adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

MÜSADİR

MƏMMƏD DƏMİRÇİOĞLU
31111 | 2013-02-02 02:03
1-ci hekayət

(əvvəliötən saylarımızda)

4-cü yazı

Deyəsənməsələnin nə yerdə olduğu aydınlaşmağa başladı. Sumqayıtlı Vaqifin amiranəsəslə: "Əmioğlu, çalışın xakulabadlılar sizi sındırmasınlar. Bircə dəfəsındırsalar, Xakulabadın balaca uşaqları da üstünüzə ayaq alacaqlar. Onu dayadınızda saxlayın ki, Sumqayıtlı Vaqifhəmişə sizinlədi, əgər bir anası göyçək xətrinizə dəysə, bütünXakulabadı "Narın dərya" çayına tökərəm" - söylədiyi sözlərildırım sürətiylə beynimdə dolaşdı və qənşərimdə dayanan nataraz Özbək balasıkiçilib cırtdana döndü.

Beləzamanda sözə-söhbətə ehtiyac yox idi. Qan beynimə sıçramışdı. Olum, ya ölümməqamının nə olduğunu anladım və arxa tərəfimdə dəmirdən hazırlanmış mətbəxmasasına tərəf döndüm. Mənim etdiyim və edəcəyim hərəkətlər tam nəzarətsiz idi.Vücudumu, düşüncəmi idarə edən tamam ayrı bir qüvvə idi. Göyə qalxmış sağqolumu kimsə arxadan tutmuşdu. Yuxudan ayılmış kimi qarşımda donub qalmışözbəyin bərəlmiş gözlərini gördüm. "Memed əkə, nemə klyapsan?!" -Şevketin bu hayqırtısı məni yuxudan oyatmışdı. İri mətbəx bıçağını bərk-bərksıxıb yuxarı qaldırdığım sağ qolum sanki havadan asıla qalmışdı. Boyca məndənçox uca, idmanın karate növüylə məşğul olan Şeevket vaxtında özünü yetiribqolumu havada saxlayaraq aşağı enməyə qoymamışdı.

Sakitxarakterli olmasına baxmayaraq, ədəb-ərkanı, vurub tutması ilə Xakulabadşəhərində özünəməxsus hörməti olan Şevketi "Okean" restoranına həm dəona görə işə götürmüşdük ki, orada özünə güvənib özbaşınalıq edənləri yerbəyeretsin. İnsafən söyləsək onun nüfuzu və zəhmi sayəsində restoranda dava-dalaşlarçox az olurdu.

ZuxriddinXakulabad şəhərində tanınmış yeddi qardaşların ən kiçikləri idi. Azərilərinonun şəhərində yeganə və ən gözəl disqo barıişlətmələri ona çox pis təsir edir və onları tezliklə söndürmək qərarınagələrək restorana girərək özbaşınalıqlar edir. Tərslikdə həmin anda Şevketorada olmur və ona iradlar tutan Arifin göz nahiyəsinə ağır yumruq zərbəsiendirir. Vurulduğunu məndən gizləyən Arif Zuxriddinin mənim dalımca mətbəxəgirdiyini görüb nələrinsə baş verəcəyini yəqin edir, yenicə içəri daxil olanŞevkete anladır ki, tez mətbəxə girsin, ola biləcəklərin qarşısını alsın. O,azacıq da geciksəydi nələrin baş verəcəyini dərk etmək o qədər də çətin deyil.

Özünüaramıza salan Şevket zorla Zuxriddini mətbəxdən çıxarmağa çalışır, Zuxriddinisə dartınaraq mənim üstümə şığımağa çalışırdı.

-Zuxriddin,Toxta əkə! - deyərək onu güclə saxlayan Şevket mənim qarşımı kəsmişArifə - sən də onu sakitləşdir, -deyərək Şevketə gah hədə-qorxu gəlir, gah da xahiş-minnət edirdi ki,sakitləşsin. Nəhayət Zuxriddin sakitləşərək:

- Demək sənmənə bıçaq çəkdin? Demək sən mənim kim olduğumu bilmədin? Sən artıq özünü ölmüşbil. Siz bu şəhərdə çox arxayın və sərbəst yaşayırsınız. Mən sizin hər ikiniziqarşımda diz çökdürəcəm, - deyərək zərblə qapını çırpıb bayıra çıxdı.

Məsələninbelə qəlizləşməsini görən Şevket çox həyacanlı idi. O xeyli susduqdan sonramənim üzümə baxdı:

- Mehmedəkə, sən nə etmək istəyirdin? Sən fərqində idinmi etdiyinin? - deyərək dərindənnəfəs alaraq sözünə davam etdi: - Bu şəhərdə onların qabağına çöp salanolmayıb, əkə. Onlar yeddi qardaşdırlar. Böyük qardaşları rayon idman şöbəsininrəhbəridi. Qalan qardaşların isə hamısı idmançıdırlar və bir neçəsi karate boksüzrə Özbəkistan çempionlarıdırlar. Heç bilmirəm bu məsələnin sonu nə ilənəticələnəcək, - deyərək fikrə getdi.

Gecə sakitötüşdü. Səhər tezdən bir nəfər emalatxanama gəlib dedi ki, ikinci katib səniyanına çağırır. Ürəyimə damdı ki, bu çağırış axşamkı məsələ ilə bağlı olacaq.Qəbul otağına daxil olarkən orta yaşlı katib mənə oturmağa yer göstərərəkgözləməyimi xahiş etdi. Tez-tez Mixail Nikolayeviçin yanına gəlib-getdiyimdənNəbican əkə ilə dostlaşmışdım. Him-cim ilə nə məsələ olduğunu soruşdum. O isəsakit səslə bildirdi ki, Zuxriddini də çağırıb, nə məsələ baş verdiyini isə oməndən soruşdu. Məsələ tam aydın oldu. Az keçməmiş Zuxriddin ikinci katibinotağından çıxdı. Məni qəbul otağında görüb ayaq saxladı. Qəzəbli baxışlarlaməni başdan-ayağa süzüb yavaş səslə:

- VıAzerbaydjansı vse predateli( Siz Azərilər, hamınız satqınsınız), - deyərəkdişləri ilə dodaqlarını çeynəməyə başladı.

Mən içəridəvət olundum və ehmalla qapını açıb içəri daxil oldum. Başıaşağı nə isə yazanMixail Nikolayeviç qələmini hirslə masanın üstünə atıb üzümə baxdı. O başı iləoturacağım yeri göstərib gülümsəməyə başladı. Mənim xətrimi çox istəyirdiMixayil Nikolayeviç . Əməllicə dost münasibəti bəsləyirdi mənə. Xeyli üzüməbaxıb:

- Kak deladruq moy? - deyərək söhbətə başladı: -Dostum, əslində sənin bu cəsarətli hərəkətlərin çox xoşuma gəlir. Ammabaxır kimə, harada. Onu düz eyləyirsən ki, sizin üstünüzə ayaq almasınlar. Ammaüz-üzə gəldiyin adamlar çox təhlükəli insanlardı. Onlarla zarafat etmək olmaz.Səhər tezdən mənə xəbər çatdı və dərhal məsələ qəlizləşməsin deyə, Zuxriddiniyanıma çağırıb bir az danladım. Eyni zamanda başa saldım ki, sən bu Azəriləriiki nəfər bilmə. Onların Hamanqahda, Andicanda, Daşkənddə böyük dayaqları varvə istənilən vaxt tək siz yeddi qardaşı deyil, eyni zamanda Xakulabadı yerindənoynadarlar. Özün bilirsən ki, Kavqaz dəliqanlıları necə olurlar. İndi mənMamedi də çağıracam, yanımda əl verib dostlaşarsınız - deyərək, məni də onlarladost olmağa çağırdı.

ƏslindəMixail Nikolayeviç düz buyururdu. Amma mən ona dedim ki, əgər o da dost olmaqistəyirsə bəs kabinetdən çıxanda məni niyə təhqir etdi?

MixayılNikolayeviç adəti üzrə başının sərt hərəkətiylə saçını arxaya ataraqməsləhətinə davam etdi:

- Sən oboyda şəhər lotusunun üstünə bıçaq çəkmisən. Onu da anlamaq lazımdı - deyərək,masanın altındakı düyməni basdı. Dərhal içəri daxil olan Nəbicana: - Zuxriddiniiçəri dəvət et - deyərək, özümü ağıllı aparmağımı xahiş etdi.

İçəri daxilolan Zuxriddin ona göstərilən yerdə oturaraq kinli baxışlarla mənə tərəfbaxmağa başladı. Mixayıl Nikolayeviç yenə saçlarını başının sərt hərəkətiyləarxaya ataraq sözə başladı:

Zuxriddin,bu Azəri uşaqları sizin şəhərdə memardırlar. Siz gərək onlara hörmətləyanaşasız. Yaratdıqları nə varsa sizin şəhəriniz üçündü. Düşmançılıq kimə faydaverib ki. Mən bunlarla da söhbət etdim. Hər ikinizdə də səhv olub. Şeytanalənət deyib, bir- birinizlə dost olun, - deyib ayağa qalxdı. Hər ikimizinqolundan tutub bizi qabaq-qabağa qoydu. Sonra bir-birimizə əl verib, dostolmağımızı tövsiyə etdi. Xeyli tərəddüddən sonra başıaşağı dayanmış Zuxriddinsağ əlini mənə uzatdı. Məndə əlimi ona uzatdım və Mixail Nikolayeviçə sözverdik ki, bu gündən dost olacağıq.

MixayılNikolayeviç razı halda bizi qapıyacan ötürdü. Kabinetdən azacıq aralanmamışZuxriddin ayaq saxlayaraq nifrətlə üzümə baxıb: - Siz Azərilərə nifrət edirəm.Siz satqınsınız. Axşam olanları dərhal onun ovcuna qoymusuz. Səni bu şəhərdənsürgün edəcəyəm, - deyib gözlərimin içinə baxdı.

-Zuxriddin, ötən axşam ölümdən yaxanı qurtara bildin. Amma bu gecə qorxaqlıqedib evindən qaçma. Azərilər satqınlığını sübut etmək üçün sizə qonaqgələcəklər. Arvadının yanından elə götürəcəklər, heç özünündə xəbərinolmayacaq, - deyib pilləkənlərlə aşağı düşdüm.

Təbii ki,dediyim sözlərin fərqindəydim. Arxama baxmadan emalatxanama gəlib çıxdım. Yolboyu nələr edəcəyimi götür-qoy edərək Sumqayıtlı Vaqifin sözlərini xatırlamağabaşladım. "Əmioğlu, çalışın xakulabadlılar sizi sındırmasın. Amma onu daunutmayın, sizə bir qul bəndə əl qaldırsa Xakulabad şəhərini Narındəryada qərqedərəm".

Plan tamhazır idi. Bu olayları Vaqifə söyləmək, nələr edə biləcəyimizi onunlaməsləhətləşmək.

Beləlikləyenicə aldığımız "06" markalı "Jiquli" maşınımıza oturubNamanqana yollandıq. Vaqifin yanınagetməzdən öncə Müsadirlə görüşmək qərarına gəldik. Müsadir bizi xoş üzlə qarşıladı. Xoş-beşdənsonra başımıza gələnləri ona söylədik.O, diqqətlə bizə qulaq asıb dişlərini bir-birinə sıxaraq xırçıldatmğabaşladı. Söhbətarası sözümüzü kəsib:

- Ayə nədedi? Ayə azərbaycanlıların hamısı satqındı dedi? - deyərək yerindəqurcalanmağa başladı. - Deməli belə, demək biz hamımız satqınıq. Yaxşı, mən onagöstərərəm satqın necə olur, - deyib ayağa durdu:

- Naharvaxtıdı, durun gedək bir qismət çörək yeyək. Bu məsələni isə Sumqayıtlı Vaqifədeməyə ehtiyac yoxdu. Bu çox xırda məsələdi, özümüz həll edəcəyik - deyərək,gah gülümsəyir, gah da" demək bütün Azərilər satqındı" - deyibdodaqaltı mızıldanırdı.

Restorandaxeyli oturduq. Artıq dördüncü"Belıy aest" konyakının axırıncı badələrini doldurmuşduq. Müsadir isətez-tez Zuxriddinin arxasıncagileylənirmiş kimi "hələlik yaşa, vaxtına çox az qalıb","Zuxriddin yoxdu, o bu gecə mənəhesabat verəcək" , "gör onu bu gecə necə mələdəcəm" - deyərək,sanki dişlərini ovxarlayırdı.

Nəhayəthavanın qaralmasını görüb ayağa durdu.

- Haydı,getdik Zuxriddini basdırmağa, - deyib maşına yaxınlaşdı.

Xakulabadaçatanda bir qastronomun yanında saxladıb maşından düşdü. Mağazadan iki ədədkonyak götürüb yenə maşına əyləşdi:

- Nələtezdi, gedək sizə. Söz vermisiz ki, yatdığı yerdə arvadının yanındangötürməliyik. Düz saat 12-də dostumun başının üstünü alacam. Amma siz bu işəqarışmayın. Hərənizin bir çətən külfətiniz var. Siz eləcə kənardan onunmələməsinə tamaşa edin, - deyib yenə də Zuxriddinin qarasına hədyanlarsöyləməyə başladı.

Evə çatandasaat 10 idi. Yenidən süfrə açıldı, badələr dolub, boşalmağa başladı. Amma evdəbu barədə söhbət açılmadı. Müsadir isə tez-tez saatına baxaraq vaxtın tezyetişməsini gözləyirdi.

(Ardı gələnşənbə sayımızda)

MəmmədDəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV