Lap bəri başdandeyim ki, səhnədə tamaşaçıların maraqla izlədiyi hadisə bizim məmləkətdə başverməyib. Hər halda özümüzü buna inandıraq. Paytaxtdan hansısa bir müfəttişin gələcəyiilə bağlı xəbərdən başını itirən, hadisələr inkişaf etdikcə daha da gülünc vəziyyətədüşən məmurlar haqqında Puşkin kimdənsə eşidib və Qoqola danışıb. Mirzə Cəlilinrəhmət oxuduğu bu məşhur rus yazıçısı və dramaturqu da 180 il əvvəl şairdostunun danışdıqlarını qələmə alıb. "Müfəttiş" öz gəlişi ilə XIX əsrrus ədəbiyyatında dönüş yarada bilib.
Bizə nə aidiyyəti?Yəqin elə bu üzdən Akademik Milli Dram Teatrı Qoqolun qocalmayan bu əsərininkomik qəhrəmanlarını tamaşaçılara görüşdürməkdə uzun müddət maraqlıolmayıb.
"Niyəgülürsünüz?”
Təxminən 50illik fasilədən sonra "Müfəttiş" yenidən akademik Milli DramTeatrının səhnəsinə qayıdıb. Sabit Rəhmanın tərcüməsi əsasında hazırlanantamaşaya Mikayıl Mikayılov quruluş verib. Mikayıl Mikayılov öz istedadını təkcəAzərbaycanda deyil, hətta Rusiyanınteatral mühitində realizə etməyi bacaran gənc rejissorlarımızdandır. OnunAkademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi "Xanuma","İlahi oyun", "Şah və şair", "Yuğ" teatrındahazırladığı "Medeya. Sekvensiya 01"tamaşalarına baxmışam. Mikayıl Mikayılov istər klassik, istərsə dəmüasir əsərlərə özünəməxsus yanaşması, tamaşanı aktyor oyunu üzərində qurmasıilə seçilir. Gənc rejissorun tamaşalarındakı mizanların səliqə-sahmanı dərhaldiqqət çəkir. Zalda oturan tamaşaçının gözü və beyni mürəkkəb dekorasiya,musiqi ilə yüklənmir. Bəri başdan qeyd edim ki, "Müfəttiş" də istisnaolmadı. Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu,musiqi tərtibatçısı Kamil İsmayılov bu səhnə əsərində öz uğurlu işləri iləquruluşçu rejissorun fikrini tamamlaya biliblər.
Tamaşanın özünəgəlincə...
Qoqolun həyat vəyaradıcılığına bələd olanlar yaxşı bilir ki, yazıçının ömrü kimi, əsərləri dəmistik məqamlarla doludur. Quruluşçu rejissor Mikayıl Mikayılov "Müfəttiş"inyeni yozumunda həmin detallardan tamaşanın əvvəlində və finalında uğurlaistifadə edib.
Hə, tamaşanın əvvəlindəndanışırdım axı. Bizdən çox-çox uzaq olsun, əyalət şəhərlərinin birinin rəhbərimərkəzdən müfəttiş gələcəyi xəbərini alıb. Aldığı xəbərdən yuxusu ərşə çəkilib.Tabeliyindəki məmurları başına toplayıb vəziyyətdən çıxış yolu axtarmaq istəyir.Çıxış yolu tapmaq isə asan deyil. Şəhər rəisi və ətrafına topladığı məmurlarınsavadsızlığı, rüşvətxorluğu, tamahkarlığı və səriştəsizliyi üzündən buralar cəhənnəminbir küncünə çevrilib. Cəhənnəmin bir küncünü xatırladan bu şəhərə kosmetik bərbəzəkvurub gələn müfəttişə cənnət adı ilə necə sırımaq olar?
Şəhər rəisi və ətrafındakıməmurlar bu barədə müzakirə apararkən paytaxtdan gələn müfəttişin artıq necəgündür şəhərdə olduğu, buradakı mehmanxanada qaldığı xəbəri yayılır.
"Kiməgülürsünüz?”
Bundan sonrakıbütün hadisələr mehmanxanada qalan bu qonağın-İvan Aleksandroviç Xlestakovun ətrafındacərəyan edir. Xlestakov özü də əyalət şəhərlərinin birində doğulub, yaxşıkaryera qurmaq arzusu ilə paytaxta gedib. Lakin xarakterinin zəifliyi üzündənheç nə əldə edə bilməyib. Özünü sübut etmək əvəzinə şəhərin yazılmayan mənfiqayda-qanunlarının əsirinə çevrilib, qumar, kef məclislərinin zahiri gözəlliyibu gənci məhv edib. Bu üfunət iyi verən mehmanxana adlı xarabaxanada da kefindənqalmır, əlində-ovcunda qalan pulunu qumarda uduzub, özü və nökəri Osip neçəgündür ki, yeməyə bir şey tapmır. Artıq heç kim onlara nisyə yemək vermir.
Şəhər rəisi vəonun rüşvətxor, kütbeyin məmurları Xlestakovu paytaxtdan gəlməsi gözlənilən müfəttişkimi qəbul edirlər. Onların bu səhvi Xlestakovun işinə yarayır, bitib-tükənməkbilməyən yalanlar uydurur, paytaxtda, sarayda mühüm şəxslərə dostluğundandanışaraq şəhər rəisindən, ətrafındakı gözükölgəli məmurlardan borc adı ilərüşvət alır. Şəhər rəisinin arvadı və qızı ilə sevgi macərası qurmağa beləimkan tapır. Sonra isə aradan çıxır.
Paytaxtdakıdostuna yazdığı məktuba isə əyalətdə qarşılaşdığı bu insanların əsl dəyərinibelə verir: "...Şəhər rəisi axta at kimi axmaqdır, poçt müdiri əclafdır,araq içəndir. Xeyriyyə müəssisələrinin müdiri elə bil başına araqçın qoymuşdonuzdur. Məktəblər müdiri başdan ayağa soğan iyi verir. Məhkəmə sədri çoxmurdar adamdır..."
Şəhər rəisi vəonun kütbeyin komandası Xlestakovun aradan çıxmasından və dostuna göndərdiyi məktubdayazdığı fikirlərin şokundan ayılmamış daha bir zərbə alırlar. Məlum olur ki, gəlişigözlənilən əsl müfəttiş artıq mehmanxanadadır...
"Axı siz özünüzə gülürsünüz!”
Yazının əvvəlindəqeyd etdiyim kimi, quruluşçu rejissor Mikayıl Mikayılov tamaşanı aktyor oyunuüzərində qurub. Xalq artisti Rafael Dadaşovun ifasında şəhər rəisi AntonAntonoviç Skovznik-Dmuxanovski Xlestakovun məktubunda qeyd olunduğu kimidir. Buqəribə cavan oğlanın yalanlarına ən tez və ən çox inanan da elə odur. Vəzifəsiniitirməmək üçün hər şeyə hazırdı, hətta qızını ilk dəfə gördüyü bu qonağanişanlamağa belə razı olan birisidir. Yeri gəlmişkən, "Müfəttiş" Xalqartisti Rafael Dadaşovun 70 illik yubileyi münasibəti ilə hazırlanıb.
İvanAleksandroviç Xlestakov obrazının dünya dramaturgiyasında və ədəbiyyatında özünəməxsusyeri var. Qoqol özü bu obrazı beləxarakterizə edib: "...hər kəs bir neçə dəqiqə olmasa da, bir dəqiqəXlestakov olub və ya olur, lakin təbii ki, bunu etiraf etmək istəmir... Mahirbir qvardiya zabiti də, bəzən dövlət xadimi də Xlestakov ola bilər... Uzunsözün qısası, çox az adam tapılar ki, ömründə heç olmasa, bir dəfə Xlestakovolmasın".
Qoqol özü də birvaxtlar Xlestakov kimi yaxşı karyera qurmaq ümidi ilə əyalətdən Peterburqa gəlib,lakin yalnız kiçik məmur ola bilib. Həminkiçik məmur Qoqolu bu gün heç kim tanımır, amma yazıçı və dramaturq Qoqolundünya ədəbiyyatında özünəməxsus izi, yeri var.
Əməkdar artistElşən Cəbrayılov belə bir mürəkkəb obrazın öhdəsindən məharətlə gəlir. Aktyor təbiiifası ilə zalda əyləşən tamaşaçını inandırır ki, kütbeyin məmurları barmağınadolamaqla pul qazanmaq, qarın dolusu yemək yemək, üfunətli və qaranlıq bu əyalətşəhərindən baş götürüb qaçmaq üçün yalan danışmaq ən yaxşı yoldu. Elşən Cəbrayılovbir çox tamaşalarda əsas rolları ifa edib, lakin Xlestakov obrazını istedadlıaktyorun yaradıcılığında yeni bir mərhələ saymaq olar.
Məhkəmə sədriAmmos Fyodroviç Lyapkin-Tyapkin rolunu Rövşən Kərimduxt ifa edir. AkademikMilli Dram Teatrında son vaxtlar hazırlanan yeni tamaşalarda bəzi səbəblərdənnadir hallarda görünən Rövşən Kərimduxt bu rolu ilə sübut etdi ki, aktyor kimionun potensialından düzgün istifadə olunsa həm teatr qazanar, həm də tamaşaçı.Təbii ki, aktyor özü də inkişaf edər.
Daha çoxdramatik rollarda görməyə alışdığımız Əməkdar artist Kazım Həsənquliyeviquruluşçu rejissor bu tamaşada komik obrazda (Xeyriyyə müəssisələrinin müdiriArtemi Flippoviç Zemlyanika) sınayıb və nəticədə hər iki yaradıcı insanın birgəəməyi sayəsində maraqlı iş ortaya qoyulub.
Öz fərsiz əməlləriilə şəhəri bərbad hala salan bu məmurlar - Poçt müdiri İvan Kuzmiç Şpekin (Əməkdarartist Elxan Quliyev), Məktəblər müdiri Luka Lukiç Xlopov (Rəşad Bəxtiyarov),qeybət etmək, söz gəzdirməkdən başqa əllərindən bir iş gəlməyən Pyotr İvanoviçDobçinski (Əməkdar artist Aslan Şirin) və Pyotr İvanoviç Bobçinski (Ramil Şıxəliyev),tamaşa boyu ancaq almanca danışan Xristian İvanoviç Qibner (Əməkdar artistFeyruz Xudaverdiyev), cavan Xlestakova xoş gəlmək üçün bu yaşında hətta baletoynamağa çalışan Anna Andreyevna, paytaxtdakı xoş günlərin xəyalını quranMariya Antonovna (İlahə Həsənova) sonda gülünc vəziyyətə düşürlər. Xalq artistiRafiq Əzimov əsərdə bəlkə də yeganə müsbət obraz olan nökər Osipi inandırıcıboyalarla çatdırır. Gənc aktyor Elgün Həmidov isə tamaşada bir-birindən fərqlənənSvistunov, Meyxana xidmətçisi, Mişa və Şeytan rollarını oynayır.
Akademik MilliDram Teatrı Qoqolun bu ölməz əsərini uğurlu, bitkin bir quruluşla tamaşaçıya təqdimedib. Yoxsa məmurların bu qədər gülünc vəziyyətə düşməsinə tamaşa edə bilməzdik."Müfəttiş"ə baxanlar başqa ölkədə baş verən hadisələrə doyunca gülürlər.Qoqolun sualı isə həmişə aktual olaraq qalır: "Niyə gülürsünüz? Kiməgülürsünüz? Axı siz özünüzə gülürsünüz!"