adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ADIMIZLA BAĞLI

SEYFƏDDİN ALTAYLI
88236 | 2013-02-02 01:59
Əziz oxucular, hərdənbir tarixin saralmışyarpaqlarını vərəqləmək və bəzi məsələlərə toxunmaq məni digər məsələlərdənözünə daha çox cəlb edir. Yəqin bu da şəxsən özümün tarixə duyduğum məhəbbətdənyaranır. Yadımdadır, mərhum atam Azərbaycan, İran, Türkmənistan, Tatarıstan vəQafqazın müəyyən şəhərlərindən söhbət edərdi, bildiyi bəzi tarixi hadisələrdəndanışardı. O vaxt mən dünyadan əl-ayağımı çəkmişcəsinə nəfəs dərmədən atamaqulaq asardım. İfrat dərəcədə əsəbani bir kişi olsa da, tarixi hadisələrdəndanışanda sözləri ipək kələfinə dönür, narın bir bulağın suyu kimi ruhumahopurdu. Mənə tarix sevgisini o aşıladı.

Liseydəoxuyanda bir tarix müəllimimiz vardı, adı Nəjat Birdoğandı. Onu da çoxsevmişdim, çünki tarix dərslərini canlı auditoriyaya çevirirdi. Dərsdə elədanışırdı ki, onun dərs dediyi vaxt biz meydan müharibələrini, əsgərlərimizindönməzliyini, sərkərdələrimizin igidliyini, xaqanlarımızın insansevərliyi iləyanaşı döyüş meydanında məğlub etdiyi düşmənə göstərdiyi hörməti, milləti vədövləti yolundakı hər bir fəaliyyətini, orduların yürüşünü ən canlı səhnələrkimi gözümüzün qabağına gətirə bilirdik. Sonralar bildim ki, Nəjat Birdoğanələvidir. Dissertasiyamla bağlı işləyərkən onun ələviliklə bağlı sanballıəsərlərini tapıb aldım, istifadə etdim və ələviliyin müəyyən detallarını ondanöyrəndim. Tanrı məkanını cənnətə döndərsin. Universitetdə oxuyanda isə,Türkiyənin mədəniyyət tarixçisi prof. dr. İbrahim Kafəsoğlu mənim tarixmüəllimim oldu. Deməli, mən Tanrının sevimli qulu idim ki, mənə öz tariximi, özmilli kimliyimi tanıdan müəllimlər öz sahələrinin ən maraqlı insanları,alimləri olublar. Mərhum Kafəsoğlu ilə birlikdə prof. dr. Mustafa Kafalı, prof.dr. Gülçin Çandarlıoğlu, prof. dr. Abdülkadir Donuk mənə dərs dedilər. Hamısınaömür boyu minnətdar olacağam, çünki onlardan çox şeylər öyrəndim.

Bugünküyazımda istəyirəm ki, Türk sözü üstündə dayanam.

TarixşünaslarTürk sözünə bir çox mənalar yükləyiblər. Keçmiş tarixçilərin fikrinə görə,əvvəlki vaxtlarda dəbilqə, kamillik əsri, dəniz sahilində məskunlaşmış insan,cəzb etmək mənaları, Türk sözünün sinonimi olub. Ancaq ötən əsrdə isə daha elmiizahlara üstünlük verilib. Türk adının "törəmək" felindən yarandığıvə "törəli" yəni, nizam-intizamlı və qanun yiyəsi, qanun yaradanolduğu şəklində şərh edilib. Bu sözün bir də güc, qüvvət, sifət şəkli ilədesək, güclü, qüdrətli olduğu da tarixi sənədlərdən aydın olub. Türk sözü,semantik yöndən inkişaf etmiş, qüdrətli mənalarına da malik olub. Miladi 420-ciillərdə yazılan bir Pers mətnində Türk sözü, Turanlı xalqlar mənasındaişlədilib. Ancaq real bir fakt vardır ki, Türk adı tarixdə ilk dəfə Göytürkİmperiyası tərəfindən işlədilib, dövlətin adı olub. Bu da Türk adının, birkütlənin irqi mənsubiyyətini təyin edən ad olmadığını və onun siyasi mənadaşıdığını sübut edir. Kinşan dağlarının ətrafında yaşayan və öz müstəqilliyinielan edərək dövlət quran Türk tayfasının adı, vaxt ərzində böyüyüb imperiyayaçevrilən Göytürklərin siyasi adına çevrilib və tarix ərzində o tayfaya qohumolan tayfalar da həmin adı siyasi bir ad kimi götürüb mənimsəyiblər. DeməliTürk sözü, bir millətin etnik adı əvəzinə, müstəqilliyini elan edərək dövlətyaradan Türk adlı tayfaya qohum olanların mədəni və siyasi bir bayraq altındacəmləşdiyi ictimai-siyasi ad olubdur.

Söhbətin buyerində türklərin etnik yönünə də qısaca toxunmaq istəyirəm. Bəri başdan deyimki, nə mənim, nə də irəli sürdüyüm fikirlərin irqpərəstliklə hər hansı rabitəsiyoxdur. Mən məsələyə sosioloji güzgüdən baxmaq istəyirəm.

Türklərinetnik kimliyinə antropoloji cəhətdən müxtəlif yönlərdən yanaşılıb. Həttabəziləri türkləri monqollarla eyni kökə mənsub bir xalq kimi qələmə verib.Xüsusilə 21-ci əsrin ortalarından sonra aparılan arxeoloji axtarışlarnəticəsində türklərlə monqolların arasında etnik yöndən hər hansı rabitəninolmadığı aydın edilib. Elmi araşdırmalar sübut edib ki, dünyada cəmisi üç növsoy qrupu vardır. Onlar monqoloid, neqroid və yevropoiddir. Türklər, yevropoidqola daxildir. Türklər ağ dərili, tünd parlaq gözlü, ümumiyyətlə dəyirmi üzlü,sağlam bədənli, ovçu, döyüşçü bir xalq kimi qələmə verilib.

Türklərintarix boyu özlərinə məxsus totemləri olub. Qartal, ceyran, qurd, ulu dağlar,ulu çaylar, çinar ağacı, ağcaqayın, qara şam v s. Türklər onlara daim hörmətləyanaşıb.

OrtaAsiyada Altay-Sayan dağlarının şimal-qərb bölgəsində yaşayan türklər böyüksiyasi çıxışlar edərək sistemli şəkildə də dünyaya yayılıblar. Türklərindünyaya yayılmasına və böyük coğrafiyalara hökm etmə səbəblərindən biri dətürklərin cahana hakim olma ideyasıyla bağlıdır. Tariximizin əfsanəvi xaqanıOğuz, Suriya səfərindən uğurla qayıtdığında böyük bir toy təşkil etdirmiş vəorda xalqına çıxış edərək demişdi: "Yay çəkən xalqları birləşdirdim,hamısı Hun oldular. İndən belə göy çadırımız, günəş tuğumuz (bayraq)olsun". Bu da həmin ideya ilə səsləşir.

Daşdövrünün ilkin çağlarında Altay-Sayan dağlarının şimal-qərbində məskunlaşmıştürklər eradan qabaq 1700 illərindən tutmuş ətrafa hakim olublar, bir hissəsidə Qazağstanı ötüb Mavəraunnəhrə kimi yayılıb. Eradan qabaq birinci min illiyinbirinci əsrindən tutmuş Çinin şimal-qərbindəki Qansu, Ordosçöllərinə hakim olublar. Buradan ayrılan Türk tayfaları qərbdə Volqa çayına üztutaraq iki hissəyə ayrılıb. Bu coğrafi ayrılıq türklər arasında dilfərqliliyinin yaranmasına da amil olub. Beləliklə, Qıpçaq və Oğuz qruplarıyaranıb. Buna Şərq Türkcəsi ilə Qərb Türkcəsi də deyilir. Bu ayrılıq, eradanqabaq 3-cü əsrdə yaranıb.

Altay-Sayandağları bölgəsindən qərbə, qədim baba yurduna sarı gələn türklərin bir hissəsieradan qabaq 4-cü və 3-cü əsrlərdə Xəzər dənizi və Volqa çayı ətrafına gəlibməskunaşıblar və buralardakı yerli türklərlə qaynayıb-qarışıblar. Bir hissəsiisə Hun İmperiyasına daxil olub və Asiyanın şimal-qərb bölgəsində yaşayıb, dahasonra da Sibirə sarı üz tutublar. Onların bir hissəsi eradan qabaq birinci minillikdə Hindistanın İndus-Pəncab bölgəsinə (Şumerlərin doğma vətəni) gedib.

Asiyadayaşayan türklərin buralardan kütləvi şəkildə köçməsinin iki amili vardır.Birincisi, iqlim şəraitinin pisləşməsi və güzəranın çətinləşməsi, ikincisi isəgüclənmiş qonşu xalqların daimi təzyiqləri və türklərin də təzyiq altındayaşayacaq xarakterdə olmamasıdır. Hamı bilir ki, Türk xalqı öz azaldığına hərbir şeydən daha çox əhəmiyyətlə yanaşır. Ac- yalavac yaşayabilər, ancaq əsarətaltında əsla. Türklərin qurdu özünə totem seçməsinin əsas amili də qurdun heçvaxt ələ öyrədilə biləcək xarakterdə olmamasıdır.

Adımız,bizim dünya tarixinə şanlı şəkildə vurduğumuz möhürdür. Türk demək, alicənab,səxavətli, humanist, böyük-kiçik hörməti gözləyən, ailəsinə bağlı, ləyaqətli,cürətli, cəsur, güclü və zalın qarşısında əyilməz, dönməz və azadlığını hərşeydən üstün tutan millət deməkdir. Türk tarixinin əvəzsiz sərkərdəsi və dövlətxadimi Atatürk, "Nə mutlu Türküm diyənə" sözünü əbəs yerə deməyib.Məkanın cənnət olsun ey Ulu İnsan!..

Məni Türkvə müsəlman yaratdığına görə Tanrıma nəhayətsiz həmd-səna olsun.

SeyfəddinAltaylı, Ankara

altaylı[email protected]

TƏQVİM / ARXİV