunuevdəkilər təsdiq edə bilərmi?

Əkbər kişi:

- Həmingecə evimizdə heç kim olmayıb. Ailə-uşaq qayınatamgilə getmişdi və gecəni dəorda qalıblar.

Müstəntiq:

- Onda beləçıxır ki, sizin evdə olmağınızı heç kim söyləyə bilməz.

Əkbər kişi:

-Evdəkiləri deyə bilmərəm, amma qonşular bəlkə də məni görüblər.

Müstəntiqtənbəllik eləməyib, onun çəpər qonşusu Cəfər kişini çağırtdırdı. Cəfər kişiƏkbərgilin həyətinə gəldi. Müstəntiqigörüb, təəccübləndi.

Müstəntiq:

- Cəfərkişi, Nemətov qətlə yetirilən gecə qonşun Əkbəri evlərində görübsən? Amma gərək hər şeyi düz danışasan, yalan ifadəverdiyinə görə, cinayət məsuliyyətinə cəlb oluna bilərsən?

Cəfər kişidilləndi:

- Ay oğul,yaşımın bu vaxtında niyə yalan danışmalıyam və bir də mən heç nədən qorxandeyiləm; bir ayağım burda, bir ayağım gordadır. Həmin axşamı heç Əkbərgilinişıqları yanmırdı. Nə Əkbəri, nə də evdəkilərin heç birini görməmişəm.

Cəfərkişinin verdiyi ifadə deyəsən kələfin ucunun ələ keçməsinə imkan yaradırdı. Eləmüstəntiq də Cəfər kişinin ifadəsini alandan sonra bir qədər də ürəkləndi. Çünkihəmin ifadədə də Cəfər kişi yazırdı ki, rəhmətə gedən, Nemətovla Əkbər kişininarasında qızıl alveri olub. Hətta bəzən Nemətov Əkbər kişiyə pul daverirmiş ki, onu başqalarına faizəversin.

Buməlumatları öyrənən müstəntiq Cəfərkişiyə dedi:

- Sizəəziyyət verdim, evinizə gedə bilərsiniz. İndi mənim işim Əkbərlədi.

Müstəntiqüzünü Əkbərə sarı çevirib, dilləndi:

- Ağsaqqalkişisən, ancaq yalan danışırsan. Deyirsən ki, Nemətov öldürülən axşamı evinizdəolmusunuz. Amma Cəfər kişi bunu təstiqləmədi. Gəl, özün hər şeyi səmimi etirafelə!..

Müstəntiqinbu sözlərindən sonra Əkbər kişi rəng verib, rəng aldı. Və sifəti ağappaq oldu.Müstəntiq o dəqiqə hiss elədi ki, artıq cinayətin izinə düşüb. Bu işdə mütləqƏkbər kişinin əli var.

Müstəntiq:

- Əkbərkişi, bilirsən ki, bu qətlin üstünü nəyin bahasına olsa da, açacağam. Ancaqgəl, məni incitmə. Hər şeyi olduğu kimi danış...

Əkbər kişi:

- Oğul,deyirsən ki, Nemətovu mən öldürmüşəm? Adam daduz-çörək kəsdiyi insanı öldürərmi?!

Müstəntiq:

- Bəli,adam duz-çörək kəsdiyi insanı öldürməz. Amma Nemətovun öldürülməsindən səninmütləq xəbərin var. Axşam yenə sənin yanına gələcəyəm. Fikirləş, hər şeyidüzgün danışarsan...

MüstəntiqƏhmədov Əkbər kişigildən çıxıb, onun qayınatasıgilə tərəf maşın sürdü. On-onbeş dəqiqədən sonra onların qapısına çatdı. Həyətdə Əkbərin qayınatası Əbdülkişi və onun qızı Gültəkiniydi. Müstəntiq Əkbərin ailəsini və uşaqlarınıqayınatasıgildə görəndə, sevindi. Düşündü ki, artıq hər şey yavaş-yavaş üzəçıxır. Yavaş-yavaş üzə çıxan o idi ki, kələfin ucu ələ keçmişdi...

Əkbərinqayınatası müstəntiqi həyətdə görəndə, təəccübləndi. Təəccübləndi ki,ilin-günün bu vaxtında müstəntiq Əhmədov hardan çıxdı. Amma müstəntiq Əhmədovhər qapıya getməzdi. Demək bu qapıya gəlimişdisə, nəsə bir əmma vardı...

...Müstəntiq maşından düşüb Əbdül kişiyə yaxınlaşdı və dedi:

- Əbdüldayı, sənin beş-on dəqiqə vaxtınıalacağam. Deyə bilərsənmi, Nemətov öldürülən axşamı Əkbərin uşaqlarısizdə olub, yoxsa öz evlərində?!

Əbdül kişibu sualdan çaşdı. Sonra özünü ələ alıb dedi:

- Əhmədov,həmin axşamı mənim qızım da, nəvələrim də bizdə olub. Amma Əkbər bizdə olmayıb.

MüstəntiqƏbdül kişiyə bir neçə sual da verdi və bu suallardan Əbdül kişi heçyorulmadıda. Amma müstəntiq səhər tezdən ora-bura maşın sürdüyünə və işlədiyinəgörə, bərk yorulmuşdu. Bu yorğunluq onun gözlərindən hiss olunurdu. Əbdül kişiüzünü müstəntiqə tutub, dilləndi:

- Ay oğul,gözlərindən yorğun adama oxşayırsan, bəlkə uşaqlar bir stəkan çay gətirsin,içəsən və yorğunluğun canından çıxa.

MüstəntiqƏhmədov Əbdül kişiyə qonaqpərvərliyinə görə minnətdarlıq elədi və sonra dahəyətdən çıxıb öz maşınına əyləşdi və maşını birbaşa prokurorluğa sürdü.

Prokurorluğunbinasına girib, pilləkənlərlə ikinci mərtəbəyə qalxdı. Öz otağına keçmədənprokurorun qəbul otağına döndü. Katibə qıza dedi ki, prokurora bildir,müstəntiq Əhmədov gəlib. Katibə qız daxili telefonla prokurora müstəntiqingəldiyini dedi. Prokuror qıza:

- Buyursuniçəri, - dedi.

Müstəntiqprokurorun otağına keçib salam verdi. Prokuror hiss etdi ki, müstəntiq nəsəkələfin ucunu ələ keçirib. Ona görə də üzünü Əhmədova çevirib səni dinləyirəm,deyə bildirdi.

MüstəntiqƏhmədov aldığı ifadələri prokurora göstərdi və sevinclə dilləndi:

- Artıqkələfin ucunu ələ keçirmişəm. İlkin izahatları və ifadələri almışam. Şübhələndiyimşəxs Əkbər kişi kəkəliyə-kəkəliyə danışır. Məlum oldu ki, onun qətildən xəbərivar. Gəldim sizin yanınıza deyəm ki, sanksiya verəsiniz, Əkbər kişini həbsəalım.

Prokurormüstəntiqi dinləyəndən sonra fikirləşdiyini dilinə gətirdi:

- Birdən yanlışaddım atarsan, sonra nə cavab verərik. Günahsız bir adamı tutduğumuza görə,məsuliyyət daşıyarıq - deyə müstəntiqə bir daha müraciət etdi.

Müstəntiqisə çox inamlı danışdı. Bütün bunlardan sonra prokuror Əkbərin həbsə alınmasıilə bağlı məhkəməyə təqdimat yazdı. Həmin günü Əkbər həbsə alındı və axşamsaatlarında müstəntiq Əhmədova verdiyi ifadəsində bildirdi ki, Nemətovu gecəsaatlarında mən boğmuşam. Nemətovu boğarkən əlinə geydiyi əlcəkləri dəistintaqa təhvil verdi. Üstəlik evdən götürdüyü yarım kilo qızılı və 200 minmanat pulu da gizlədə bilmədi.

MüstəntiqƏhmədovun çiynindən elə bir ağır yük götürülmüşdü. O ağır yük neçə gün idi onunçiynindəydi. Hər dəfə prokurorun tənəli baxışlarını görəndə o dünyanı görübqayıdırdı. O dünyanı görüb qayıtmaq da elə-belə asan deyildi. Çünki prokurorunbir acı sözünü bir batman balla yemək olmurdu. Yazıq müstəntiq Əhmədov isəbütün bunlardan lap təngə gəlmişdi.

Yenidənikinci mərtəbəyə qalxdı və prokurorun kabinetinə, katibəyə bir söz demədən eləözü keçdi. Bilirdi ki, artıq prokurora çox şey aydın olub. Bilirdi ki,izahatında Əkbər kişi hər şeyi olduğu kimi yazıb və etiraf edib. Prokurorunkabinetinə daxil olanda əvvəlki vaxtlarla müqayisədə bu dəfə onun çöhrəsindətəbəssüm hiss etdi. Hiss etdi ki, elə prokurorun da çiynindən ağır yükgötürülüb. Çünki prokuroru da hər gün yuxarıdan boğaza yığmışdılar ki, ağırcinayət hadisəsinin üstü niyə açılmır?!

Salamdansonra prokuror dedi:

- Gördün,Əhmədov, mən səni sıxma-boğmaya salmasaydım, çiynimizdə nə boyda yük vardı. Şükürlərolsuin ki, bu yükün altından tez çıxdıq. Yoxsa hələ nə qədər əziyyət çəkməliidik. Yuxarılar bizi nə qədər danlayıb-dansamalıydı.

Müstəntiq:

- Cənabprokuror, mən inanırdım ki, qətlin üstü açılacaq. Ancaq sadəsə olaraq, bunavaxt lazım idi. O vaxt da tamam oldu və nəticədə Nemətovun qatili istintaqhərəkətləri ilə üzə çıxdı.

Prokurorayağa qalxıb əllərini arxasında çarpazlayaraq otaqda var-gəl etdi və sonra dadilləndi:

- Düyünədüşən işlər həmişə belə olur. Əsəbimiz pozulur, vaxtımız gedir, kimlərsə dəbizi yuxarıdan sıxışdırır. Biz isə gecə-gündüz bu işin üstündə baş sındırmasaq,ağır cinayətlərin izinə düşə bilmərik. İndi yaxşı işinə görə sənə təşəkküreləyirəm. Hələ cavansan, bir müddətdən sonra sən də bu kresloda əyləşəcəksən. Baxonda görəcəksən ki, burda əyləşmək nə deməkdir. Camaat elə bilir ki, prokurorkef eləyir. Düzdür, bu vəzifənin kefi dəvar, damağı da. Ancaq bəzən bir ağır cinayət işi gec açılanda və yaxud üstüaçılmayanda elə bil iynə üstə otururuq, yediyimiz-içdiyimiz burnumuzdan tökülür.

Müstəntiquzun illərin prokuroru olan Əli Həsənovu diqqətlə dinləyirdi. Dinləyirdi ki,prokuror heç vaxt onunla belə səmimi söhbət etməyib. Çünki həmin günü hər ikisinin çiynindən sanki ağırbir dəyirman daşı götürülmüşdü...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV