“Xainlər cəzalandırılmalıdır” - Aqil Abbasdan Türkiyəyə dəstək
"Türkiyəni Suriyaya çevirmək istədilər”
Bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Millət vəkilinin sözlərinə görə, Türkiyə xalqı son hadisələrdən üzüağ çıxdı:
"Söz vermişdim ki, qəzetlərə və saytlara Ərdoğanla bağlı müsahibə verməyəcəm. Lakin bu, başqa məsələdir. Qısaca deyə bilərik ki, xaricdən idarə olunan qüvvələr məğlub oldular. Vətənə xəyanət edən cəzalandırılmalıdır. Mən əminəm ki, xaricdən qiyamçılara dəstək verənlər olub. Lakin Türkiyə xalqı ayağa qalxdı və iradəsini ortaya qoydu”.
Ərdoğanın bu çevriliş olayını məqsədli şəkildə həyata keçirdiyi ilə bağlı bəzi KİV-lərin yaydığı məlumatlara toxunan Aqil Abbas bu məlumatların cəfəngiyat olduğunu bildirdi:
"Ərdoğanın səs qazanmaq üçün bu yola əl atdığına inanmıram. Bu çevriliş Türkiyəni Suriyaya çevirmək istəyənlərin məqsədi idi, lakin həyata keçirə bilmədilər. Allaha çox şükür ki, Türkiyədə əmin-amanlıq bərpa olundu”.
Digər Xəbərlər
24 Aprel 2024 11:32
Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO
24 Aprel 2024 11:31Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
24 Aprel 2024 10:28AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
23 Aprel 2024 20:11"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 19:20