adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Iyul 2016 11:36
5595
MƏMLƏKƏT
A- A+

Dilçi alim vəfat edib

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva vəfat edib.

Bu barədə Adalet.az-a Dilçilik İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

İnstitutdan bildirilib ki, M.Mirzəliyeva 67 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

O, 2014-2015-ci illərdə Dilçilik İnstitutunun direktor müavini vəzifəsində çalışıb.

M.Mirzəliyeva 1985-1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xalq iclasçısı seçilib.