adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Iyul 2016 01:32
3899
HADİSƏ
A- A+

Şirvanda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb

Şirvanda sərxoş sürücünün törətdiyi avtoqəzada 2 nəfər xəsarət alıb.


Hadisə saat 23.25 radələrində H.Əliyev prospektində qeydə alınıb. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Mədətov Cavad Əli oğlu sərxoş vəziyyətdə idarə etdiyi "Lada Priora” markalı, 90 MP 432 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə yol kənarındakı ağaca çırpıb.

 

Nəticədə sürücü və avtomobildə olan  sərnişin Şirvan sakini, 1999-cu il təvəllüdlü Hüseynov Orxan Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hər iki şəxs avtomobildə sıxılmış vəziyyətdə olduğundan Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlıqların köməyilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.