adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Iyul 2016 11:20
8371
SİYASƏT
A- A+

Münhendəki atışma ilə bağlı XİN-dən Açıqlama

"Münhendə baş verən atışma zamanı ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır”.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsü qeyd edib ki, Azərbaycanın Almaniyadakı səfirliyi hazırda araşdırmalarını davam etdirir.

H.Hacıyev bildirib ki, əlavə məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ötən gün Almaniyanın Münhen şəhərində baş verən hadisə zamanı 10 nəfər ölüb, 21 nəfər yaralanıb. Hadisəni milliyətcə iranlı olan 18 yaşlı gəncin törətdiyi deyilir.