adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyul 2016 16:15
7267
İQTİSADİYYAT
A- A+

“Şimal-Cənub” dəhlizində “yaşıl işıq” yandı - TƏHLİL

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin işə salınması üçün Azərbaycanın təşəbbüsü iləpraktik addımlar atılmaqda davam edir.Bakınınnövbəti dəfə qlobal əhəmiyyətə malik layihənin gerçəkləşməsi üçün liderlik rolunu üzərinə götürdüyü qeydedilə bilər. Azərbaycan addım-addım, təşviq siyasəti ilə"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin işləməsi və tərəfdaşlar üçün cəlbedici olmasına nail olur.

"ASAN daşıma strategiyası”nın çox mühüm komponenti

Bu il Azərbaycanla İranın dəmir yollarını birləşdirməyə imkan verəcək Astara çayı üzərində dəmir yolu körpüsünün təməlinin qoyulmasından sonra, Bakı daha bir vacib addım ataraq, "Şimal-Cənub" dəhlizinin işləməsi üçün tərəfdaşlarla etimadı möhkəmləndirəcək nümunə yaradılmasına imza atdı. İyulun 15-də Nazirlər Kabineti "Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunmasıQaydası"nı təsdiq etdi.

Qaydalara müvafiq olaraq Azərbyacan ərazisindən dəmir yolu ilə nəql edilməsi məqsədilə gətirilən yükləri daşıyan xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri yol vergisindən və dövlət rüsumundan azad olunur. Eyni zamanda Azərbaycan ərazisinə dəmir yolu yolu ilə gətirilən yükləri başqa ölkələrə daşıyan yük maşınları da vergi və rüsum ödəməyəcək.

Azərbaycan hökumətinin bu qərarı indiki mərhələdə çox mühüm əhəmiyyətə malik olub,rəsmi Bakının bəyan etdiyi "ASAN daşıma strategiyası”nın çox mühüm komponenti kimi çıxış edir.Hazırda "Azərbaycan Dəmir Yolları” QSC-nin təşviqi və çox böyük səyləri nəticəsində, 11 ildən sonra "Şimal-Cənub" dəhlizinin Qərb marşrutu, yəni Azərbaycan üzərindən keçən hissəsinin reallaşması çox vacib mərhələyə qədəm qoyub. Hökumətin dəstəyi ilə "Azərbaycan Dəmir Yolları” QSC çox böyük səylərdən sonra Şimal-Cənub" dəhlizinin Qərb marşrutunun alternativlərlə müqayisədə aşkar üstünlüklərini diqqətə çatdıra, tərəfdaşları buna inandıra bildi.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizininQərb marşrutu(Həştərxan-Mahaçqala (Rusiya) – Samur- Astara (Azərbaycan) – Astara – Rəşt – Qəzvin (İran))bu dəhlizin strateji hədəfi, məqsədləri baxımından ən optimal olanıdır.Amma ən ucuz və daha tez başa gəlməli olan, daha az resurs tələb edən Qərb marşrutunun tam gücü ilə işləməsi artıq 11 il idir ki, ləngiyirdi.

Məhz "Azərbaycan Dəmir Yolları” QSC təşəbbüsü ilə Azərbaycanla İranın dəmir yollarını birləşdirməyə imkan verəcək Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisinə başlanıldı. Bu təşəbbüs "Şimal-Cənub" dəhlizinin tam işləməsi üçün zəruri olanQəzvin- Rəşt – Astara- xəttininçəkilməsi tamamlanmamış belə,Qərb marşrutunda yüklərin daşınmasını həyata keçirməyə imkan verəcək. Qəzvin- Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi artıq 10 ildir ki, tamamlanmır. Qəzvin- Rəşt xəttində isə ötən ildən başlayaraq işlər sürətlənib.Azərbaycan üçün hazırkı məqamda strateji vəzifə mövcud imkanlardan yararlanmaqla, yəni Qəzvin- Rəşt xəttinin tikintisinin başa çatdırılması, İran Astarasına qədər dəmir yolu çəkilməsindən istifadə etməklə, indidən Şimal-Cənub" dəhlizin Qərb marşrutu üzrə yüklərin daşınmasına nail olmaqdır.

Hindistandan, Şərqi Asiyadan gələn yüklərin Rəştdən, yaxud Bəndər-Abbas limanından Astaraya avtomillərlə gətirilməsi, daha sonra Azərbaycan dəmir yolu ilə daşınmasının təmin edilməsi, müsbət nümunə yaradılması, strateji planlama baxımından çox vacidbir. Eyni zamanda Azərbaycan ərazisinə yük maşınları ilə gətirilən yüklərin dəmir yolu ilə tranzitinə nail olmaq da qeyd edilən məqsədlər nöqteyi-nəzərindən mühümdür.

Belə ki, Hindistan və Cənubi-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Transxəzər marşrutu ilə Həştərxan limanına çatdırılması Bakı üçün çox böyük itki olar. Bu marşrut üzrə ilə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir. Dəhlizin Qərb marşrutu ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcəkdir. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatdırılacaqdır.

Azərbaycan tranizt daşımaları uğrunda qlobal rəqabətdə davam gətirəcəkmi?

Azərbaycanın məhz zamanında İranla dəmir yollarının birləşdirilməsi təşəbbüsü ilə çıxış etməsi Bakı üçün hazırda çox böyük strateji üstünlük yaradıb, Ermənistanı dalanda saxlamağa imkan verib. Azərbaycanın "Şimal-Cənub” dəhlizi ilə bağlı addımları Yerevanın İranla tranzit daşımalarda əməkdaşlıq planlanı və niyyətlərini puça çıxarıb.

Nazirlər Kabinetinin xarici dövlətlərin yük maşınlarının vergi və rüsumlardan azad olunası ilə bağlı qərarına da, Azərbaycanın tranizt ölkə statusunu möhkəmləndirmək strategiyası prizmasından yanaşılması zəruridir. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı müzakirə və açıqlamalarında hər zaman strateji hədəfləri önə çəkib.Çünki məhz strateji yanaşma hazırda dünyada tranzit daşımaları uğurunda çox amansız rəqabətdə üstünlüklər əldə etməyə imkan verə bilər.

Bu gün dünyada 600-dən çox dövlətlərarası sərhəd mövcuddur. 1820-ci ildə 75, 1900-cü ildə 104, 1950-ci ildə isə 200 dövlətlərarası sərhəd mövcud idi. Dövlətlərarası sərhədlərin sayının artması tranzit daşımalarına da ehtiyacı artırır.Dünya iqtisadiyyatının qlobal xarakter alması, ticarətin misli görünməmiş səviyyədə atması, xidmətlərin, kapital və malların hərəkətlindəki yüksək dinamika tranzit daşımalarının həcmini və ondan əldə olunan gəlirin də çoxalmasına səbəb olub.Ümumdünya Ticarət Təşkilatının son məlumatlarına görə, 2013-cü ildə dünya üzrə mal və xidmətlər ticarətində nəqliyyat xidmətlərinin payı ixrcada 4.8%, idxalda isə 5.2% olmuşdur. Hazırda yaşadığımız istehlak cəmiyyəti tranzit daşımalarını qlobal iqtisadiyyatın əsas komponentlərindən birinə çevirib.

Rusiya gömrüyünün məlumatına görə, İranla ticarət dövriyyəsi il 1,6 milyard dollar olub. Bunun 80% Rusiyanın İrana ixracı təşkil edir. Ölkələr ticarət dövriyyəsini ildə 10 milyard dollara qədər artırmaq planlarını açıqlayıblar. Bu isə "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində ölkəmizin ərazisindən keçən yola əlavə yüklər cəlb edilməsinə çox yaxşı zəminlər yaradır.Çin və Hindistanın, Cənubi-Şərqi Asiya ölkələrinin "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə maraq göstərməsini, gələn ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılmasını da nəzərə alsaq, zəruri şərtlər təklif edildiyi təqdirdə Azərbaycanın tranzit daşımalarını tez bir zamanda dəfələrlə artırmaq imkanı yaranacaq. Bu isə ölkə üçün çox yaxşı gəlir mənbəyi deməkdir. Misal üçün qeyd edək ki, İranda 1 ton tranzit yükün daşınması 40-100 dolar gəlir gətirir və 10-15 mütəxəssisi işlə təmin edir.

Cavid-Qurbanov-Soci

Çox təəssüf ki, uzun illər Azərbaycanın tranzit potensialından tam dolğunluğu ilə istifadə edilməsi arxa planda qalmışdı. Azərbaycan tranzit layihələrinə qoşulsa da, passiv müşahidəçi mövqeyindən çıxış edirdi. Azərbaycanın tranzit imkanları fəal təşviq edilmir və ölkə tərəfindən təşəbbüslər göstərilmirdi. Bu baxımdan 2015-2016-cı illər Azərbaycanının tranzit-logsitika mərkəzinə çevrilməsi istiqamətində atılan çox mühüm addımlarla, qərarlarla yadda qalacaq. Xüsusən "Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü ilə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yolları şəbəkəsinin birləşdirilməsi, Astara-Sankt-Peterburq marşrutunun açılması üçün konkret qərarlar qəbul edilməsi, Şərq-Qərb-Transxəzər nəqliyyat dəhlizinin sınaqdan çıxarılması ilk uğurlu addımlardan oldu. Eyni zamanda Çindən "İpək yolu” marşrutunun açılması kimi addımlarla birgə Nazirlər Kabinetinin sözügedən qərarı Azərbaycanının tranzit potensialının reallaşdırılmasına öz töhfəsini verəcək.

Azərbaycanın qonşuları hansı addımları atır?

Azərbaycanın qonşuları da tranzit daşımalarında rəqabətdə üstünlük əldə etmək üçün çox böyük səylər göstərirlər. "Şimal-Cənub” dəhlizindəAzərbaycanın əsas tərəfdaşı İranda tranzit daşımalarının artırılması hökumətin prioritetlərindən biri elan olunub. İranda yük daşımalarında dəmir yolunun payı azdır, 11 % təşkil edir. Dünya standartlarına çatdırılması üçün bu göstərici 60-65% olmalıdır. İran hökuməti 2025-ci ildə dəmir yolu ilə yük daşımalarını 30% qədər artırmaq planını açıqlayıb.İranın hökuməti tranzit potensialını ildə 50 milyon ton qiymətləndirir. Hazırda isə ölkə ərazisindən ildə 12 milyon ton tranzit yük daşınır. İran hökuməti 2030-cu ilə kimi 21 milyon tranzit yük daşınmasının həyata keçirilməsini planlaşdırır.

Bu məqsədlərə çatmaq üçün Tehran qarşıdakı 10 ildə dəmir yollarının modernləşməsinə 25 milyard dollar sərf etmək, 2025-ci ildə dəmir yollarının uzunluğunu 25 min km-ə çatdırmaq niyyətindədir. Artıq İran hökuməti maliyyələşdiriləcək 8 layihəni elan edib.

Qazaxıstan da tranzit daşımalarının artırılması üçün çox böyük işlər həyata keçirir. 2014-cü ildə prezident Nursulatan Nazarbayev tərəfindən bəyan edildi ki, neftin qiymətinin aşağı düşməsi, qlobal iqtisadi inkişafın zəifləməsi fonunda ölkə yeni iqtisadi siyasət həyata keçirməyə başalayacaq. Bu siyasətin əsas komponenlərindən biri də "Nurlu jol” ("Nurlu yol”) proqramıdır.Bu proqram ölkə ərazisində səmərəli beynəlxaq-nəqliyyat dəhlizlərinin yaradılmasını nəzərdə tutur. 5 illik proqrama əsasən 2020-ci ildə qədər Qazaxıstan tranzit daşımalrını 2 dəfə artırmalıdır.

Bütün bunların fonunda tranizt daşımalarında Azərbaycan üçün rəqabət qabiliyyətini saxlamaq və daha yaxşı alternativlər təklif etməklə, tərəfdaşları birgə layihələrə cəlb etmək olduqca mühümdür. Post-neft iqtisadiyyatı da məhz bu prioritetləri və strateji yanaşmanı zəruri edir.