adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Yazıçı psixologiyasından “heç nə”

RÜFƏT SOLTAN
46153 | 2016-07-20 14:01

Özünü məcbur etmə, yazabilmirsənsə at qələmini yerə və çıx get. Uzaqlaş, yox ol!

Bildiklərin əslində çoxdur,sadəcə tanrı səni onları bir yerə cəmləmə təhlükəsindən qoruyur. Bəlkə də buəslində xoşbəxtlikdir, bəlkə elə xoşbəxtliyin özü təhlükəlidir...

Nəysə. Əsas odur ki, kağızın üzərinəcizgilər çəkilməyə başlayanda anlayırsan ki, sən artıq uzun pilləkəninbaşlanğıcını etmisən. Yəni heyfin gəlməzmi oradan geri qayıdasan? Düşünürəmki, bunun üçün əvvəlcə özünə inamın ola, sonra isə yazdığın 500 işarədən ibarətməktubu cırıb atasan - pilləkəni yenidən qalxmaq üçün. Görünür elə hesabedirdin ki, ilk 5 və ya 10 addımın uğurlu alınmayıb.

Yazarın psixologiyası tamamfərqlidir. O fərqli düşünür, fərqli analiz edir, fərqli tərzdə nitq söyləyir vəya fərqli şəkildə yerişə malikdir və s. Bəzən özünü kreativ dəminə salıb fərqlisaqqalı, eləcə saç düzümü ilə ətrafdakı qeyri-kreativlərdən (bu onun üçüneybəcər mənzərədir) fərqli və uzaq durmağa çalışır. Nəticə: "Fərqlisənsə,deməli, tənhalığa məhkumsan” (Aldous Huxley).

Tənhalıq varsa, deməli, sən biryazıçısan. Ola bilsin ki, rəssam, bəlkə də bəstəkar, memar, nə bilim talantlıtüfeykar.

Yuxarıda sadaladıqlarım sırf insanaməxsus istedaddır. Çünki bu tip məşğuliyyətlər insana fiziki və ya zehniyorğunluq gətirmir. Amma mən elə düşünürəm ki, kreativlər sadəcə bədahətintəsirindən zəhmətin fəlakətini unudurlar. Adicə tikintidə işləyən fəhlə necəsöyləyə bilər ki, mən işləyərkən içimdəki dolmuşları boşaldıram, ürəyim,bədənim və ruhum dincəlir. Heç vaxt deməz, desə belə inanmağa nə lüzum, heçonun adam olmasına şübhə etməməm günah olar. Yaradıcılığın xarakteri belə birtəsvirdir: Bədahət gələndə nəsə yaradırsan - rəsm əsəri, hekayə, bəstə və s. - yorulmursan,çünki sən yaradıcı deyilsən, sənin vücudun və beynin alternativ, ruhun vəqəlbin isə baş rolda çıxış edir. Yaradıcılığının təməl nöqtəsi – səninyorğunluğunun görsənməməsi üzərinə qələmi tutan da kağıza yazan daəslində sən deyilsən, sənin ruhun və qəlbindir…


TƏQVİM / ARXİV