adalet.az header logo
  • Bakı 21°C
24 Iyul 2016 16:00
8081
İDMAN
A- A+

Braziliyada Olimpiya məşəlini oğurlamaq istədilər - VİDEO

Braziliyada estafet mərhələlərinin birində Olimpiya məşəlini oğurlamağa cəhd göstəriblər.

Adalet.az "Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hadisə San-Paulu ştatının Quarulyus şəhərində qeydə alınıb.

Naməlum şəxs mühafizəçilərdən yayınaraq məşəli oğurlamağa cəhd göstərərkən saxlanılıb. İnsident zamanı bir polis əməkdaşının xəsarət aldığı bildirilir.

Qeyd edək ki, Olimpiya məşəli avqustun 5-də Rio-de-Janeyronun "Marakana” stadionunda Oyunların açılış mərasimi zamanı yandırılacaq.