adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"Çıraq"ın tüstüsü, Əkrəm Əylislinin işığı

ETİBAR CƏBRAYILOĞLU
38308 | 2013-02-02 02:09
"Sakitlikidi, yaman sakitlik idi". Hər şey Əkrəm Əylislinin 40 il öncə"Ağaclar və adamlar"da yazdığı bu cümlədəki vəziyyətə çox oxşayırdı.Amma günlərin birində ...

Günlərinbirində paytaxtdan 185 kilometr aralıda yerləşən İsmayıllı rayonundakı"Çıraq" adlı oteli yandırdılar. Haqsızlığa etiraz olaraq yandırılan"Çıraq" kütləvi aksiyaya, qarşıdurmaya yol açdı. Həbs olunanlar daoldu. Qaçan da, qovan da. Tutulanlar tutanları, tutanlar tutulanları ittihametdi.

"Çıraq"ıntüstüsü çəkilən kimi Əkrəm Əylisliyə hücumlar başladı. Böyük yazıçının xırdaşəkillərini yandırdılar. Onun əsərlərindən milyonlarla oxucuya çata bilən işığıyumurta atəşinə tutdular.

Bəlkə dəömrümdə birinci dəfə Bakıda kitab mağazalarının belə az olmasına sevindim.Dünyanın bütün mədəni şəhərlərində olduğu kimi, paytaxtımızda da kitabmağazaları çox olsaydı, indi yəqin küçədə Əkrəm Əylislinin yandırılmışkitablarından tonqallar qalanmışdı. Təsəvvür edirsiz...

Təsəvvüredirsiz, doğulan gün anası vəfat edən, böyüyəndə bir gün Bakıya oxumağagedəcəyini, alim olacağını, bibisi Mədinəni də yanına aparacağına söz verənSadıq bu soyuq qış havasında qurulan tonqalda necə yanır...

Sadıqsavadlı olsun deyə hər əziyyətlərə qatlaşan Mədinə, çörək dükanında işləyənMərcan, Mərcana gələn elçilərin qarşısını "voyenkomun" atı ilə kəsənQubad, bu hərəkətinə görə Qubadı təpikləyən qəssab Əli, meyvə qurusunu rayonmərkəzinə aparan Müküş, müharibədən sağ-salamat qayıdandan sonra yeyintiyə görətutulan Yaqub, pinəçi Səlim, Süsən xalanın əri, Haşımın atası Əlimurad.Əlimuradı vəzifədən çıxarmaq üçün rayon mərkəzindən göndərilən o zəhmli adam -"Torpaq şöbəsinin" müdiri Vəliyev yoldaş, "Bir vilayətin ki,xırmanından oğurluq oldu, o vilayətdə min il də qalsa xeyir-bərəkət olmaz"- deyən Mürid dayı, rayondan gələn məktəb müdiri Zinyət Şəkərək qızı, qışınsoyuğunda da çayın o tayından bu tayına məktəbə ayaqyalın gələn Salatın,qatarla Bakıya qadınlar müşavirəsinə gedən Surət bacı, "Qorsovet Cəlilovun"qardaşı Xəzər... tonqalın içində necə can verir.

ƏkrəmƏylislinin tonqalın içinə atılan kitablarındakı "Tahir müəlliminyetimlərini" - Əlabbası, Qiyası, nənəsi haqqında poema yazan Məzahiri,İsmayılı, alman qızı Vilmanı, Buzbulaqlı Qələndəri, onun ən məşhur həmkəndlisiSəlim Sahibi, Xəlil müəllimi, prorektor Faiq Məlikovu... görürəm. Tutu xanım,professor Əbdüləli Cəmşidov, yazıq Qəmər xala, onun didərgin düşən oğlu Rəfi,Molla Teyyub, Fizzə müəllimə, içdiyinə görə tez-tez tutulan Qənbər... tonqalıniçindən boylanır. Nə yaxşı ki, ən gur yerinə kitablar atılan tonqaldan tüstüçıxmır, işıq çıxır, işıq. Əkrəm Əylislinin işığı.

ƏkrəmƏylisli görkəmli yazıçı kimi çox mükafatlar alıb, təltiflər qazanıb. Əsərləriən yüksək tirajla çap edilib. Əkrəm Əylisli görkəmli yazıçı kimi çox təzyiqlərgörüb, yerli-yersiz çox hücumlara məruz qalıb. Ən gur səslə kitablarınıyandırmaq istəyiblər. Parlamentin dünənki iclasında da ən çox söyülən elə ƏkrəmƏylisli oldu.

Yaxınkeçmişimizdə belə şeyləri çox görmüşük. Bu haqlı-haqsız hay-küylər, çağırışlarçəkilib gedəcək. Yenə Sadıq qalacaq, Mədinə, Mərcan, Yaqub, Qubad, Əlimurad,Mürid dayı, qəssab Əli, pinəçi Səlim, Zinyət Şəkərək qızı, ayaqyalın Salatın,Əlabbas, Qiyas, Məzahir, Qələndər, İsmayıl, alman qızı Vilma, məşhur Buzbulaqlıyazıçı Səlim Sahib, Fizzə müəllimə... qalacaq.

ƏkrəmƏylisliyə qarşı başlanan bu hay-küyü, kampaniyanı müşahidə etdikcə böyükyazıçımız Yusif Səmədoğlunun məşhur əsərini xatırlayıram. "Qətl günü"romanı yadınızdamı? Şair şairin başını tələb edir. Bu gün Əkrəm Əylisli linçolunur. Yazıçının başını tələb edənlərin sırasında bəzi qələm adamlarının səsitəəssüf ki, lap bərk gəlir. Ən təhlükəlisi də bəlkə elə budu. Əkrəm Əylislininbaşını qorumağı bacaraq. Bunu bacarmasaq, çoxlarının başı gedə bilər...

EtibarCəbrayıloğlu

TƏQVİM / ARXİV