adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Iyul 2016 19:33
22475
ƏDƏBİYYAT
A- A+

“Aydınlanma səyahəti” işıq üzü gördü

"Facebook"da ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər”in 12-ci kitabı olan "Aydınlanma səyahəti” işıq üzü görüb. 

Adalet.az-ın verdiyi məlumata görə, kitabın müəllifi Azərbaycanın ilk qadın portalı "Qadin.net" saytının baş redaktoru Ceylan Mumoğludur. 

Kitab "Kitabsevərlər" hərəkatı ilə "Qadin.net" saytının ortaq layihəsi əsasında çap olunub.

Əsərin psixoloji, fəlsəfi, riyazi və bədii həllinə uzun araşdırmalar nəticəsində nail olunub. Kitabda yerli nəşrlərdə az-az rast gəlinən elmi xronikaya geniş yer verilib. 

Qeyd edək ki, tezliklə kitabın təqdimat mərasimi də baş tutacaq. Tədbirin yeri və vaxtı haqda ictimaiyyət məlumatlandırılacaq. 

Əlavə məlumat üçün bildirək ki, sözügedən hərəkat bundan öncə də müxtəlif mövzulu 11 kitab nəşr etdirib. 
Bunlar arasında yerli bazarda ən çox satılan kitablar – Nikolas Sparksın "Gündəlik” romanı, Bakumoz nəşriyyatı ilə birgə çap edilən Harper Linin "Bülbülü öldürmək” əsəri və Astrid Linqdrenin "Biz Saltkrok adasındayıq” kitabı da var.