Bağdadda terror aktı: 10 nəfər ölüb
İraqın paytaxtı Bağdad şəhərində törədilən terror aktı nəticəsində ən azı 10 ölüb, 20 nəfər yaralanıb.
Adalet.az Reuters-ə istinadən xəbər verir ki, şəhərin şimalında, əsasən şiələrin yaşadığı Əl-Kadimeyn rayonunda nəzarət-buraxılış məntəqəsinin qarşısında terrorçu-kamikadze özünü partladıb.
Ölənlərin ikisi polis əməkdaşı, səkkizi mülki şəxsdir.
Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.
Digər Xəbərlər
29 Mart 2024 18:15