Türkiyədə bağlanan qurumların sayı açıqlandı
Türkiyədə tətbiq olunan fövqəladə vəziyyət rejimi ilə bağlı ölkədə bağlanan qurumların sayı açıqlanıb.
Adalet.az "Habertürk”-ə istinadən xəbər verir ki, hökümətin qəbul etdiyi sənədə əsasən, 35 səhiyyə müəssisəsi, 934 məktəb, 109 məktəbli yataqxanası, 104 vəqf, 1125 dərnək, 15 universitet, 19 həmkarlar təşkilatı fəaliyyətini dayandırıb.
Sənəddə göstərilib ki, 15 iyul hadisələri ilə bağlı saxlanılan vəkillə görüşməsi qeydiyyata alınacaq. Eyni zamanda Fövqəladə vəziyyət çərçivəsində şübhəlilərin saxlanılma müddəti 30 günədək artırılıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb.
Digər Xəbərlər
29 Mart 2024 11:21
Terror aktında xəsarət alanların sayı 382 nəfərə çatdı
29 Mart 2024 11:17Ermənistandan Solovyovla bağlı QADAĞA
29 Mart 2024 11:12Türkiyədə FETÖ-yə qarşı əməliyyat - Saxlanılanlar var
29 Mart 2024 10:44Rusiya KXDR-na qarşı sanksiyaların uzadılmasına veto qoydu
29 Mart 2024 10:44