adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Iyul 2016 12:43
12199
MARAQLI
A- A+

Ailəni qorumaq üçün kobralarla döyüşdü

Şərqi Hindistan ərazisində 8 nəfərlik insan ailəsiylə birlikdə yaşayan doberman cinsi bir itin ağlasığmaz fədakarlığı ilə hər kəsi mat qoydu.

Dibakar Raitabu dobermanabir neçə ay əvvəl yiyələnmişdi.

Özünü yeganə ailəsinin qoruyucusu elan edən doberman11 iyul günü bağa girməyə çalışan kobraları görüb və heç çəkinmədən kobralara hücum edib.Dörd ədəd zəhərli kobra vardı və bu doberman kobralarla 4 saat ərzində döyüşüb.

İt zəhərləri olduqca yandırıcı olan və sürətli hərəkət edə bilən kobraların dördünü də öldürdükdən sonraözü də dəqiqələr içərisində can verib. İtin sahibi Dibakar Raita kədəri və minnətdarlığı bir arada yaşayır. İtin ruhunun rahatlıq tapacağına və yenidən görüşəcəklərinə inanır.

Xəbərieşitdikdən sonra itin məzarına ətrafda yaşayan insanlar axın edib. Minnətdarlıqlarını və ehtiramlarını bildirdilər.

Hindistanın Odisha bölgəsində ildə 45.000 insan zəhərli ilanlara görə ölür.