adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Iyul 2016 14:13
18651
MƏMLƏKƏT
A- A+

Jurnalist olmaq istəyənlərə peşəkar hədiyyə!

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Jənc Jurnalistlər üçün videodərslər- peşəkar jurnalistikaya giriş” adlı layihə həyata keçirib. 

Layihə çərçivəsində jurnalistikanın 11 fərqli istiqamıti üzrə videodərslər hazırlanıb. TV jurnalistika; Radio jurnalistika; İnformasiya agentliyi və portalı jurnalistikası; İctimai-siyasi jurnalistika; İqtisadi jurnalistika; Mədəniyyət və şou-biznes jurnalistikası; İdman jurnalistikası; Jurnalistikaya giriş; Teleaparıcılıq; sosial və araşdırma jurnalistiakı və İctimai yayımın formalaşması haqqında jurnalistika sahəsində öz sözünü demiş və uzun müddət bu sahədə işləyən peşəkarlar danışıb. 

Biznes jurnalist, fins.az portalının redaktoru Əli Əhmədov, "Region Plus” jurnalının baş redaktoru Namiq Mailov, ASAN Radionun direktoru Emin Musəvi, telejurnalist İlhamiyyə Rza, ASA Jurnalistika məktəbinin rəhbəri İlhamə Novruzova, jurnalist Aynur Haciyeva, CBC Sport telekanalının Baş redaktoru Şəmsəddin Abbasov, İTV-nin şöbə müdiri, "Müzakirə vaxtı” verilişinin müəllifi və aparıcısı Vəsilə Vahidqızı, CBC telekanalının Xəbərlər Departamentinin prodüseri Yaqut Tapdıqqızı, CBC telekanalının Xəbərlər Departamentinin redaktoru-aparıcı Gunay Yelmarqızı, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov bu sahədə illərin təcrübəsini gənc jurnalistlərlə bölüşüblər. Layihə jurnalist olmaq istəyən, ümumiyyətlə bu sahə ilə maraqlanan geniş auditoriya üçün nəzərdə tutulub. 

Videodərslər Azərbaycan Maarifçı Gənclər Təşkilatının youtube kanalında nümayiş olunacaq. Gələcəkdə videodərslərin davamını çəkmək planlaşdırılır. Qeyd edək ki, videodərslər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Maarifçi gənclər Təşkilatının həyata keçirdiyi "Gənc Jurnalistlər üçün video dərslər - Peşəkar jurnalistikaya giriş" adlı layihə çərçivəsində çəkilib.

Artıq jurnalistikaya marağı olan gənclər üçün videodərslərin nümayişi olub.