adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Iyul 2016 09:48
11091
MƏDƏNİYYƏT
A- A+

Bakıda 80 min manata saz satılır - Video

Azərbaycanda 80 min manata saz satılır. Elşad adlı gənc onlayn satış saytlarının birinə belə bir elan yerləşdirib. Özü də iddia edir ki, bu saz Aşıq Ələsgərindir.

Onun sözlərinə görə, sazı vaxtilə Aşıq Ələsgər onun babasına verib.

Elşad deyir ki, sazın 200 ilə yaxın yaşı var.

Saz ilə tanış olan Azərbaycan Aşıqlar Birliyindən isə deyiblər ki, Aşıq Ələsgərin 200 illiyi 2021-ci ildə tamam olacaq: "Bu sazın necə 200 yaşı ola bilər? Ələsgərin sazı solaxay olub, amma bu saz solaxay deyil”.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: