adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Iyul 2016 16:56
38449
HÜQUQ
A- A+

Türkiyə məhkəmə sistemində kütləvi işdənçıxarmalar və həbslər başlayıb

Türkiyənin məhkəmə-hüquq sistemində çalışan və FETÖ (fətullahçı terror təşkilatı) mənsubu olduğu bildirilən şəxslərin kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.

 

Adalet.az-in "milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin Məhkəmə-Hüquq Şurası (Hakimlər ve Savcılar Yüksek Kurulu) 2 min 745 hakimin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul edib. Şuranın özünün isə 5 üzvünün səlahiyyətlərinə xitam verilib. 

 

Türkiyədə dövlət idarələri arasındakı mübahisələrə baxan və qanun, qərar layihələrinə rəy verən məhkəmə orqanı – Danıştayın isə 5 üzvü həbs edilib, qurumun daha 4 üzvü yazılı həbs sanksiyası olmadığı üçün qərara tabe olmayacağını bildirib.