Aqil ABBAS: OFFF BƏ! ÜRƏYİMİ BOŞALTDIM!

AQİL ABBAS
86833 | 2016-07-18 16:18

«Simurq» getdifələyin badına, ölkəmizin ən qədim və ən gözəl futbol məktəblərindən biri olan Tovuzun «Turan»ı dayyoxdu. Vaxtı ilə SSRİ çempionatının II divizonunda oynayanMingəçevirin «Toxucu» komandası indi heçtoxuculuqla da məşğul olmur! «Şəmkir» qırx arşın quyunun, Masallının «Viləş»i iyirmiarşın quyunun dibində. İmişlinin «MTK»-sıda sonradan elə MTK işləri ilə məşğul olmağa başladı. «Neftçala» maliyyə baxımındanqaldı çöldə.

Vaxtı ilə «Avtomobilçi»,«Yunçu» adı ilə futbolumuza imza atmış Yevlax! Güclü bir komanda yaratmışdı: «Karvan».Səhv etmirəmsə, 2006-cı ildə gümüş medalqazanmışdılar. Həmin il Avroliqada moldovanlarısıradışı eləyib mərhələ adlamışdılar. Hanıindi? «Karvan» da qoşuldu yuxarıda adlarınısadaladıqlarımın karvanına!

Qubanın uşaqfutbolu («Dəri top» yarışları da Qubada keçirilərdi)SSRİ-də meydan oxuyardı. İndi o uşaqlarınmeydan suladığı meydanlarda villalartikilib, sağlıqlarına qismət!

«Xəzər-Lənkəran»!Cənub bölgəsinin çırpınan ürəyi. Bəşir Səfəroğlu demiş, day çırpınmır!

Əhməd Ələsgərovun «Araz»ı. 500 minə yaxın əhalisi olan Naxçıvanı futbolsuz qoydular.

Yeri gəlmişkən.Ermənilər 40 minlik Xankəndinin «Karabağ-Stepanakert» komandasını Avroliqaya çıxarmaq üçünUEFA-ya milyonlarla rüşvət vermişdilər.AFFA, daha dəqiq desək, Fuad Musayev Azərbaycaniqtidarının köməyi ilə qarşısını aldı.

Hələ yazmaq olar,amma bəsdi, həm özüm yoruldum, həm də siziyordum.

Belə bir durumdaAzərbaycan futbolunu necə inkişaf etdirmək olar?! Azərbaycan təkcə Bakıdan ibarət deyil axı!Buyurun, fikirlərinizi yazın, inkişaf yollarınıgöstərin – «Ədalət»in səhifələri üzünüzə açıqdır.

Gələk mətləbə.Ölkə çempionatında cəmi iki bölgəmiz təmsilolunur. sevindirici haldır ki, hər ikisi Azərbaycanı Avroliqada təmsil edir. Və hər ikisi də birmərhələni adlayıb, inanıram ki, ikinci mərhələni də adlayacaqlar. Qurban da demişəm, birini İmamzadədə, birini də Qəbələdə kəsdirəcəm!

Çox təəssüf ki,hər iki komanda Avroliqanın ev oyunlarını Bakıda oynayır. Niyə, qardaşım?! Yel əsib bütünqozlar Bakıya tökülüb?

Niyə avropalıfutbolçular, onların azarkeşləri, onlarla gələnjurnalistlər gedib qədim, həm də bu gün heç də Avropa şəhərlərindən geri qalmayan, Avropa Gənclər Paytaxtı və ən başlıcası,müqəddəs Nizami yurdunu görməsinlər?! Nizamiməqbərəsini ziyarət etməsinlər?! «Kəpəz» sevənlər də həm Bakıdan, həm də ətraf rayonlardan Gəncəyəaxışıb bir futbol bayramı, futbolsevinci yaşamasınlar?!

Qəbələ! Kiçikbir zaman kəsiyində, təxminən 15-20 ilin içində kiçik bir qəsəbə Avropanın kurort şəhərləri ilə döşləşən birkurort şəhərinə çevrilib, özü də həm yayı, həm qışı. Qəbələ bölgəsi də İsveçrədən geri qalmır. Burda Avropa miqyasllı mühüm tədbirlər keçirilir, hətta ölkə prezidentləri görüşləriniQəbələyə salır.

Qəbələlilərinxətrinə dəyməsin, əvvəllər burda futbol olmayıb. Amma son 15-20 ildə həm qəbələsevərlər, həm də qəbələlilər sıfırdan futbol yaratdılar, vaxtı ilə futbolu ilə öyünən bölgələri də arxada qoydular. İndi «Qəbələ» həm ölkə çempionatında,həm də Avroliqada dör-dör döyüşür.

Burda elə bir futbol məktəbi yaradıblar ki, hətta Bakı komandaları da həsəd aparır. Bilirəm, kimlərsə bunu maddiyyatabağlayacaqlar.

Mən dəfələrləmətbuatda, televiziya kanallarında demişəm və yenə təkrar edirəm: «Ağdamı işğaldanazad etdikdən sonra şəhəri əvvəlkindən dəgözəl tikəcəyik . Çünki hər daşının altınasevgimizi, sevincimizi, məhəbbətimizi qoyub ucaldacayıq şəhəri. Bu sevgimizlə, məhəbbətimizləbirgə göyərəcək Ağdam! Olsun Şuşa, olsun Kəlbəcər, Laçın, Füzuli…»

Ağdamın işğalındansonra «Qarabağ» çöldə qalmışdı. Komanda nəinkioyunlara getməyə, bəzən yeməyə də çörəkpulu tapmırdı. Özləri evsiz-eşiksiz, işsiz, çörəkpulusuz qalmış ağdamlılar amma komandalarını yalnız buraxmadılar. Ayda heç olmasa yüzcə dollar maaş ala bilməyən futbolçular Ağdam adının şərəfinə oynayırdılar. Bu ac-susuz komanda həmin vaxtlar Azərbaycan çempionu da oldular, ölkə kubokunuda aldılar, Avroliqalarda da Azərbaycanıləyaqətlə təmsil elədilər. Yəni onu deməkistəyirəm ki, hər şey maddiyyatla ölçülmür.Elə şeylər var ki, maddiyyatdan çox yüksəkdir.Qəbələdə də dəfələrlə o sevgi, o sevinci görmüşəm. Avropa standartlarınauyğun gözəl də stadionu var. Düzdür, tutumca bir qədər kiçikdir, ürək ki böyükdür.

Niyə «Qəbələ»də ev oyunlarını öz doğma şəhərində, öz doğmastadionunda, öz doğma azarkeşlərinin alqışları altında keçirməsin?! Bakıdan da, ətraf rayonlardan dagəlib Qəbələdə bayram eləsinlər.

Niyə qəbələlilər,eləcə də gəncəlilər komandalarına arxa durmaqüçün durub Bakıya gəlməlidir? Bunun qocası var, uşağı var, həm də buna hamının imkanı da yoxdu axı!

Bir də ki Bakıürəyimiz, paytaxtımız olsa da, hər kəsinöz doğma torpağı var və doğma torpaqdaha güclü olur.

AFFA bu barədə fikirləşsə yaxşı olar! Bu təkcə mənim arzum,istəyim deyil, gəncəlilərin, qəbələlilərin,eləcə də bütün futbolsevərlərin arzu, istəyidir!

Off bə! Ürəyimi bir balacaboşaltdım!


TƏQVİM / ARXİV