YANVAR MƏNZƏRƏLƏRİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
38211 | 2013-02-01 10:11

Zarafat-zarafat2013-cü ilin bir ayını yola saldıq. Cəmi bir ay bundan öncə yeni il həvəsi iləyaşayırdıq. Düşünürdük ki, 2013 özü ilə bizə daha böyük rahatlıq, daha yaxşıgün-güzəran, daha çox anlaşma gətirəcək. Görünür, tələsib. Tələsən də ki,məlumdu hara düşür?.. Təbii ki, radara yox...

Bəli, biz tələsdik,elə bizə də baxıb 2013-cü ilin birinci ayı da əməlli-başlı sürət götürdü. Nətəhər sürət götürdüsə, artıq bir ay arxada qalıb. İndi siz bu yazını yeni ayda,yəni fevralın 1-də oxuyursunuz. Elə mən də sizlə birlikdə fevralın 1-ini üzügeri, yəni yanvar ayına tərəf boylanıram. Etiraf edək ki, yanvar çox qəribə biray oldu. Bilmirəm sözün kökündəki "yan" işləri korladı, yoxsa hansısa  kənar barmaqlar... Amma hər nə oldusa, təkcəyanvara olmadı, elə bizə də oldu. Elə biz də "yan"varın odundayandıq. Allah axırını xeyir eləsin, bu yanmaq məsələsi çox qəliz məsələdi.Məşhur "Bəyin oğurlanması" filmində deyildiyi kimi, "bu tərəfnənqulaq asıb, o tərəfnən oynamaq" mümkün deyil. İndi bütün tərəflər həmqulaq asmaq, həm də oynamaq istəyir. Bax elə mən də gəlirəm mətləb üstünə. Yənihəm sağdan, həm də soldan gördüklərimi, dinlədiklərimi fevralın 1-dən üzüyanvara tərəf baxıb həmin o bəlli mənzərəni göz önünə gətirirəm...

Bu ilin yanvar ayıötən ilin yanvar ayından xeyli fərqləndi. Nə qar yağmadı paytaxta, yəni keçənilki səviyyədə qar yağmadı, nə də şaxta olmadı. Amma bu il ötən ilki yanvardanfərqli olaraq daha qəliz məsələlər baş verdi ki, bu şaxtadan da, qardan dasoyuq, sərt və bəzən də arzuolunmaz reaksiyalar qoydu ortaya. İndi mən deyim,siz də dinləyin. Daha doğrusu, oxuyun...

Deməli, yanvar ayındaXırdalan sakininin tək övladı "N" saylı hərbi hissədə müəmmalışəkildə dünyasını dəyişib. Bu hadisə paytaxtda icazəsiz mitinq-aksiyaya səbəboldu. Bunun ardınca paytaxta növbəti bir aksiya da keçirildi. Bunun da mövzusuİsmayıllı hadisələri oldu. O cümlədən ölkənin regionlarında da həmin İsmayıllıhadisəsi ilə bağlı müxalifətin verdiyi informasiyalara görə, insanlarınnarazılığını ifadə edən, miqyas baxımından irili-xırdalı aksiyalar dakeçirildi. Gəncədə 20 Yanvar anım mərasimi ilə bağlı  xırda bir olay da yaşandı. O cümlədən ölkəninşimalında, cənubunda, xüsusilə Lənkəran bölgəsində bəlli söz-söhbətlər ortayaçıxdı. Hətta yanvar ayı ilə bağlı, yəni İsmayıllının İvanovka kəndi ilə əlaqəlirus mətbuatı da palaz-palaz yazılar dərc etdi.

Bu, yanvar ayının necədeyərlər, dilxorçuluq doğuran mənzərəsi idi. Yəni  həm güc strukturlarına, həm hakim partiyaya,həm müxalifətə, həm də bütövlükdə cəmiyyətə məhz bu dilxorçuluq müəyyəngərginliklər yaşatdı. Bu yaşanan gərginliyin üstünə xalq yazıçı ƏkrəmƏylislinin Moskvada nəşr olunmuş romanı da bir kasa yağ damızdırdı.

Bəli, yanvar ayınındilxor mənzərəsinin fonunda yaddaqalan uğurlu məqamlar da oldu. Öncə ölkəhəyatında xüsusi yeri olan Nazirlər Kabinetinin iclasını xatırlayaq.Prezidentin sədrliyi ilə keçən bu iclasda iqtisadi durumumuza münasibətaçıqlandı. İkinci önəmli məqam Davos görüşləridi ki, bunun barəsində artıq hərkəs bilir. Həmin iqtisadi forumun aprel toplantısı da Bakıda keçiriləcək.Üstəlik, yanvar ayında Azərbaycanın birinci xanımı Pakistan ictimaiyyətinin yektilrəyi ilə "İlin adamı" elan olundu...

Deməli, təkcə yanvarayının bir-birindən fərqli mənzərələrini göz önünə gətirəndə, xüsusilə vahidtürk ordusunun yaradılması barədə qərarının qəbul olunmasını yada salanda belədüşünmək olar ki, sürətlə başa çatan yanvar ayı tariximizdə də, yaddaşımızda daiz qoya bildi. Yəni yaşadığımız və artıq tarixə çevrilmiş 2012-ci ilin yanvarayı əsəblərimizi tarıma çəkməklə yanaşı, bizi ara-sıra sevindirməyi də bacardı.Necə deyərlər, bu tarix dünya tarixinin bir səhifəsi olmaqla bizim üçün önəmkəsb etdi.

Bəli, yanvarınmənzərələri hər kəsin baxış bucağında bir cür görünsə də, ümumilikdə ortaq birməqam var. O da ölkə ictimaiyyətinin fəallığı, ölkə iqtisadi durumununstabilliyi və bir də hər kəsin içində olan özəl məninin ayaqda olmasıdır.Zənnimcə, biz öz mənimizi, öz mənliyimizi hər şeydən və hər kəsdən qorumaqlayanaşı, öz mənəviyyatımızı da nəyə isə hərisliyə qurban verməməliyik. Əkshalda, özəl mənliklə özəl mənəviyyat üz-üzə gələcək və onda çart verən nələrisəbərpa etmək çətin olacaq.

Əbülfət MƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV