Azərabycanlı Polkovnik Rusiyada müəmmalı şəkildə öldü
Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində azərbaycanlı polis polkovniki, diaspor fəalı ölüb.
Udmurtiya Azərbaycanlıları Konqresindən Adalet.az-a verilən məlumata görə, konqresin yaradıcılarından biri, baş sahə müvəkkili, əslən Azərbaycanın Cəlilabad rayonundan olan 1951-ci il təvəllüdlü Tofiq Haqverdi oğlu Kərimovun meyiti iki gün əvvəl yaşadığı evdə tapılıb. Meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. T. Kərimovun cənazəsi dəfn olunması üçün doğulduğu Cəlilabad rayonuna yola salınıb.
T. Kərimov həm polisdəki fəaliyyətinə, həm də diaspor fəaliyyətinə görə Rusiya prezidenti tərəfindən bir neçə dəfə mükafata layiq görülüb.
Digər Xəbərlər
23 Aprel 2024 17:46
İşçi mühafizə etdiyi idman zalının kassasını soydu - VİDEO
23 Aprel 2024 10:54Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldı
23 Aprel 2024 10:28Bakıda kafedən pul oğurlandı
23 Aprel 2024 09:45Xənkəndidə silah-sursat aşkar edildi
23 Aprel 2024 09:36