adalet.az header logo
  • Bakı 21°C
24 Iyul 2016 00:56
7317
DÜNYA
A- A+

Türkiyədə prezident qvardiyası buraxılıb

Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına qərar verilib.

 

Adalet.az-ın xəbərinə görə, bunu "A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

 

"Prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.  

 

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar  prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb.