adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Iyul 2016 16:59
9936
MƏMLƏKƏT
A- A+

Vətəndaşların hüquqları qorunur

"İşgəncələrə qarşı Azərbaycan Komitəsi" Elşad Həmidov Nəcməddin oğlunun sədr seçilməsindən sonra komitə öz işini uğurla davam etdirir. Belə ki, Elşad Həmidov ilk öncə komitə daxilində bir sıra kadr və struktur islahatları həyata keçirmişdir.Elşad Həmidovun öz sözləri ilə desək, komitəyə bacarıqlı, istedadlı hüquqşünaslar cəlb edilmişdir. Elşad müəllimin səyi və rəhbərliyi sayəsində komitə daxilində bu günə kimi mövcud olan bir sıra problem və anlaşılmazlıqlar aradan qaldırılmışdır.

"İşgəncələrə qarşı Azərbaycan Komitəsinə" daxil olan şikayət və ərizələr Elşad Həmidov tərəfindən şəxsən araşdırılır və mövcud olan problemin həlli istiqamətində müvafiq addımlar atılır. Elşad müəllim çalışır ki, vətəndaşların üzləşdiyi hər hansı problem, hüquq pozuntusu dərhal, yerindəcə araşdırılsın və qısa bir zamanda öz həllini tapsın. Elşad müəllimin öz sözləri ilə desək: "Biz çalışmalıyıq ki, hüquqları pozulan hər bir vətəndaşın məsələsi respublikamızın mövcud qanunvericiliyinə uyğun şəkildə nizamlansın".

Qeyd etmək istəyirik ki, komitəyə daxil olan hər bir ərizə Elşad Həmidov tərəfindən ciddi araşdırılaraq öz nəzarəti altına götürülür. Misal üçün onu göstərə bilərik ki, hal-hazırda işi Apelyasiya Məhkəməsində araşdırılan, 2013-cü ildə ona qarşı törədilən işgəncə faktını Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən "Şah İsmayıl Xətai İctimai Birliyinin" sədri Babək Bəxtiyar oğlu Ədalətlinin məhkəmə prosesini komitənin sədri Elşad Həmidov şəxsən özü yaxından izləyir, məhkəmə prosesində iştirak edərək öz nəzarəti altında saxlayır. Bunlardan əlavə "İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidovun səyi və müdaxiləsi sayəsində bir neçə məhkum və məhkum olunmuş şəxslərin ailə üzvlərinin komitəyə ünvanladıqları ərizələr araşdırılaraq, onları narahat edən məsələlər tam olaraq aradan qaldırılmışdır.

İyulun 12-də işgəncələrə qarşı komitənin sədri Elşad Həmidov mətbuat katibi Telman Mirzəyevlə Dövlət Təhlükəsizlik xidmətinin təcridxanasında monitorinq keçirmişdilər. Orada təqsirləndirilən şəxslərin komitə sədri monitorinq görüntülərinə onların saxlama şəraiti haqqında heç bir şikayət olunmayıb. Onların ərzaqla və yaşadıqları yerlərin baxış keçirilmişdir. Yeməkləri vaxtında verilmişdir və heç bir nöqsan aşkar olunmamışdır. Saxlanılan şəxslər xüsusi qeyd etdilər ki, yeni rəhbər hər bir problemə kömək edir və tibbi sahəsində bizə olan nəzarəti gücləndirir və xüsusi tapşırıqlar verir.

Bundan sonra da "İşgəncələrə qarşı Azərbaycan Komitəsi" Elşad Həmidovun rəhbərliyi altında öz işini uğurla və şəffaf surətdə davam etdirəcəkdir.

2016-cı ilin iyun ayının ortalarında Bakı İstintaq Təcridxanasında saxlanılan və böyrək çatışmamazlığından əziyyət çəkən Şahbazov İlyas Pərzaq oğlunun həyat yoldaşı Məmmədova Sona "İşgəncələrə qarşı Azərbaycan Komitəsinə" ərizə ilə müraciət etmişdir. Komitənin sədri Elşad Həmidov qısa zaman kəsiyində vətəndaşı narahat edən məsələni araşdırmış, bu barədə Ədliyyə Nazirliyinin Penitisiar Xidmətinə müraciət edərək, Bakı İstintaq Təcridxanasına yollanmış və Şahbazov İlyas Pərzaq oğlunun İstintaq Təcridxanasının Tibb məntəqəsinə yerləşdirilməsini təmin etmişdir.



Komitənin baş eksperti

Yavər Nuruyev