adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Iyul 2016 15:18
8401
ƏDƏBİYYAT
A- A+

Tanınmış macar yazıçısı dünyasını dəyişib

Macarıstanın tanınmış yazıçısı Peter Esterxazi 66 yaşında dünyasını dəyişib. Adalet.az The New York Times-a istinadən bildirir ki, yazıçının ölümünə uzun zamandır əziyyət çəkdiyi mədəaltı vəzi xərçəngi səbəb olub.

Estexazi 1950-ci ildə Budapeştdə doğulub. Dini gimnaziyanı bitirdikdən sonra Loranda Etveş adına Universitetdə ali riyazi təhsil alıb.

İlk romanı olan "Fançisko və Pinta”nı 1976-cı ildə nəşr etdirib. İndiyədək 28 kitabı işıq üzü görüb. Onların arasında "Qadın”, "Qu quşu müqəvvası”, "Fil sümüyü qülləsindən” əsərləri daha məşhurdur. Kitabları dünyanın 20 dilinə tərcümə edilib.

1995-ci ildə Roma Ədəbiyyat Festivalının mükafatçısı, 1998-ci ildə nüfuzlu Fransa Ordenin ədəbiyyat üzrə komandoru olub.