adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyul 2016 01:50
12989
KRİMİNAL
A- A+

Avtomobil 27 yaşlı velosipedçini vuraraq öldürüb

Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay rayonunun Ləkçiplaq kəndi ərazisində qeydə alınıb.

      

Rayonun Ləkçiplaq kənd sakini 1959-cu il təvəllüdlü Hümbət Qədirov 10-FS 469 dövlət nömrə nişanlı "VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən havanın qaranlıq vaxtı yolun kənarı ilə velosipedlə hərəkət edən həmkəndlisi, 1989-cu il təvəllüdlü İbrahimov Qurban Telman oğlunu vurub. Qurban İbrahimov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

     

 Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.