adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Şirin yuxular

SAMİRƏ ƏŞRƏF
35338 | 2013-02-02 02:12
Məşhur eldeyimini yumşaldıb təhrif edərək deyirəm ki, allah mərdimazara ağıl versin. Buhəftə məşhur "Qarqantua vəPantaqruel" romanının müəllifi olan Fransua Rable kəşməkəşli həyat vəyaradıcılığı haqqında bir yazı hazırlamaq könlümdən keçirdi. Amma olmadı. Necədeyərlər "sən saydığını say, gör fələk nə sayır".

Elə təzəcəkitabları eşələyib qarşıma tökmüşdüm ki, hay-küylü mətbuatımızdan qara dumanlaryüksəlməyə başladı. Yox, elə bilməyin ki, bu Oğuz elinin bir-birini köməyəçağırması üçün yandırdıqları tonqalların tüstüləri idi. Təəssüf ki, həminel-oba birliyi, qohum-qardaş sevgiləri Dədəm Qorqudun boyları ilə birlikdətarixin saralmış səhifələrinə tərk olunmuşdu.

Oğuz elininağacı yerindən qoparan Qaraca çobanlarından, düşmənini öldürməyib, qılıncınınaltından keçirən Beyrəklərindən, Qıpçaq Məliklərin bir boğmada canını alanQazan xanlarından bu dövrlərə ancaq bolluca nifrət, qərəz, kin özlərini gücləsürüyüb çatdırmışdılar.

Nəysə, mənFransız elinin neçə yüz illər bundan əvvəl yaşamış bir yazıçısınavurulhavurulda, bir də ayıldım ki, öz eliminheç də Rabledən geri qalmayan qocaman yazıçısının romanı aləmibir-birinə qatıb.

Nətərdeyərlər, bu roman hamının sözünü daşlara çırpıb çilik-çilik elədi. Həm dəyuxulu daşlara...

Hələ iki ayəvvəl hekayələrini, povestlərini artıq neçənci dəfə oxuduğum, hər dəfəsində dətəkrarən sevməyə məcbur olduğum yazıçıya nöqsan tutmaqda hələ ki, acizəm. Osevgi imkan vermir ki, nifrət qəlbimə yol tapsın.

Amma, biramma var ki, torpağı işğal olunmuş bir vətəndaş kimi mənim də xatirimdəyuxulamayan, daşlaşmayan məqamlar var...

...Artıqiyirmi ildir ki, mən Cəbrayıla gedə bilmirəm. İyirmi ildir ki, hələ də gecələrmərmilərin səsinə hövlnak yuxudan ayılıb küçələrdə ayaqyalın qaçdığım günləriunuda bilmirəm. Qonşuluğumuzda yaşayan cavan oğlanların əsir götürüldüklərini,çoxlarının vəhşicəsinə öldürüldüklərini, sağ qalanlarının isə əsirlikdənqayıdandan sonra heç bircə həftə də yaşamadıqları gözlərimin önündən getmir.Atamın İmişlidən Cəbrayıla evimizə, bacımın bir gəlinciyindən ötrü getməsini,gecənin zülmətində az qala erməni mühasirəsinə düşə bilmə ehtimalının yaratdığıqorxuları xatirimdən çıxmır. Əgər bir az dərinə getsəm, iyirmi ildir ki, öztorpağımda üstümə qoyulan qaçqın adının ağırlığından xilas ola bilmirəm. Vədaha da dərinə getsəm, ilə iki, üç məktəb dəyişdiyimi, qışın şaxtasında birstəkan isti çay içmək üçün yaşadığımız yataqxananın ümumi mətbəxində saatlarlakiminsə xörəyinin bişməsini, ondan sonra boşalan sobanın gözünə qoyacağımçaydanın qaynamasını gözləməyim də yaddaşımdan silinmir.

Çox təəssüfki, bütün bunların fonunda böyük ədəbiyyatdan, humanist ideyalardan da dəmvurmağa gücüm yetmir.

Ancaq buməqamda təpədən-dırnağa, iliklərinə qədər yazıçı, ədəbiyyatımızın qürur duyulasıimzası, oğlunu Qarabağ müharibəsində itirmiş yazıçı Sabir Əhmədlini, onunmüharibənin ağrı-acılarından bəhs edən yanğılı "Ömür urası" əsərinixatırlamağı da özümə ən vacib borc bilirəm.

Əslindəbeş, üç yazı-pozu adamından savayı bu söz-söhbət heç kimi ilgiləndirmir. Çünki, məmləkətininsanları savadsızlığın, cahilliyin, kasıbçılığın cəngində inləyir.

Kim buməsələlərin nə qədər fərqinə varırsa, əl-qolunun da o qədər bağlı olduğunudərindən duyur.

Məktəblərdə,xəstəxanalarda, idarələrdə savadsızlıq, rüşvət, antisanitariya ayaq açıbyeriyir. Çox yaxın gələcəkdə böyük bədbəxtliklərə, faciələrə səbəb olanxəstəliklər tüğyan edir.

İyirmi beşyaşlı cavan qız qanazlığından həkimə müraciət edir və məlum olur ki, hepatitinən ağır və kəskin növünə yoluxub. Və yaxud da bir ilin gənc ailəsi körpəgözləmək sevinci ilə xəstəxanaya gedir, gələcək ana vacib yoxlamalardan keçəndəaydın olur ki, ən dəhşətli yoluxucu xəstəliklərdən birinə yoluxub. Ortada isəpuç olunmuş bir ailə və üç insan var: ata, ana və hələ dünya işığı görmədəntələf olunmağa məhkum körpə!

Və heç kimbunların haqq-hesabını sorub sorğulayıb, ağrımayan başına dəsmal bağlamaqistəmir.

Heç kim buxəstəliklərin yaranma səbəblərini açıb-ağartmağa cəsarət etmir. Çünki,nəticələrin gedib çox ağır məsələlərə dirənəcəyini yaxşı bilirlər.

Buxəstəlikləri mənşəyi bilinməyən qidalar, zığlı-palçıqlı küçələrin ortasındabişirilən, yeyilən qutablar, dönərlər, lahmacunlar yaradır.

Xəstəxanalarıntimsalında, diş kabinetləri, doğum evləri, laboratoriyalar həmin xəstəliklərin"çiçəkləndiyi" məkanlardı.

Təhlükəli,cahil, xəstə bir gələcək yetişir. Və bu heç kimin vecinə deyil.

Qardemədən, yağış demədən dəmir turbaların içərisinə girib saatlarla işləməyəməcbur olunan fəhlələrin az qala bir illik maaşına alınmış paltarları geyinib,efirə çıxan müğənnilərin zəbt etdiyi efirdən onsuz da az-çox biliyi olanadamlar əllərini üzüblər. İndi həmin o biliyi olanlar da bütün dərdi-sərləriniunudub düşüblər gündəmi zəbt edən mövzuların üstünə. Çevir tatı, vur tatı. Nəqədər olar axı?

HəmidHerisçi bar-bağırıb deyəndə ki, ədəbiyyat şoulaşıb. Hərə ona bir şəbədə qoşdu.(Hərçənd onun da beş-on ildən sonra nə yazacağı məlum deyil) İndi buyurubləzzət alın. Günə bir Amerika kəşf edən saytlar insanların beyinlərini,düşüncələrini zəhərləməklə məşğuldurlar.

Gündəməbomba effekti yaradan mövzular atıb, "xoruz" döyüşdürən jurnalistlər yaxşı olardı ki, gedib oməktəblərdən, xəstəxanalardan, dönərxanalardan reportajlar hazırlayardılar.Bununla da heç olmasa, qəzet, sayt izləyən insanların məlumatlarını çoxaltmağaxidmət etmiş olardılar. Bəlkə o zamanvicdanımız az da olsa, rahatlaşardı.

Yox, əgərbunları bacarmırsınızsa - biz kimik ki, deyirsinizsə, o zaman nağıllarquraşdırmaq şakərinizdən də əl çəkin.Onsuz da bu məmləkət tarix boyu hesaba gəlməznağıllara səhnə olub. Nağıllar isə hər zaman şirin yuxular vəd edib.

SamirəƏşrəf

TƏQVİM / ARXİV