İnsana aşiq olan qorxunc quş
Artıq
minilliklərdir insan və heyvan dostluğu öz axarı ilə davam edir. İnsanın ən
sadiq dostu, dar ayaqda yoldaşı, köməkçisi olaraq ən yaxın heyvanlar təbii ki
ev heyvanları olan it, pişik və at hesab edilir. Bu heyvanların insana
sadiqliyi dəfələrlə onların özü tərəfindən sübut olunub. Amma ev heyvanlarından
daha sadiq bir heyvan, daha doğrusu quş var ki, bəlkə də çoxlarının ağlına belə
gəlməyib. Bu – qara qarğadır. Indiyədək, ədəbiyyatda, filmlərdə bədlik,
nəfslik, qorxu simvolu kimi təqdim olunan, görünüşü belə ürpədən bu qara
qarğalar insan tərəfindən qəbul olunmasa da onlar özləri insanı seçirlər. Amma
qorxu mənasında bir az haqlıyıq: məsələ burasındadır ki, qara qarğanın insana
olan sevgisi də özü kimi qaradır. Yəni o, bir insana "vuruldumu”, vəssalam onun
qara kölgəsinə çevrilir. Ondan başqa insan tanımır, onu çox qısqanır. Deyək ki,
insan həmin qarğanı gətirib evdə saxlasa, qarğa evdəki bütün başqa heyvanları dimdikləməklə
öldürür, ya da gözünü çıxarır. Bu təhlükə sahibinin övladı və həyat yoldaşına
da aiddir. Odur ki, qarğanın yanında onun sahibinə səmimi olmaq ən azı insanın öz
təhlükəsizliyi üçün olmaz.
Zooloqlar
bildirirlər ki, qarğa çox ağıllı quşdur. Onun ağıl və hafizə qabiliyyəti
təxminən 5 yaşlı uşaqdakı qədərdir. Bu da heyvanlar aləmi üçün üstün bir
cəhətdir. Qarğalar çox vaxt sürü şəklində toplaşsalar da, əslində cüt şəkildə
həyat sürməyi sevirlər. Cinsi yetkinlik yaşına çatanda onlar özlərinə cüt
tapırlar və bundan sonra həyatı boyu ikinci cütləri olmur. Cütləri ölsə də, yalnız
dolanıb-gəzməyə üstünlük verirlər. Qara qarğalar sinantropdurlar, yəni insan
məskənləri yaxınlığına yaşayırlar, insandan qorxmurlar. Belə olduqda, qarğanın
insan məskənindən kimisə bəyənib seçməyi də mümkün olur. Qarğalar heteroseksualdır - özünə əks cinsi sevirlər. Bəyəndiyi insanı
qarabaqara izləyir. İnsan ona xoş rəftar göstərdikdə onunla evinə qədər gəlir,
əl çəkmir. Əslində qarğa insanın özünəbənzər olmadığını çox yaxşı anlayır. Amma
yenə də "ürəyinə hökm edə” bilmir. Hətta platonik sevgiyə də razı olur, dərk
edir ki, seçdiyi insan ona qarğa cinsi kimi qarşılıq verə bilməyəcək, buna
rəğmən insandan vaz keçmir.
Əgər
seçdiyi insan onu uzaqlaşdırmaq, hətta başqasına satmaq istəsə bu qarğanın
ürəyini yaralayır. İnciyib gedir və bir neçə ay içində həsrətindən ölür.