adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: POEZİYA TANRISININ VƏ İMAMLARIN UYUDUĞU ŞƏHƏR

AQİL ABBAS
85382 | 2016-07-19 15:29

Gəncə! Min illərinşəhəri. Nizaminin müqəddəsləşdirdiyi bir şəhər. Qadınları çarşaba bürüyəndə bir günəş kimi doğan Məhsəti Gəncəvinin şəhəri. Azərbaycan xalqının taleyində çox böyük fədakarlıqlar göstərmiş şəxsiyyətlərin doğulduğu bir şəhər. Peyğəmbər, imam övladı yatan, hər daşınamədəniyyətimizin, ədəbiyyatımızın, qədim tariximizin incilərihopmuş bir şəhər. Və Azərbaycanın ilk paytaxtı.

Bu şəhəri mənə atam sevdirib. Nizamini əzbər bilirdi, özü dəfarsca, yəni orijinal. Deyərdi Nizamidənböyük şair dünyaya gəlməyib, gəlməyəcək də.Hələ uşaqlıqdan məni aparardı Nizaminin məqbərəsini ziyarətə. Deyərdi ki, dünya ədəbiyyatının qibləsidiNizaminin məqbərəsi.

Dəfələrlə həmteleviziya kanallarında demişəm, həm də yazmışam bir məsələni. Quba yolunda birpir var, ordan keçənlər düşərlər, nəzir-niyazverərlər, bir «Fatihə» oxuyarlar. Ya da pirin önündən keçərkən maşını asta sürərlər, bir salavat çevirərlər və sair və ilaxır. Orda Azərbaycana ilk dəfə İslamı gətirən, bizləri qılıncdan keçirən bir ərəb sərkərdəsinin məzarı var. Ziyarət eləyirik,elə özüm də, insanların inancıdı, toxunmaq olmaz.

Amma məni ağrıdanodur ki, Nizami Gəncəvinin məqbərəsinin yanından 120 ilə keçirik, nə «Fatihə», nəsalavat. Şeyx Nizaminin ruhuna bu hörmətsizlikhəmişə məni yandırıb. Atam məni Nizaminin ziyarətinə apardığı kimi, mən də övladlarımıaparmışam, indi də nəvələrimi aparıram.


Konyada Şərqindahi şairi, filosofu Mövlananın məzarı var. Ordakı məsciddə həm də böyük filosof-şairŞəms Təbrizinin və Mövlananın atasının da məzarları yerləşir. Dünyanın hər yerindən, eləcə də Türkiyənin özündən Mövlananı ziyarət etmək üçün bura hər il ən azıiki milyona yaxın turist gəlir, inanclı insanlar gəlir. Bəzən elə bir növbə yaranırki, bir saatdan çox gözləməli olursan. Belə bir fikir də formalaşdırıblar ki, hərbir inanclı insan bu məzarı ən azı yeddi dəfə ziyarət etməlidir, yoxsa günaha batmış olar. Hələ ki üç dəfə də mən ziyarət etmişəm, yəqin ömür imkan versə, istəmərəm mən də günahabatım. Və məni ilk dəfə Ankarada olanda, mənim zarafatla Azərbaycanın Türkiyədə qeyri-rəsmisəfiri adlandırdığım filologiya doktoru, Azərbaycan ədəbiyyatının Türkiyədəən böyük təbliğatçısı, türk və Azərbaycan dillərindəki ifadələrin on cildlik izahlı lüğətini tərtib edən, TRT ilə İctimai radionun birgə layihəsiolan «Qorqud Ata» proqramının yaradıcısı Seyfəddin Altaylı və Avrasiya YazarlarBirliyinin başkanı Yaqub Öməroğlu Mövlananınziyarətinə aparıb.

Mənə dedilər ki, Mövlananı ziyarət eləsən elə bil ki Kəbəni ziyarət eləmisən. Hər ikisinə burdan təşəkkür edirəm.

Konyada başqabir qəribəliyin də şahidi oldum. Beşulduzotellərdən başqa heç bir restoran və kafelərdə içki verilmir. Niyə? Çünki burda Şeyx Mövlana yatır. Bura müqəddəs bir şəhərdi. Demirəm Konyada heçkim içki içmir, sadəcə olaraq, şəhər özüMövlanaya bu hörməti göstərir.

Mövlananın ruhuməni bağışlasın, o, Nizaminin şəyirdi olabilər. Bəs biz niyə türklərin Mövlanaya qoyduğuhörməti Nizamiyə qoymurduq? Bu həmişə məni yandırırdı.

Şükürlər olsunki, müstəqilliyimizə qovuşandan sonra Ulu Öndər Heydər Əliyev Nizaminin adına layiqmöhtəşəm bir məqbərəsini ucaltdı. Möhtərəm prezidentimiz İlham Əliyev Nizami irsinin öyrənilməsivə təbliği ilə bağlı Dünya Nizami Mədəniyyət Mərkəzi yaratdı. Gəncədə Nizami ilə bağlı elmi simpoziumlar keçirilməyəbaşladı və dünyanın hər yerindən elm xadimləri, mədəniyyət və incəsənət xadimləri,ədəbiyyat xadimləri Nizaminin ziyarətinə gəlməyə başladılar. Və onlar həm də Azərbaycanın bu ən qədim şəhərinitanıdılar, onun gözəl insanlarını tanıdılar.

Gəncəyə girişNizaminin məqbərəsi ilə başlayır. Hələ məqbərəyəçatmamış dahi şairin hər bir əsərinə ucaldılmış kitabələri görə bilərsiz. Məqbərə dahi şairin əsərlərindəki qəhrəmanlarınobrazlarına həsr olunmuş abidələrlə zənginləşdirilib.Məqbərə ilə üzbəüz Nizami muzeyi yaradılıb. Bu muzeydə həm tariximizə, həm də Nizamiyəaid çox qiymətli incilər toplanıb.

İndi daha hamı ordan120 ilə ötmür. Hamı deyirik, amma təbii ki, hələ ötənlər var, bir gün onlarda haqq yoluna dönər.

Nizaminin adınabelə bir möhtəşəm kompleksin yaradılmasındaGəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin müstəsna xidmətlərini və zəhmətini xüsusilə qeyd etmək istərdim. Qeydetməmək günah olardı. Azərbaycanda belə bir ifadə var: «Fərman padşahındı». Bəli,fərman Möhtərəm Prezidentimizindir, amma baxır kim bu fərmanı necə yerinə yetirir.Elmar Vəliyev Möhtərəm Prezidentin fərmanınılayiqincə yerinə yetirib və yetirir. Və Gəncə Azərbaycanın ikinci bir paytaxtına və mədəniyyət mərkəzinə çevrilməkdədir.

Hərdən yolumubu bölgəyə salıram, Gəncəyə gedirəm. Və ilkdəfə də, təbii ki, Nizaminin məqbərəsini ziyarət edirəm. Ona görə də Gəncə ilə bağlıyazımı dünya poeziyasının Tanrısı Nizamiilə başladım.

Gəncə ilə bağlıtəəssüratlarımı yaxın nömrələrimizdə oxuyabiləcəksiniz.


TƏQVİM / ARXİV