adalet.az header logo
  • Bakı 16°C
18 Iyul 2016 16:13
11636
GÜNDƏM
A- A+

ALPARSLAN TÜRKEŞİN DIRNAQLARI

1960-cı ildə Türkiyədə hərbi çevrilişdən sonra bütün siyasi liderləri həbs etmişdilər. O cümlədən Türkeşi də. Türkeş özü hərbçi idi, rütbəsi də albay (polkovnik).

Həbsxanada nəzarətçilər Türkeşin əlini-qolunu stula bağlayıb işgəncə verirlərmiş – dırnaqlarını bir-bir çıxarırlarmış. Bu vaxt bir subay (zabit) içəri girir və dəhşətli səhnəni görür, bir türk subayının alçaldılmasını nə Türkiyənin, nə də özünün subay şərəfinə sığışdırmır, Türkeşi nəzarətçilərin əlindən alaraq hayqırır:

- Şərəfsizlər! Siz nə edirsiz? O bir türk subayıdır!

Nədənsə yadıma düşdü, yazdım!