adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İNGİLTƏRƏYƏ BİLET NEÇƏYƏDİR?

FƏRİDƏ RƏHİMLİ
64972 | 2013-02-02 02:06

İşsizliyinfaizinin minimuma endirildiyi, orta əmək haqqının 500 manat olduğu haqdaqəzetlərdə oxuyanda harada yaşadığımı fikirləşib özümü xoşbəxt sayıram.İşsizlərimiz yox, dilənçilərimiz ötən əsrlərdə qaldı, bomjlar haqda söhbət beləgedə bilməz, "sosial yardım" məvhumu yaddaşlardan silinib,müəllimlər, həkimlər rüşvət nədir unudublar, idarə, müəssisələrdə əhalinigülərüzlə - süründürmədən hər bir sənədini qaydaya salaraq qarşılayıb, yola salırlar- bəzən heç oraya ayaq döymək lazım olmur, hər şey müasir texnikanın gücüyləhəll olunur, əsgər cəbhə zonasında kefi kök, ölüm - itim yox, qocalar evi, uşaqevi hər kəsin şəxsi evindən rahat olub, diplomluların "qul bazarı"ndadayanıb iş axtarmasını ancaq xarici televiziya kanallarında seyr edirik, hərşeyin yağ kimi getdiyi bu ölkədə etiraz ediləsi bir şey qalmadığından müxalifətpartiyaları da ləğv olunub, kriminal aləm süquta uğrayıb - bıçaqlanma,güllələnmə, oğurluq, quldurluq kimi cinayətlər artıq yox səviyyəsindədi, iştapmağı bəhanə edib pritonlarda "fəaliyyət göstərənlər"in daha bəhanələri qalmadığından ölkəni tərkediblər, müalicə üçün xaricdən bizim ölkəyə axışırlar, mütəxəssislərimizinüstündə qırğındı - Amerika deyir mən aparacam, İngiltərə, Fransa... onlarıntəsrübəsi dünyanı heyran qoyub, futbolçularımız üçün Ərəb əmiri məbləğyazılmamış çek göndərib, yəni, nə qədər yazırsan yaz, təki təklifi qəbul et,torpaqlarımızın tarixən bala-bala alıb, öz torpaqlarına qatan ölkələr xəcalətçəkə-çəkə torpaqlara biz az da öz torpaqlarından qatıb geri qaytarıblar... Bu,qəzetlərin yazdıqlarından gəldiyim nəticədi. Yəni, tezliklə belə olacağı...

Digərqəzetləri oxuyanda isə dünyanın sonunun yaxınlaşdığını, Azərbaycanın bir ölkəkimi yox olduğunu, işsizliyin baş alıb getdiyini, qanunla sosial yardımaehtiyacı olanların tələb olunan rüşvət qarşısında qanuni haqlarını alabilməmələri, bütün idarə - müəssisələrdə, hüquq mühafizə orqanlarında,səhiyyədə, təhsildə - bir sözlə bütün sahədə rüşvətxorluğun, korrupsiyanın başalıb getməsi, xarici ölkələrin haqqımızda nalayiq fikirləri, korrupsionerlərin,oliqarxların ölkəni öz sayları qədər hissələrə ayırıb bölüşmələri, ölkəningəlirinin ancaq bu şəxslərə aid olduğu, neftdən gələn gəlirin qara camaatadəxli olmadığı, etiraz aksiyalarının köməyi ilə bunlara son qoyma yollarınınmümkünlüyü barədə şüarların səsləndirilmələri və sair çaşdırır məni. Hər ikiqəzet qarşımda durur və hansına inanmalı olduğumu ayırd edə bilmirəm.

Yazılarıntəsirindən çıxıb çörək pulu qazanmaq üçün iş sorağına çıxıram. Korrektor -müxbir işlədiyim jurnalın baş redaktorunun müdirlə aralarında olananlaşılmazlığı üzündən bütün kollektivi işdən azad etməsi və dörd aylıqmaaşımızı kəsməsi də mənim inamımı qıra bilmir, ruhdan salmır. Optimist nəslinnümayəndəsi olduğumdan birinci qəzetdə yazılana inanmaq istəyirəm və işaxtarmağa başlayıram. Qəzetlərə korrektor xidmətimi təklif edirəm. Telefondasəsim cavan adam səsi təsiri bağışladığından (adətən belə deyirlər-F.R)dəvətedirlər. İçəri girərkən başdan ayağa məni süzüb, "Hələlik işçimiz var,ailə qurmalıdı... toyu olmalıdı... bu yaxınlarda... sizi çağıraram... və dəxliolmayan sual: Burada işləmənizə görə ailədə poblem olmayacaq? Heç nə anlamıramvə hara gəldiyimi bir daha dəqiqləşdirirəm. Yox, düz gəlmişəm. Bu, respublikadaaz-çox hörməti olan qəzetlərdən biridi...Hələ də gözləyirəm. Ya o qızın bəxti bağlandı - toyu təxirə salındı, yada mənim ailəmdə problem olmasını istəmədilər!

Evdən çıxmadan elanlara nəzər salıram: Ofisdəişçi tələb olunur. 25 yaşa qədər, ingilis dilini, kompüteri bilən qız...İngilis dilində orta danışıq dilindən, kompüterdən azacıq məlumatım olsa da,yaşım tələb olunanın iki qatıdı. Bunu da keçdik.

İkinci təhsilim olan mühasiblikdən istifadə etmək istəyirəm.Telefonda: Bəli, ehtiyac var, maaş iki yüz əlli manat - eşidəndə sevinmək, min bərəkət, heçolmamaqdan yaxşıdı - demək istəyirəm ki... amma ən azı üç il iş təcrübənizolmalıdı - xəbəri sevincimi yarımçıq qoyur. Neçə illərdi staj istəyənlərin biriməni bu işə qəbul etsəydi, indi üç yox, otuz il stajım olardı... Yaxınlıqdakımarketdə satıcı yerinin boş olduğunu eşidib ora baş vururam. Üz-gözünüturşutmuş menecer(!) əslində, cavan adam götürmək istədiyini, üç yüz manatzəhmət haqqına səhər səkkizin yarısından axşam doqquzadək işləməli olacağımı,bircə dəfə nahar fasiləsində bir neçə dəqiqə işdən ayrıla biləcəyimi, səhərdənaxşamadək betonun üstündə dayanarkən dizayn pozulmasın deyə (hansı dizayn,bilmədim!), ayağının altına isti bir şey atılmasına icazə verilməyəcəyini,alıcılar məni söysə, sataşsa da gülərüzlə yola verəcəyimi və işə gecikərəmsəhəmin an işdən azad olunacağımı bülbül kimi ötdü... Mebel mağazasında satıcıyeri - iki yüz manat. Cavan qız tələb olunur... Restoran: cavan ofisiant qıztələb olunur. Kafe: cavan xadimə(!) tələb olunur.

Kor-peşimangəlib oturmuşam. Yenə əlim stolun üstündəki qəzetə uzanır. Xəbər məni qaneedir: İngiltərə kraliçası ll Yelizaveta qabyuyan axtarır!!! Aylıq zəhmət haqqı20 min dollar.

Görəsən İngiltərəyə bilet neçəyədir?..

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV