adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Iyul 2016 12:47
20133
MARAQLI
A- A+

Psixoloqlardan kişilərə məsləhət: səxavətli olun!

Qadına ən yaxşı sevgi göstərməyin yolu - səxavətli olmaqdır. Bunu psixoloqlar deyirlər. Səxavət isə həm maddi, həm də mənəvi olmalıdır. Sevgini cismani, maddi olaraq göstərməyə kişilər tənbəllik və simiclik etməməlidirlər. Hisslərinizi, sözlərinizi, pulunuzu qadından əsirgəməyin. Simic kişi nə qadında təəssürat yarada bilər, nə də başqa sahələrdə uğur qazanar.

Qadınlar maddiyatı, xüsusilə hədiyyələri sevirlər və pulun kişi üçün necə vacib olduğunu bilirlər. Əgər kişi o "vacib"i onun yolunda xərcləyirsə, deməli həqiqətən də qadını çox sevir, maddiyatdan dəyərli hesab edir.

Sevginin qanunlarından biri budur: nə qədər çox versən, o qədər çox da alacaqsan. Pul sadəcə nəsə almaq üçün qiymətli kağız deyil, həm də enerjidir - qarşı tərəfi özünə çəkən maqnitdir.

Kişi nə qədər əliaçıq olsa, xırdaçılıq etməsə, üstəlik hisslərini də vaxtaşırı büruzə versə, daha bol qadın sevgisi ilə üzləşəcək ki, bu da onun həyata inamını artıracaq, işində daha özünəəmin edib uğur qazandıracaq. Bir sözlə, qadına pul xərcləməklə, əslində öz uğurunuza sərmayə qoyursunuz.