adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyul 2016 12:00
6189
SAĞLAMLIQ
A- A+

Alimlər insan sümüyü yetişdirməyin yolunu tapıblar

Alimlər zədələnmiş sümük və əzələləri yenidən yetişdirməyin yolunu tapıblar. Amerikanın Stenford Universitetinin mütəxəssisləri bunu lazımi kimyəvi və bioloji siqnallar, həmçinin gövdə hüceyrələrindən istifadə etməklə əldə ediblər. Həm də yeni toxumaların yetişdirilməsinə cəmi bir neçə gün tələb olunurmuş.  

Tibddə inqilab yaradacaq bu üsul ağır sümük travması, həmçinin oynaq xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi üçün nəzərdə tutulub. Artıq belə xəstələr bir neçə günə təzə və bioloji sümüklərindən "həzz" alacaqlar. 

Qeyd edək ki, sümük və əzələlərin yetişdirilməsi artıq gəmiricilərin üzərində müvəffəqiyyətlə həyata keçirilib.