adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Iyul 2016 15:33
16933
ELM VƏ TƏHSİL
A- A+

Dünya iqtisad elminin nümunəvi əsərləri UNEC-də - Azərbaycan dilində

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müxtəlif dillərdə nəşr edilən dünya iqtisad elminin nümunəvi əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi layihəsinə start verilib.

Adalet.az-ın məlumatına görə, tərcümə ediləcək ilk əsər Nobel mükafatı laureatı Fridrix Hayekin "Denationalization of Money” kitabıdır. Bununla bağlı Londonda yerləşən İqtisadi Araşdırmalar İnstitutu ilə (İnstitute of Economic Affairs) müqavilə bağlanaraq icazə alınıb.

Əsər UNEC-in Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasında tərcümə ediləcək.