adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Iyul 2016 11:17
8001
DÜNYA
A- A+

Yerevan “qiyamçıları” “DQR”-in vasitəçisindən imtina ediblər

Yerevanda polis binasını ələ keçirmiş silahlı qrup bəyan edib ki, hazırda hakimiyyətlə danışıqlarda vasitəçi qismində çıxış edən Dağlıq Qarabağ separatçı rejiminin nümayəndəsi Vitali Balasanyan bundan sonra vasitəçi missiyasını həyata keçirməyəcək.

Adalet.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu polis binasını zəbt etmiş silahlı qrupun üzvü Varujan Avetisyan deyib.

Qeyd olunur ki, Balasanyan KİV nümayəndələri ilə görüş zamanı onların işinə mane olmağa çalışıb.

"Biz vasitəçilik etmələri üçün digər şəxslərlə danışıqlar aparırıq. Vasitəçinin adı aparılan danışıqlardan sonra elan olunacaq”, - deyə Avetisyan bildirib.

Bundan əvvəl "qiyamçılar” təslim olmayacaqlarını bildiriblər.