adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyul 2016 09:02
7139
LAYİHƏ
A- A+

TARİXİ YENİDƏN YAZILAN QOBUSTAN

"...Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Amma, eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir".

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev


(əvvəli ötən saylarımızda)

Məlum olduğu kimi 16 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə yaradılmış "Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması" ilə əlaqədar işçi qrupu rayona gəlmişdir. Müxtəlif sahələrə baxış keçirildi, eyni zamanda ictimaiyyət və sahibkarlarla görüşərək müvafiq tövsiyələr verildi.
Qeyd edək ki, əvvəllər əkin sahəsi olmuş, sonradan isə bələdiyyənin örüş sahəsi kimi daxil edilmiş ümumilikdə 1630 hektar sahənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmiş, lakin uzun illər istifadəsiz qalmış 1000 hektarlıq sahənin rayonun əkin dövriyyəsinə qaytarılması, Pirsaat və Qozluçayda bəndlərin və nasos stansiyalarının qurulması yolu ilə 6000 hektar sahədə suvarma əkinçiliyinin yaradılması üçün müvafiq danışıqlar aparılır. Eyni zamanda bələdiyyələr tərəfindən icarəyə verilmiş örüş sahələri də təhlil edilmiş, istifadəsiz saxlanılmış və ya səmərəsiz istifadə olunan 6 müqaviləyə müvafiq bələdiyyələr tərəfindən xitam verilmişdir.
Rayonda kənd təsərrüfatının inkişaf etmiş sahələrindən biri də heyvandarlıqdır. 2016-cı ilin birinci yarısında mal-qaranın baş sayı 0,3 faiz artaraq 30468 başa, qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 190298 başa, quşların baş sayı 1 faiz artaraq 87080 başa çatmışdır.
Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,4 faiz, süd istehsalı 2,4 faiz, yumurta istehsalı 4,6 faiz artmışdır.
Artıq rayonda Kənd Təsərrüfatı İdarəsi də fəaliyyətə başlamışdır. Burada işləmək üçün hər bir şərait yaradılmışdır. Növbəti ilin məhsulunun bünövrəsi bu il qoyulur. Məhz buna görə də şum çıxarılması işinə xüsusi diqqət yetirilməli, bu işin vaxtında və keyfiyyətli aparılması, səpinə hazırlıq işlərinin vaxtında başa çatdırılması təmin edilməlidir. Bu sahədə yeni yaradılmış idarənin üzərinə çox böyük vəzifələr düşür.

Abadlıq və tikinti-quruculuq
işləri sevinc bəxş edir

Bu ilin birinci yarısında rayonda tikinti, quruculuq və abadlıq işləri də uğurla davam etdirilmişdir. Cənab Prezidentin sərəncamı ilə başlanılmış Mərkəzi Rayon Xəstəxanasının tikintisi optimal vəziyyətdədir. Qobustan şəhərində daxili imkanlar hesabına 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatdırılmış, son tamamlanma işləri aparılır.
Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər üçün 50 yerlik Adaptasiya Mərkəzinin tikintisi başa çatdırılmış, yaxın aylarda istifadəyə verilməsi gözlənilir.
Rayonun Ərəbşalbaş kəndində yerli sahibkar tərəfindən 500 yerlik şadlıq evi tikilib istifadəyə verilmişdir.
Qobustan şəhərində 1 Qarabağ əlili və 1 şəhid ailəsi üçün, Sündü kəndində isə 1 Qarabağ əlili üçün fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. Cənab Prezidentin çoxmənzilli binaların təmiri üçün ayırdığı vəsait hesabına işlər davam etdirilir. Hazırkı vaxtadək 1 çoxmənzilli binanın fasadı, 5 binanın dam örtüyü tamamilə dəyişdirilmişdir.Təmir işləri davam edir. Qobustan şəhərində aztəminatlı ailələr üçün güzəştli ipoteka şərtləri ilə 36 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Aprel döyüşlərində şəhid olmuş Bədəlli kənd sakini Müstəcəbov Orxan Ələsgər oğlunun qəbrüstü abidəsinin tikintisi başa çatdırılmışdır. Eyni zamanda Yekəxana kənd tam orta məktəbinə şəhidin adının verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Yaşıllıqların salınması və qorunması işinə xüsusi diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 500 nəfərin iştirakı ilə keçirilən ümumrayon iməciliyində 1600 ədəd ağac və qızılgül kolları əkilmişdir. Ümumilikdə ilin birinci yarısında rayonun yaşayış məntəqələrində 7,0 mindən artıq ağac və qızılgül kolları əkilmişdir.

İnsan amili: vətəndaş
müraciətlərinə qayğı və diqqət

Vətəndaş müraciətlərinə baxılması daim nəzarətimizdə saxlanılır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun rayonda görülmüş işlər, açılmış yeni iş yerləri, mərkəzi İcra hakimiyyəti orqanları tərəfindən rayonda və bölgələrdə keçirilən qəbullar, İcra hakimiyyəti başçısının bütün xidmət təşkilatları ilə birlikdə rayonun bütün kəndlərini əhatə edən səyyar qəbulların keçirilməsi, problemlərin yerindəcə öyrənilib aradan qaldırılması, şəffaflığın təmin olunması,şikayət xarakterli müraciətlərin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur. Təkcə bu ilin 6 ayında rayonda 5 mərkəzi İcra hakimiyyəti orqanının rəhbəri tərəfindən qəbul görüş, İcra hakimiyyəti başçısı tərəfindən isə yaşayış mövcud olan 29 yaşayış məntəqəsindən 25-də səyyar qəbul-görüş keçirilmişdir. Vətəndaşları narahat edən problemlər yerindəcə öyrənilərək həlli üçün müvafiq tədbirlər görülmüşdür.
İlin 6 ayında Rayon İcra hakimiyyətinə ümumilikdə 125 müraciət daxil olmuşdur ki, bunlardan 81-i ərizə, 43-ü şikayət, 1-i isə təklif olmuşdur. Müraciətlərdən 3-ü qəbulla, 5-i dövlət qulluğu və kadr məsələləri, 16-sı icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, 1-i polisin fəaliyyəti, 8-i maliyyə və bank, 2-i kənd təsərrüfatı, 16-sı torpaq, 3-ü elm və təhsil, 5-i səhiyyə, 2-i mədəniyyət, 1-i nəqliyyat, 27-i sosial müdafiə, 2-i su təchizatı, 10-u mənzil, 4-ü şəhərsalma, 1-i qaçqın və məcburi köçkünlərlə bağlı, 12-i təbii fəlakətlə bağlı,1-i məişət, 5-i sahibkarlığın inkişafı, məhsul və xidmətlərin keyfiyyəti və qiymətləri ilə bağlı olmuşdur. Müraciətlərin 32 faizinə nəzarətə alınmaqla baxılmışdır. Bütün müraciətlərin 23,2 faizi müsbət həll edilmiş, 3,2 faizi qismən həll edilmiş, 7,2 faizi əsassız sayılmış, 1-i və ya 0,8 faizi Dövlət Proqramında nəzərdə tutulmuş, 1,6 faizi aidiyyatı orqanlara göndərilmiş, 42,4 faizinə müvafiq izahatlar verilmiş, 21,6 faizi hal-hazırda icradadır.
Cənab Prezidentin təşəbbüsü ilə "ASAN" xidmət artıq bölgələrdə olaraq əhaliyə nümunəvi xidmətlər göstərir. 08.02.2016-cı il tarixdən 07.03.2016-cı il tarixə kimi səyyar "Asan xidmət" Qobustan rayonunda olmuşdur. 1 ay ərzində xidmətə müraciət etmiş 2000-dən artıq vətəndaşa xidmət göstərilmişdir.
Rayon həyatının digər sahələrində də uğurlu nəticələr əldə olunmaqdadır. Təcrübəli icra başçısı Adil Məmmədov bildirir ki, qobustanlılar cənab Prezidentin göstərdiyi qayğı və diqqətdən ruhlanaraq bolluq yaratmaq uğrunda daha yaxşı çalışır, fəallıq nümunəsi göstərirlər. Rayondakı belə bir əhval-ruhiyyə artıq 2016-cı ilin ikinci yarısında da qazanılan yeni uğurlarda əks olunur.

Məzahir ƏHMƏDZADƏ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ