adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Iyul 2016 11:59
28434
HÜQUQ
A- A+

Referendum Aktına müsabət rəy verildi - YENİLƏNİB

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilib.

Adalet.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, iclasda Referendum Aktı layihəsinə müsbət rəy verilib.

****
Bu günKonstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı layihəyə baxılır.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.