adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Iyul 2016 11:09
24051
ELM VƏ TƏHSİL
A- A+

UNEC London İqtisadiyyat Məktəbinə qəbula başlayır

İyulun 25-dən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) London Universiteti/London İqtisadiyyat Məktəbinin "Mühasabat və Maliyyə” (BSc in Accounting and Finance) və "Biznes və Menecment” (BSc in Business and Management) ixtisasları üzrə bakalavr dərəcə proqramına qəbulu açıq elan edib.

Adalet.az-ın məlumatına görə, dərslər UNEC-in əsas tədris binasında keçirilir və tələbələr lazımi dərs vəsaitləri ilə təmin olunur.

Proqram London Universiteti/London İqtisadiyyat Məktəbinin (London School of Economics – LSE) tədris planı əsasında ingilis dilində həyata keçirilir.

Təhsilini uğurla başa vuran tələbələr iki diplom – Azərbaycan Dövlət İqtisad Universitetinin və London Universitetinin vahid nümunəli bakalavr diplomunu əldə edirlər.

Proqrama birinci kursu bitirən, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (PTE Academic – 57, TOEFL – 87, IELTS – 6.0) tələbələr müraciət edə bilər.

Sənədlər avqustun 20-dək qəbul edilir.