adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SƏYYAD ARANIN HEKAYƏLƏRİ

VAQİF YUSİFLİ
69573 | 2013-02-02 02:01
AzərbaycandaSəyyad Aranı yaxşı tanıyırlar - desəm, səhv etmərəm. O, Yeni AzərbaycanPartiyasının sadiq üzvlərindən biridir,Milli Məclisin deputatı olub, sonra qardaş Türkiyədə konsul işləyib. İndi də ictimai-siyasi fəaliyyətini davam etdirir.

AncaqSəyyad Aranı bir yazıçı kimi də təqdim etmək olar. Yaradıcılığa hələ İmişlidəmüəllim işləyərkən başlayıb və ilk hekayəsini 1978-ci ildə "Ulduz"jurnalında çap etdirib. İlk kitabı "Körpü" (səksəninci illərinəvvəllərində) ilə ədəbiyyata bir körpü salmaq istəyib. Deyərdim ki, istəyinəçatıb. Müasir nəsrimizdə Səyyad Aranın da səsini eşitmək olur, yol aldığıcığırı bələdləmək mümkündür.

Buyaxınlarda Səyyad Aranın "Sandıqdaqalan muştuluq" hekayələr kitabı işıq üzü gördü. Səhv eləmirəmsə, bu,Səyyad Aranın beşinci kitabıdır. Otuzillik yaradıcılığı ərzində beş kitab azdır, amma söhbət kəmiyyətdən yox,keyfiyyətdən gedirsə, Səyyad Aranın hekayələri bədii səviyyəsinə görə bizi qaneedir.

Məlumdurki, ədəbiyyatda hər yeni kitab, əslində, müəlliflə yeni görüş imkanıdır. Bu yaxınlarda Yazıçılar Birliyinin"Natəvan" klubunda Səyyad Aranın bu kitabının təqdimatı oldu və hissedildi ki, onun ünvanına yağdırılan təriflər səmimidir, həqiqəti ifadə edir.Həmin bu "Natəvan" klubunda elə təqdimatlar da olur ki, ilkdəqiqəsindən sonuncuya qədər qeyri-səmimiyyət havası üstündə qurulur. Müəllifinünvanına yağdırılan təriflər nə ona, nə də onun cızma-qaralarına aid deyil,nəyə aiddir, allah bilir. Axı, hər bir kitab müəllifin elə özü deməkdir, əgərmüəllifin özü o kitabda görünmürsə, onun bir yazıçı kimi yoxluğuna həttasevinmək olar. Belə kitablarda növbənövjanrlar-şeir, poema, hekayə, povest çin-çin düzülür, amma müəllifin özügörünmür. Çünki cümləsi, sözü və bu cümlələrin, sözlərin müəllifə məxsus ifadəsi yoxdur. Çox təəssüf ki, belətəqdimatlar tez-tez keçirilir.

SəyyadAranın hekayələr kitabını oxuyandan sonra bir az rahat nəfəs alırsan ki, bax,son illərdə belə təbii, bədii səviyyəsi ilə razılıq doğuran hekayələr dəyazılır.

Hekayənəsrin həcm etibarilə kiçik janrı sayılsa da, onun bir çox böyük həqiqətləri uğurla öz "kiçikərazisinə" sığışdıra bilir. Dünyanın Mopassan, Çexov, Mirzə Cəlil kimidahi hekayə ustaları olub və Azərbaycan ədəbiyyatına gəlincə, Mirzə Cəlildənsonra istedadlı hekayəçilər nəsli və gözəl hekayələr meydana gəldi. Səyyad Aranda bu nəslin axırıncı nümayəndələrindəndir ki, o ənənələri davam etdirir.

"Sandıqdaqalan muştuluq" kitabındakı hekayələr, həmçinin müəllifin digər kitablarındakıhekayələri fərqləndirən, onlara özünəməxsusluq qazandıran cəhətlər hansılardır?

İlknövbədə, müəllifin təsvir etdiyi həyat lövhələrinin reallığı və inandırıcılığı.Həyat həqiqətlərinin bədii həqiqət məqamına çatması.

SəyyadAranın təsvir etdiyi lövhələrin məkanı, qaynağı kənddir. Onun təsvir etdiyi kənd çağdaş nəsrimizdəməxsusi koloriti, adət-ənənələrinin, insan xarakterlərinin canlı sərgisi iləseçilə bilir. Bu kəndin konkret bir adı, ünvanı olmasa da, təsvirlərinhədəfindən, detalların konkretliyindən hiss edirsən ki, bu Aran kəndidir. Bufikri vaxtilə Səyyad Aranın "Soyuq günəş" adlı kitabına yazdığımkiçik resenziyada söyləmişdim və indi də o fikirdəyəm. Yeri gəlmişkən, qeydedim ki, Səyyad Aranın həmin o kitabındakı on hekayə və iki kiçik povestiduyumlu müşahidələrdən, həyati hadisələrdən yaranmışdı.

"Sandıqdaqalan muştuluq" kitabındakı hekayələrdə də Səyyad Aran, yaradıcılığına xasolan o təbiiliyə, duyumlu müşahidələrə, real və həyati hadisələrin təsvirinəsadiq qalır. İstənilən bir hekayəni oxuyan kimi hiss edirsən ki, bu yazınınmüəllifi kənd həyatına, orada yaşayan insanların psixologiyasına,adət-ənənələrinə, məişət tərzinə yaxşı bələddir.

S.Aranıntəsvir etdiyi kənd və insanlar 70-80 və 90-cı illərə aiddir. Bu hekayələrdətəsvir edilən obrazlar sadə və adi insanlardır. Müstəsna qəhrəmanlar tapabilməzsən. "Əfəl" hekayəsinin qəhrəmanı kənd adamlarının ağıldan kəmhesab etdikləri İbişdir. "Bu tərəflərdə İbişi tanımayan yoxdur. Hamı bilirki, uşaqlıqda hasardan yıxılıb, "ağlı başından çıxıb". Buna da səbəb qonşularının şipşirin, baxandanəinki İbişin, hətta böyük-böyük adamların da ağzının suyunu axıdan şaftalıağacı olmuşdu. Qohum-qardaş, dost-tanış,bütün kənd əl-ayağa düşüb əlac axtardılar. "Körpədi, yazıqdı,kasıbdı". Doxturların böyüyü rəhmətlik Siyab Rüstəmovdan tutmuş qələmiağır, balta, ülgüc mollalaracan nə qədər müalicə, dava-dərman edilsə də, dualaryazıldısa da, İbişin başından çıxan ağlını tapıb yerinə qoymaq mümkün olmadı. Ovaxtdan İbiş olmuşdu kəndin məzəsi, zarafat selbəsi".

Bu İbişkolxoz sədrinin bacısı qızıyla dostluq edir.Ülkər hər gün ona cürbəcür konfet, şokolad gətirir, İbiş isə əvəzindəonun üçün naxışlı çubuqlar yonur, kəpənək tutur, meşədən quş yumurtası tapır,çaydan alabəzək xırda balıqlar tutub gətirir, bir sözlə, onlar böyüklərinmünasibətindən asılı olmayaraq mehrlərini bir-birinə salmışlar. Sədrin adamlarıvə Ülkərin qohumları onu hər vasitə ilə İbişdən ayrı salmağa çalışırlar. Vəbuna nail olurlar. Müəllif bu ayrılığı çox təbii, ürəyi titrədəcək dərəcədətəsvir edir. "Uzun müddət Ülkəri sakitləşdirə bilmədilər. Xeyli əziyyətdənsonra onu birtəhər yatızdırdılar. İbiş nəmli gözlərini böyük və işıqlıpəncərələrə dikib, kal və yoğun səsi ilə neçə vaxt bir yerdə xoş günlərkeçirdiyi, ağlı kəsəndən bəri ona ən əziz və doğma olan oyundaşını səslədi: -Ülkər, ay Ülkər!.. hardasan? Sabah oragələssən?"

Bu hekayəkövrək notlar üzərində qurulub. Ümumiyyətlə, S.Aranın hekayələrində təsvirolunan hadisələr, göstərilən həyat lövhələriöz dramatikliyi ilə diqqəti cəlb edir. Bu dramatikliyi obrazların təkcəqarşılıqlı münasibətlərində və konflikt doğuran situasiyalarda deyil, həmçininhadisələrin özünün mahiyyətində də axtarmaq lazımdır. "Ziyahiminpeşmançılığı" hekayəsini götürək. Ziyahim kimdir?

Sadə vəsadədil bir kənd uşağı. Orta məktəbi təzəcə bitirib. Amma instituta girəbilməyib. Kənddə qalıb atasına, ev-eşiyə kömək edir. Bu gün atasının əvəzinəmal nobatına yollanır. Hiss olunur ki, bu cavan uşaq yaman darıxır, qəm-qüssədən bağrı çatlayır, arxası üstəçəmənliyə uzanıb hirsini necə soyudacağı haqda fikirləşir. "Dabanlarısızım-sızım sızıldadı, özünü götürüb çırpdı yerə. Dizləri göynədi, qarnısancılandı, ağzına göy ot və quş zımrığı doldu, ürəyi bulana-bulana tüpürdü,yeri-göyü söyüb-söyləndi və axırda çəmənliyə sərələnib sakitləşdi".

Butəsvirlərdən də aydın hiss olunur ki, Ziyahim daxilən boş deyil, o, nəyəsə canatır, nəyinsə arzusundadır, amma özünü ifadə edə bilmir. Onun daxili aləmi meşəyə gələn bir oğlanla qızın gəlişindənsonra üzə çıxır, daha doğrusu, obrazın "mənəvi pasportu"səhifə-səhifə vərəqlənir. Meşəyə gələn Bəbir mənən cılız və pozğun təbiətli bircavandır, meşəyə gətirdiyi qız da onun tayıdır. Cavanlar meşədə yeyirlər,içirlər, amma dost ola bilmirlər. Ziyahimın inamı puça çıxır, Bəbir və Elya Ziyahiminonları satacağından şübhəyə düşüb aradan çıxırlar. İnam sarsılır: "İçigöynədi. Yana-yana hönkürdü. Başını əlləri ilə tutub "niyə?","niyə?" deyərək inildəyirdi... Onu ən çox yandıran aldadılması, hərifyerinə qoyulması, ələ salınmasıydı. "Mən axı ədəbsizlik etmədim, kişi kimisizi arxayın salmaq üçün özümü görməzliyə, bilməzliyə qoydum... Gördüyümüorda-burda danışıb heç vaxt əskiklik eləmərəm. Adam balası kimi sizə qaynayıbqarışdım. Nə gördüz ki, inanmadız?"

Hər hansıbir hekayənin yaşarılığını artıran cəhətlər var. Görkəmli yazıçı Mir Cəlalyazırdı ki, "Xarakter bir hadisə, yığcam bir süjet, ümumiləşdirici birmətləb, müxtəsər, şirin, sadə söyləmə, nəqletmə üsulu, psixoloji dərinlikhekayənin başlıca xüsusiyyətləridir". Bu cəhətləri biz Səyyad Aranınkitabda toplanan bir sıra hekayələrində görə bilərik. "Şeytanınqurbanı" hekayəsində tənha bir qocanın həyatından söz açılır. Bu, Təhməzkişidir. Arvadı təzəcə rəhmətə gedib. Təhməz kişinin üç oğlu var, amma yaxşıişlərdə çalışmalarına baxmayaraq, vecsizdirlər: "Mənim belimdən gələn,sənin halal südünü əmən bu qurumsaqlar böyüyüb kimə oxşadılar, bilmədim!".Qardaşlar öz aralarında atalarının taleyi barədə "məşvərət"aparırlar, amma heç biri atalarını saxlamaq, ona qulluq eləmək vəzifəsiniöhdəsinə götürmək istəmir, hərə bir bəhanə gətirir.

Müəllifbaşqa bir obrazın - Töhfə arvadın da taleyinə biganə qalmamışdır. O da təkdir,əri ölüb, Təhməz kişiylə qonşudur, cani dildən istəyir ki, Təhməz kişiyləmehriban olsun. İçindən qəribə hisslər də keçir. Lap cavanlıqda olduğu kimihiss-həyəcan burulğanına düşür, hər gün tərəddüdlər içində çabalayır:"Obaşdannan nə üzlə, nə bəhanəylə durub yollanacaqdı Təhməz kişininüstünə? Tutaq ki, bir dəfə odunu bəhanə elədi, o biri gün inəyi, üçüncü güngözü dolmuş arxı təmizləməyi. Bəs sonra? O biri günlər?

- A Təhməz,getməyim gəlmir axı..

"Daştök, ay Tanrı! Od tök, ay Tanrı! Bu nə danışır?.. Bu nə danışır? Bu yaşdaşeytana aldanmamalıydın, ay Töhfə! Aldanmamalıydın!"

Göründüyükimi Töhfə arvad ürəyindən keçənləri, ona əzab verən hisslərini saxlaya bilmir,iki yol ayrıcında qalır. Lakin el-oba, kənd stixiyasından, əsrlər boyu yarananmilli etik çərçivədən sıyrıla bilmir, beləcə tərəddüdlər içində çırpınır. Vəgünlərin bir günü Töhfə arvad keçinir. Bəs Təhməz kişi necə olur? Müəllifpsixoloji təhlili daha da dərinləşdirir və bu kişinin də qəlbindəkini əyanedir. O da arzulayır ki, Töhfə arvaddan sonra köçsün bu dünyadan...gƏslində,onların bu yaşda birləşməyi mümkün deyildi. Çünki hər ikisi bunu "şeytanişi" hesab edirdilər.

SəyyadAranın ən yaxşı hekayələrindən biri də "Sandıqda qalan muştuluq"dur.Hekayənin qəhrəmanı Dünyamalı qəribə bir tale sahibidir. O, türmədən qayıdır."Dünyamalı həyatda çox ağır şeylər görmüşdü. Ağlı söz kəsəndə atası öldü.Atasından bir az sonra müharibənin o qanlı-qadalı illərində "çörək"deyə-deyə hamının gözü qarşısında bacısı keçindi. Neçə dəfə milisionerlərinqabağında getdi-gəldi. "tamahına güllə dəymiş", "əclaf","ikiayaqlı canavar" kimi damğalandı. Firavan və rahat həyata öyrənmişolduğundan, həbsdə itin əzabını çəkdi, amma bir dəfə də olsun ağlamadı, heçgözləri də yaşarmadı".

Həmin buDünyamalı həbsdən qurtulandan sonra ən yaxın dostlarına teleqram vurub ki,gəlirəm. Amma onu kimsə qarşılamır. Görünür, türməyə düşməyi bir əngəl olub."Hələ heç vaxt kəndi belə səssiz-səmirsiz görməmişdi. Doğrudanmı, bu boydakənddə bir adam tapılmayacaq ki, onun qabağına çıxsın, bir uşaq olmayacaq ki,qırmızı yelənli yaylığı muştuluq alsın?"

Bəli,Dünyamalı zənnində yanılmır. Onun bu gün gəlməyini hamı bilirdi, amma kimsə onuqarşılamır ki, adı "it dəftəri"nə düşər.

Dünyamalı"dostları"nın vəfasızlığından sonra öz doğulduğu evə, həyətəyaxınlaşır. İlk gördüyü uşaqları olur, amma onu tanımırlar. Bu nisgildən sonraanası və arvadı gəlir, hıçqırıqlar başlanır. "Ayağının altında ölüm, ana!Halal elə...g Sənə bir oğulluq eləmədim. Bağışla..."

Təbiihisslərdir və müəllif Dünyamalının psixoloji gərginlik içində necə hisslərkeçirdiyini təsvir edir: "Ev-eşikdən burnuna çoxdan unutduğu tanış qoxular-anasının,arvadının, uşaqlarının iyi gəlirdi. Birdə bayaqdan bəri onu girinc edən, neçəgün bundan irəli həbsdən buraxılmasına baxmayaraq indicə, öz yorğan-döşəyininiçindəcə duyduğu azadlığın".

SəyyadAranın haqqında söz açdığım bu hekayələri sovet dövrü həqiqətlərindən söz açır.Yaşadığı o illərin sevinci, kədəri, nəşəsi, ağrı-acıları və ümumiyyətlə,kəndlə, Aran torpağı ilə bağlı problemlər bu hekayələrdə öz bədii təcəssümünütapmışdır. "Qarpız", "Körpü", "Külçə", "Güliyi", "İlin axır çərşənbəsi", "Yay gecəsininqəziyyəsi", "Ay Simurq quşu" hekayələri o dövrün Aran kəndibarədə müəyyən təsəvvür yaradır. Bu hekayələrin bir məziyyəti də ondadır ki,Səyyad Aranın dili rəvandır, o, heç yerdə pəltəkləmir, həm öz təhkiyəsində, həmdə obrazların nitqində səliqəli-səhmanlıdır, dilimizin imkanlarından gen-bolistifadə edir. Xüsusilə, kənd təbiətinin təsvirlərində özünəməxsusdur.

SəyyadAranın "Dərs" hekayəsi isə iki il öncə qələmə alınmışdır. Hiss olunurki, o, bir yazıçı kimi bu günün-son dərəcə mürəkkəb və təzadlı olan çağdaşgünümüzün həqiqətlərini təsvir etməyə can atır. Təbii ki, kənddən bəhs edənhekayələrlə "Dərs" tipli hekayələrin fərqi açıq görsənir."Dərs" hekayəsində artıq dövrün cizgilərini əks etdirən lövhələrcanlandırılır. Mürsəl və Səttar. İki dost. Mürsəd təmiz adamdır, illərdən bərinecə yaşayıbsa, o mənəvi sifəti itirmir. Səttar isə yeni dövrün adamıdır,"işgüzarlığı" onu yüksək pillələrə aparıb çıxarıb. Amma nə olsun?Onun "həqiqətləri" təmizlikdən, mənəvi saflıqdan yoğrulmayıb,zəmanənin yaratdığı fürsətdən barınıb.

Əlbəttə,Səyyad Aran bu günün həqiqətlərindən daha çox yazmalıdır! Onun buna vaxtı davar, imkanı da. Görəsən, bir vaxt şirin nağılını, hekayəsini söylədiyi Arankəndinin bugünkü durumu necədir? Bax, biz S.Arandan bu mənada yeni nəsrəsərləri gözləyirik...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV