Hər insan ömründəmütləq bir qəribə məqam olur, bir qəribə an olur. Və bir də bu qəribəliyiortaya çıxaran, ona doğru aparan bir səbəb olur. Mən bütün bu dediklərimi yaşadığım anın içindənçıxaraq ifadə edirəm və sizə inandırmaq istəyirəm ki, yaşadıqlarım o qədər dəarzuolunan, o qədər də könül oxşayan və o qədər də duyğusal deyil. Yox, deyəsənsəhv etdim. Bu gördüklərimdə bir iynəucu boyda duyğusallıq var. O duyğusallıq da hər bir fərdin özündən qaynaqlanır.Yəni o məqama doğru gedən fərd, içində duyğusallıq yaşadırsa və yaxud o duyğusallıq onun içində bir altqat kimi varsa, bax onda üzə çıxır və bundan da qoruna bilmir. Qorunmaq damümkün deyil. Çünki Allah səpdiyi, Allahın əkdiyi hər nədisə, mütləq cücəriləcək.Çünki cücərilənin özü də Allahımızdı. Deməli, mən iki gün öncə həmin o dedikləriminaurasındaydım və həmin o dediklərim mənim üçün ömür kitabının, həyat yolunun eləbir xəttini, səhifəsini təşkil etdi ki, bunu ömrümün sonuna qədər unutmayacam.Etiraf edim ki, mən həmin o həyəcanı, o duyğusallığı Qarabağ savaşının müxtəlifzaman kəsiklərində - evim yananda, yurdum dağılanda, yuvam viran qalanda, ən əziz adamlarımdüşmən gülləsinə tuş gələndə, terrorun qurbanı olanda - qismən yaşamışdım. Ona görəqismən deyirəm ki, bunları mənə düşmən yaşadırdı, bu yaraları mənə düşmənvururdu. Amma indi gördüklərim fələyin mənə və bütün insanlığa zərbəsidi,görküdü, göstərməyidi. Bəlkə də bu göstərmə insanları, təbii ki, yolunuçaşanları Allah yoluna qaytarmaq üçündü, insanlara kimliyini sübut etməküçündü. Və yaxud da insanlara «bax, belə də ola bilərsən!» mesajıdı…
Bəli,mən inanın ki, bu yazını hardan başlamağa çətinlik çəkirəm. Yenə deyirəm, həmingün 57 illik ömrümün ən acılı, ən ağrılı, ən düşündürücü və ən çox mühakimə edəngünü kimi ömrümə yazıldı. O günün adını nə qədər fikirləşirəm, ifadə edə biləcəksöz tapmıram. Ağlıma min cür variantlar gəlir. Amma heç biri günün ifadəsideyil. Nə isə…
Bəli,ötən həftə dostlarla əyləşib həyat problemlərindən, yaşamdan, güzərandan söhbətedirdik. Sözsözü çəkdi,fikir fikirləüst-üstə düşdü. Elə bil ki, həmin an Allah bu mövzunun səbəbkarlarının qəlbinəməhz həmin fikri göyərmək üçün səpdi. Və ilk olaraq Zahid müəllim dilləndi:
-Bəlkə gedək uşaqları ziyarət edək?
Eləbil Qabil müəllim də bu sözü gözləyirdi, bu sualın səslənməsininintizarındaydı. Dərhal sualın cavabını dilə gətirdi:
-Mütləq gedək. Özü də həmişəkindən bir az da yüksək səviyyədə…
Söhbətinbu məqamında mən bir qələm adamı olaraq dərhal yaddaş kartını vərəqlədim. Vəyadıma düşdü ki, dəyərli dostum Qabil Əsgərov ildə ən azı 5-6 dəfə paytaxtdayerləşən qocalar evlərinə, ruhi dispanserlərə, əlillər yaşayan mərkəzlərə, birsözlə, ehtiyacı olan hər kəsə imkanı daxilində yardım göstərir, onun kifayət qədərböyük məbləğ təşkil edən bu yardımları barəsində özündən və ən yaxındostlarından başqa kimsənin xəbəri olmur. Çünki Qabil müəllim bu diqqəti, buyardımı reklam üçün etmir. Və birmənalı şəkildə də həmişə vurğulayr ki, maddidurumu imkan verən, ürəyində Allah xofu olan hər kəs öz soydaşına, öz həmvətəninəmütləq şəkildə əl uzatmalıdı. Özü də əl uzatdığı adamlara xoş olmaq üçün yox,reklam üçün yox, sadəcə öz vicdanının, öz ürəyinin rahat olması üçün. Yəni, gördüyün bu iş ancaq savabüçün edilməlidir, başqa heç nə! Əgər burda nəsə məramın, məqsədin, gözləntinvarsa, deməli, həmin o işin savaba heç bir adiyyəti yoxdu…
Hə,ötən həftənin çay süfrəsi arxasındakı söhbəti elə yerindəcə konkretləşdirildi – hara gediləcək, nələralınacaq və saat neçədə gediləcək. Hərşey dəqiqləşdi. Qabil müəllim ayrılanda ortalığa bir söz də dedi:
- Əbülfət,imkanın olsa, sən də bizimlə gəl.
Təbii ki, mənsöhbətin əvvəlindən özümü o səfərə hazırlamışdım. Ona görə də sadəcə:
- Baş üstə! –dedim və biz ayrıldıq.
İki gün öncə bizartıq Bakının Şağan kəndindəydik. Soraqlayıb həmin ünvanı tapdıq. Bizi çox səmimişəkildə qarşıladılar. Amma mən bu qapalı müəssisənin həyətinə daxil olan andanhiss etdim ki, burda başqa dünya var, burda başqa aləm yaşanır. Çünki həyət-bacanınözündə olan aura o qədər düşündürücü, o qədər hipnozedici idi ki, mən hara gəldiyimizin fərqinə artıq varmağa başlamışdım. Səliqə-səhman,abadlıq, əyləncə üçün yaradılmış şərait nə qədər xoş təsir bağışlayan fondaolsa da, amma bir, sükut qarışıqağırlıq var idi. Mən bunun səbəbini həmin qapalı müəssisənin iç dünyasına daxilolandan sonra anladım. Gördüm ki…
Şağanda yerləşənbu qapalı müəssisənin rəhbəri Sevinc xanım Məlikovadı. Artıq 3 ildir ki, Sevincxanım bu kollektivə rəhbərlik edir. Onun özünə ünvanladığım sualdan öyrəndimki, Sevinc xanım uşaq həkimidi. Lakin 3 il bundan öncə ona etimad göstərib busahəyə rəhbərlik etməyi tapşırıblar. O da 88 nəfərdən ibarət olan kollektivləbirlikdə bu müəssisədə üç növbəliiş rejiminin bütün qaydalarını bərpa edib və əl-ələ verib burdakı bütün mühitidəyişməyə çalışıbdı.
Etiraf edim ki,Sevinc xanım öz kollektivi ilə birlikdə burda çox uğurlu işlərə imza atıb. Həminuğurlu işlər sırasında mənə ən çox təsir bağışlayanı bu fiziki və əqli cəhətdənzəif olan uşaqları onların öz dilində, öz üslubunda idarə etməkdir. Bunu Sevincxanımla həmin uşaqların qarşılaşdığı məqamlarda daha çox hiss etdim, daha çoxduydum. Gördüm ki, uşaqlar ona «mama» deyir. Və təsəvvür edin ki, müxtəlif yaşqrupunda olan bu uşaqların müraciəti, Sevinc xanımı görəndə üzlərinə təbəssüm qonması heçdə kiçik məsələ deyil. Ən azından o uşaqlar xəstə olmalarına, şikəst olmalarınabaxmayaraq, qorxu hissi yaşamırlar. Bax, buna görə daxilən bu xanımın əməyinə qəlbimdənbir təşəkkür gəlib keçdi. Üstəlik, onun özünün müşayiəti ilə demək olar ki, müəssisənin əksər hissəsini gəzibdolaşdıq, uşaqların əl işlərinə baxdıq…
Təsəvvür edin,yuvada göyərçin, yanında yumurtaları… ormanda ceyran, cüyür, yanında balası… Vəyaxud müxtəlif parçalar üzərində muncuqlardan, rəngli saplardan hazırlanmışbir-birindən rəngarəng, bir-birindən göz oxşayan təsvirlər. Hətta az qala ikiqarış boyu olan əllə toxunmuş xalça… və nələr, nələr. Hələ mən müxtəlif gülləri,ağacları demirəm. Bütün bunlar həmin müəssisədə, həmin kollektivin müəllim-tərbiyəçiləri,psixoloqları tərəfindən uşaqların əylənməsi üçün, məşğuliyyəti üçün edilmiş təşəbbüsünbəhrələridi. Sevinc xanım bildirdi ki, uşaqların qayğısına qalan müəsisənin əməkdaşları– müəllimlər, tərbiyəçilər, psixoloqlaronlara kağız üzərində müəyyən şəkillər çəkirlər. Sonra rəngləri, həmçinin rənglikarandaşları, flomastrlarıonlara verib rəngləmələrini,bəzəmələrini istəyirlər və onlar da həvəslə bu işi görürlər. Siz təsəvvür edinki, müəssisədə çalışan və özü də işin böyük əksəriyyətini könüllü şəkildə görənRauf adlı şəxs bu uşaqlara əmək təlimini mənimsədir. Onun iştirakıylahazırlanan müxtəlif fiqurlar quş yuvalarından tutmuş kamançaya, tara qədər hərşey o qədər maraqlı, o qədər göz oxşayandı ki, ordan nəzərlərini ayıra bilmirsən.Bütün bunlar onu göstərir ki, bu qapalı müəssisə rəhbərliyin, kollektivin təkcə iş yeri deyil,bura həm də onlar üçün doğma, isti bir yuvadı. Və bu doğma, isti yuvaya onlaröz övladlarına aid olan diqqətin, məhəbbətin müəyyən hissəsini könüllü şəkildəaid edirlər.
Burada olarkənonu da öyrəndim ki, həmin qapalı müəssisə 2010-cü ilə qədər bir növü unudulmuş,gözdən, könüldən iraq olmuşdu. Lakin 2010-cu ildə millət vəkili, YUNESKO-nun vəİSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyeva burayabaş çəkdi. Onun gəlişindən sonra burada hər şey kökündən dəyişdi, hər şey yeniləndi,müasirləşdi, gözəlləşdi. Bundan sonra bu müəssisəyə Heydər Əliyev Fondununvitse-prezidenti Leyla xanım Əliyeva, həmçinin professor Nərgiz xanım Paşayevadəfələrlə baş çəkdilər. Onların hər gəlişi bu kollektiv üçün toy-bayramaçevrildi. Üstəlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olanbu müəssisənin gündəmə gətirilməsi kollektiv üzvlərini də bir növü səfərbəretdi. Onların işlərinə, özlərinə qarşı məsuliyyətini artırdı. Bax, bütün bunlarda bugünkü duruma gətirib çıxardı.
Real şəraitigözlərinlə görmək, bu şəraitin içərisinə daxil olmaq hər kəs kimi məndə də müəyyəntəəssüratlar yaratdı. Və mən gördüm ki, bu uşaqlar özləri boyda problem olmaqlayanaşı, həm də özləri boyda bir dünyadılar. Çünki burada yaşayan 172 uşağın160-ı demək olar ki, sutkanın bütün saatlarını məhz qapalı şəraitdə keçirir. Həmino fərqli məqamlardan biri odur ki, bu uşaqların 26-sının ümumiyyətlə valideyni məlumdeyil. Yəni onlar atılmış uşaqlardı. Cəm halında götürəndə o uşaqların yalnız30 nəfərinin valideyni yalnız ara-sıra bu müəssisəyə baş çəkir, uşaqları iləüzbəüz oturur. Bunun üçün müəssisədə şərait yaradılıb, onların qonaq otaqlarıvar. Həmin otaqda hətta bu uşaqlaraad günləri də keçirilir… onlar üçün də şam yandırılır, tort alınır… Amma nəyinecə təqdim etsən də, necə bəzəsən də ailə axı, tamam fərqlidi. Axı, bu ailədə ana nəfəsi, ana əlinin ətri hopmuş yeməklərin çeşidi yoxdu. Üstəlik, bu müəssisədəmənim üçün ən üzücü məqam bu qədər uşağın bir damın altında yaşaması idi. Mənbaşa düşürəm, bu cür uşaqların hər biri üçün ayrıca nələrsə yaratmaq mümkündeyil. Bunlar cəmlənib bir mərkəzə yığılmalıdırlar. Amma inanın ki, bu qədər əqli və fiziki qüsurluuşağı bir yerdə görmək və onlara qarşı laqeyd qalmaq… Mən bunun kimisə edəcəyinəinanmıram. Axı, əlinə mikrofongötürüb «bu torpağın, bu yurdun» sözləri ilə başlayıb, «can qardaşım, can bacım» mahnısı iləbaşlayıb böyük şövqlə oxuyan Ədalətin və yaxud adını soruşmağa ürək etmədiyim nağara çalanın, bütün musiqilərdəortalıqda rəqs edən əl boyda qızın günahı nədi ki, onlar bu həyatın bütün duyğusal gözəlliklərindən məhrumolublar? Bəlkə valideynlər, bəlkə təbiət, bəlkə cəmiyyət? Bilmirəm, amma mütləqgünahkar var, başqa cür ola bilməz.
Bu müəssisədəolarkən onu da öyrəndim ki, qəbul 5 yaşından başlayır. Ona görə də uşaqlarlaişləmək, onları idarə etmək çox çətindi. Bu çətinliyin öhdəsindən kollektiv gəlməyibacarır. Eyni zamanda göstərilən diqqət və qayğılar da onlara yardımçı olur. Eləiş adamı Qabil Əsgərovun bu müəssisəyə baş çəkməsi söylədiyim fikrə birsübutdu.
Mən görüş zamanıtez-tez Qabil müəllimə diqqət yetirirəm. Onun hər xırda məsələyə diqqət yetirməsi,müəssisənin ən incə problemlərinə qədər öyrənmək, xəbər tutmaq niyyəti çox mətləblərdənxəbər verirdi. Bu mətləblərin nədən ibarət olduğunu o özü kollektivin rəhbəriSevinc xanımla söhbət zamanı açıqladı. Və çox böyük bir inamla bildirdi ki,sizin uşaqlara ən çox ehtiyac olan nədirsə, onlar barəsində mənə məlumt verin.Bundan sonra sizinlə daha sıx əlaqə saxlayacam. Çalışacam ki, bu uşaqlarınehtiyac duyduğu nələrisə mən də alıb gətirim. Özü də bu, reklam üçün yox, sadəcəbir vətəndaş, Allah bəndəsi kimi mənim içimdən gəlib keçən hissdi.
Bax, bu cür söhbətingetdiyi bir məqamda uşaqlardan biri bizə yaxınlaşdı. Əl uzadıb bizimlə öpüşdü.Sonra diqqətlə üzümüzə baxdı və üzünü çevirib getdi. Mən onun hərəkətlərini izləyirdim.Həmin uşaq bizdən xeyli aralanıb uzaq bir küncdə dayandı və ordan bizi izləməyəbaşladı. Mən onun yanaqlarında göz yaşı gördüm. Amma bilmədim ki, o niyəağlayırdı... Bax, bu yazınıdiktə etdiyim anda da həmin o uşaq gözümünönündədi. Nə qədər özümə təyziq edirəmsə də, onun ağlamasının səbəbini anlaya bilmirəm. Bizimyanımızda əyləşib «Şuşanın dağları» ansamblının ifasını heyranlıqla dinləyən vəmusiqidən daha çox ifaçıları tez-tez ayaqdan-başa acgözlüklə süzən 15-16 yaşlıqızın hərəkətləri də adamda çox kövrək, həm də nigarançılıq dolu hissləroyadır. Bu hisslər şəxsən mənim ürəyimdən bir daş kimi asılıbdı. O daşınağırlığı uzun müddət göynədəcək məni. Axı… Yenə həmin məqama qayıdıram. Əlboyda uşaqlar və onların qədəri??!! Bunlar çox düşündürücüdü...
Biz müəssisədənayrılanda heç özümdə deyildim. Elə yol-yoldaşlığı etdiyim dostlarım da mənimlə eynidurumdaydılar. Hamımız şahidi olduğumuz bu real mənzərənin təsiri altındaydıq.İstər Zahid müəllim, istər Qabil müəllim, sürücü də gördükləri bu uşaqların barəsindədüşünürdülər. Onların qədəri bizim hamımızı bir nöqtədə birləşdirmişdi. Xüsusilə, Qabil müəllim gördüklərindən çox mütəəssirolmuşdu. Mən onun səsinin titrədiyini ilk dəfə müəssisədə hiss etdim. İndi isəözü bunu etiraf etdi və dedi ki:
- Mənə çox təsiretdi. Hətta kövrəlib ağlamaqdan özümü güclə saxladım. Doğrudu, hər şey çox yüksəksəviyyədə təşkil olunub. Yəni müəssisənin təmir səviyyəsi, iş şəraiti çox mükəmməldi.Amma uşaqların qədəri, taleyi məni sarsıtdı. Mütləq bura ilə əlaqə saxlayacam.Onların yardımçısı olmağa çalışacam…
Bəli, həmin günŞağan kəndindəki əqli və fiziki qüsurlu uşaqların birləşdiyi, bir araya gəldiyi1 saylı Sağlamlıq İmkanı MəhdudUşaqlar üçün Sosial Xidmət Müəssisəsində çox kövrək, həyəcanlı, həm dədüşündürücü bir zaman kəsiyiyaşadıq. O zaman kəsiyi bizim hərbirimizin ömrünə öz izini, öz naxışını vurdu. Bu naxış həm də bir xatırlatma,bir göstərmə idi. Biz gördük ki, istənilən qüsurlarla da yaşamaq mümkündü. Təkidiqqət olsun, qayğı olsun, şərait olsun. Çox şükürlər ki, bu qayğını, bu diqqətihəmin əqli və fiziki qüsurlu uşaqlardan əsirgəməyiblər – həm dövlətimiz, həm dəcəmiyyətin xeyirxah insanları!..
Mən isə birnüansı da dilə gətirmək istəyirəm. Həyat fəaliyyətinə bələd olduğum, ürəyininpıçıltılarını zaman-zaman dinləmək, dəyər vermək fürsəti qazandığım Qabil Əsgərovunbu insanlıq addımı bir daha mənə onu göstərdi ki, həqiqətən də bu insan savabişlər üçün doğulub. O, bütöv çörəyini hər kəslə paylaşmağa həmişə hazır olub.Özü də heç bir məqsəd, heç bir məram güdmədən. Sadəcə, olanından, Allahınverdiyindən elə Allahın ehtiyac içində olan bəndələrinə əl tutmaq üçün, yardımetmək üçün o, bu addımları atıb və bu gün də atır. Allah savaba yazsın!