adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ÖZÜMDƏN ÖZÜMƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
41705 | 2016-07-22 17:40

Hərdən fikirləşirəmyaxşı ki, yazıb-pozmağı, arada bir uydurmağı bacarıram. Yoxsa, bu dünyadan heçbaş açmazdım. Və bir də yaxşı ki, bu günlərdən nə qədər baş açdığımı bir özümbilirəm, bir də Allahım... Və bir də Allahımın bildiyi həmin o sirrimi mən də hərdənbirnamərdlik edib dədəmin qulağına pıçıldayıram. Və beləcə iki nəfərin bildiyiartıq sirr olmaqdan canını qurtarır...

Söz adamlarının biruydurması var. Məndən heç kim inciməsin. Ola bilsin ki, həqiqətən də kimlərinsəilham pəriləri var. Amma mən də az-çox sözdən anlayışım olduğu üçün fərdi, əlahiddəhansısa bir ilham pərisinin olduğunu nə düşünmüşəm, nə görmüşəm, nə də onu mənəgöstərən olub. Hər anının özündə bir pıçıltı, hər anının özündə bir gözəllik, həranının özündə bir kədər, nisgil, qayğı, dərd və digər əllə toxunmaq mümkünolmayan zərif duyğuların yaşandığı həmin o anın özü mənim üçün bir ilham çeşməsinə,ilham pərisinə çevrilir. Ona görə də:


Görüşdük...

gözlərimiz salamlaşdı...

qısaca hal-xoş etdik...

sözlərimizsalamlaşdı...

sonra...

yanaşı addım atdıq...

izlərimiz salamlaşdı...

bir də...


- bax, bu duyğularbilmirəm ilham pərisinə xidmət edir, yoxsa Allahın vergisidir. Amma onu bilirəmki, özü də yüzə-yüz əminəm ki, bu nə İlahi bir pıçıltıdı, nə qarşımdan ötüb keçənhər hansısa bir gözəlin naz-qəmzəsi və yaxud da qaş-qabaq tökməsi... istər təbəssümlə,istər əsəblə bir qıyğacı göz atması ilə... Amma bütün bunlar şeirə çevrilibruha oxşaya bilər. Və yaxud qayadan qopan bir çınqı, sınmış ağac budağındandaman bir damcı "göz yaşı"... Əslində bu da elə həmin o ilham pərisidi.Öz sığalıyla, öz yaraşığıyla, öz duruşu, öz baxışıyla.

Bütün bunları sözgəlişidemirəm. Şairlərə, ümumiyyətlə, söz və mənəviyyat adamına nədənsə bir az qəribəbaxırlar. Lap çılpaq desəm, onları Don Juan sayanlar da var, gözəllik əsirihesab edənlər də, hələ bakılılar barələrində demiş, alayı cür düşünənlər dəvar. Olsun. Müəyyən mənada fərq etməz. Düşünüb münasibət bildirmək hər kəsin özəlindədir. Elə mən özüm də ürəyimlə tək qalanda deyirəm:


Ürək

yumruq boyda

daş tək

asılıb sinəmdən...

həyatım

cəhənnəmə dönübdü -

ürəyimin

gərəksiz olduğunu

biləndən...


Bu da öz yerində. Gələk indi sevgi məsələsinə.Burda da bir qəribəlik var. Kimi orta məktəbin 3-cü sinfində sevib, kimi ali məktəbinson kursunda, kimi əsgərlikdə, kimi metroda, kimi marşrutda, kimi də lap elə nəşriyyatınözündə və s. və ilaxır. Əsas odur ki, sevib və bu gün də sevir. Ancaq buradabir məqam var. Kimdən soruşursan dərhal dərin bir xəyala dalıb filosof görkəmialır və ilk məhəbbətini xatırlayır. İstər ona qovuşsun, istər yox. O görkəmi kənardanmüşahidə edəndə adamı həm gülmək tutur, həm də elə bil içində nə isə qırılır. Şəxsənmən bu mənzərəni seyr etdiyim anlarda son dərəcə fağırlaşıram, yazıq oluram.Sevgiyə də yazığım gəlir. Adamların əzab çəkməsi məni üzür. Başa düşə bilmirəm,bu ilk sevgi deyilən niyə insanlara mübarizlik, döyüşkənlik, ona qovuşmaq əzmibəxş eləməyib, amma sıxıntı gətirib, üzüntü gətirib, fağırlıq, yetimlik, ürəkağrısı, daha nələr, nələr bəxş edibdir. Anlaya bilmirəm ki, Məcnun sevgisini,Leyli məhəbbətini niyə göz yaşı sayırlar.Bu günümüzün Məhəbbətini niyə ancaq ölümlə, ayrılıqla, göz yaşıylamüqayisə edib bərabər tuturlar. Axı, əsl həqiqət tamam başqadır.

Füzuli Məcnun məhəbbətiyləböyük bir ədəbiyyat, böyük bir məktəb yaratdı - Sevgi məktəbi. O məktəbdəoxumaq, o məktəbdən keçmək dözümlü olmaq deməkdir, sona qədər sədaqət nümayişetdirməkdir. Amma bizlər bunun əksinə ilk məhəbbətin acı xatirəsini, göz yaşınıelə qabardırıq, solmuş məktubları başımızın üstündə elə dalğalandırırıq ki, eləbil hansısa bir qəhrəmanlıq etmişik. Düşünmürük ki, ortada bir ürək sınıb, qürürayaq altında qalıb, tale alt-üst olub. Kimlərinsə Allahdan gələn haqqı gülüncyerinə çevrilib...


... Darıxdım

və yığdım nömrəni

telefonun

şəbəkə xidməti

xaricindədir...

bəs özün hardasan?


- bu sual bəlkə heçcavab tələb etmir. Çünki bir az havadan asılı qalıb. Söhbətbirinci, sonuncu sevgidən getmir. Və ümumiyyətlə, sevgi birinci və sonuncuolmur. Sevgi böyük yazılır və insanı ifadə edən də elə Sevgidir. Gəlir və səninləbirlikdə yaşayır, xeyirdən, şərdən, ağrıdan, acıdan - bir sözlə, sənin keçdiyinhər bir məqamdan, hər bir andan o da səninlə birlikdə keçir, yaşa dolur və səninlədə ruhuna qoşulub mələklərin hüzuruna təşrif aparır...

Bəlkə də burda biranlıq dayanmaq yerinə düşərdi. Ona görə ki, kimlərsə etiraz edə bilərlər. Əvvəlcədənhiss eləyirəm bu etirazı, amma kimliyindən asılı olmayaraq, hətta əstəğfürullah,Qurandan don geyinsələr də, mən Sevginin ilk, son olduğunu heç vaxt qəbul etməmişəmvə etmirəm də. Sevgi - əvvəldə dediyim kimi mənim üçün bütöv, tam bir ömürdür.Qoca bir Çinar, nəhəng bir Palıd ağacıdır. Öz qol-budağıyla. Pöhrə verir,zamanla vuruşur, özü də yaşayır. Və ən vacibi odur ki, mənim üçün Sevgi insanıAllahla, mələklərlə danışdıran gözə görünməyən, amma hər bir hüceyrəsi yerindəolan bir varlıqdı. Mən ona səcdə edirəm.


... Bilmirəm dünyanın

hansı üzüydü...

qalmışdım ortada...

başımın üstündə

səma yox idi,

ayağımın altında

torpaq...

nə quş səsi eşidilirdi,

nə yağış səsi,

nə də yarpaq...

bilmirəm

dünyanın o üzünə

necə gəlib

çıxmışdı səsin?!

indiki, yolunbilirsən

hərdəndəyiş -

baş daşının

qibləsin!

dalğalarqarışmasın...


Bumisraları pıçıldayanda, dahasonrakağızaköçürəndə içimdənbirhissdə gəlibkeçdi, onudademəkistəyirəm. Belə ki, mənə görə duyğusallıqhəmdə hardasasevgiylə, məhəbbətlə də bağlıdı. Bunublmək, görmək üçünalimolmağaehtiyacyoxdur. Sadəcə, biranlıqdüşünmək, diqqətyetirməklazımdı. Ondamənimlə razılaşacaqsınız. Görəcəksinizki, vücudundasevgi, məhəbbətdaşıyanhərbirAllahbəndəsitəkcə sevdiyinə deyil, həmdə onun çevrəsinə diqqətli, sayqılı olur. Sevdiyininvə onun çevrəsininhərbirhalını oda öziçindənkeçirir, odayaşayır. Deməlibax, burdanqaynaqlanıroduyqusallıq...

Hə, bütünhallardainsanfərddoğulub, fərdolduğu üçündə sevgisidə fərdiolur. Deməli, yer üzündəkiinsanlarınsayı qədərsevgilərvar. İnsanlarınbənzərliyisevgilərində bənzərliyidir.Doğrudur,bəzən bu bənzərliklər kimlərsə tərəfindən yamsılamaya da çevrilə bilir, yənikimsə özünü Məcnun sifətinə salır, kimsə də Sənan. Hətta Kərəm olanlar da var.Bu məşuqlar barəsində yazmıram. Aşiqlərin cəfası elə məşuqların da təqdimatıdır.Elə bilməyin ki, Leylinin və yaxud özünü Arpa çayına atan Saranın və yaxud digərxanım məşuqlar barəsində bilgim yoxdur, xeyr. Sadəcə Leyli ilə Məcnun mənimüçün bütövlükdü. Onlar bir-birinin içindədir, bir-birini tamamlayır. Və dünyayayarını tamamlamaq üçün, yar olmaq üçün gəliblər və bunu ruhən tamamlayıblar.Deməli, mən də öz yarımı, yaxud da sən öz yarını tamamlamaq üçün Allahındünyaya göndərdiyi sevgi təmsilçisi, sevgi daşıyıcısısan. Ona görə də boyunabiçilən, boyuna düşən yükdən qaça bilməzsən. Məhz bu hisslərin diktəsiylə xəyalənsənlə üz-üzə dayanıb, sənə bu misraları oxuyuram.

Sənə

görə mən

bir ömürlük

məsafədəyəm

səndən...…

mənə

görə sən

həmin məsafəni

çoxdan

ötüb keçmisən

birlikdə

mənnən...…

görəsən

bizi tamamlayan

başqa bir kimsə

varmı

bu dünyada

səndən

məndən?!


Bəli, bunlar heç də elə-belə misralar deyil. Əslində özümün özüməbaxışımın bir bucaq altıdı. O, elə bir bucağın altıdı ki, onu ancaq məni özünkim duysan görə bilərsən. Duymaq üçün isə ürəyində qor olmalıdı. Elə bir qorki, o, misralara mayaq olsun və pıçıldasın.

Masamın üstündə solmuş bir yarpaq

Sarısı üzümə, gözümə düşür...

Dibçək həyatından bezib qoparaq

Ayrılır, nəfəsi sözümə düşür.


Hər gün görüşdüyüm, hər gün gördüyüm

Ürəklə başına dönüb - döndüyüm

Tumurcuq vədəsi şeirə hördüyüm

O yarpaq damla tək üzümə düşür.


Seyr etdim doymadan yaşıl çağını

Həvəslə oxşadım hər budağını...…

Dünən bəzəyirdi iş otağımı -

Bu gün xəzan olub izimə düşür!..


Bütün bunlar da elə əvvəldə pıçıldadıqlarımın başqa bir notu idi. Axı, hərnotun öz mahnısı olur. Bu misralar da həmin notların sahibləri üçündü.

Son olaraq mən bütün sevənlərə və sevilənlərə BİRinci və SONuncu sevgi,məhəbbət yox, bütöv məhəbbət arzu edirəm, hər kəsi yaşamağa, sevməyə çağıranMƏHƏBBƏT!!!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV