adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Aqil ABBAS:TOFİQ YAQUBLUYA BİR KAÇ KƏLMƏ

AQİL ABBAS
98478 | 2016-07-15 15:00

Yenə at ilxısı, köpəksürüsü çəkib qılıncını gəlib üstümə. Növbəüstə az qala bir-birinin başını yarırlar ki, kim daha tez və daha çox söyəcək. Həm xaricdən, həm də daxildənkimlərsə tərəfindən idarə olunan qruplardı. Qarşılarına da qoyduqları məqsəd həmbu dövləti, həm bu iqtidarı, həm də bu millətin ziyalılarını, məşhur adamlarınınüfuzdan salmaq üçün, doğru söz deyənlərisusdurmaq üçün dəridən-qabıqdan çıxırlar.Bilgisayarın arxasında gizlənib sosial şəbəkəqəhrəmanlarına çevriliblər.

Mənə belə bir hücumbirinci dəfə deyil. Mən kənddə doğulmuş bir kəndli balasıyam, torpağın da nə olduğunubilirəm. Atam təsərrüfat rəhbəri olub. Uzun illər də kənd təsərrüfatı problemlərini işıqlandıran bir qəzetdəçalışmışam. Və bilirəm ki, şair demiş,

Torpağa kül tökməsən

Dönəcək külə torpaq.

Müsahibələrimin birindədemişdim ki, kəndliyə pay torpağı veriblər,getsin soğan əksin, nə istəyir əksin, təki əksin. Allah, Allah, sosial şəbəkələrdə söyüşün biribir qəpik. Kəndliyə nə deyim? Deyim əkmə, qardaş, gəl Bakının küçələrində yük daşı, qul bazarlarında otur?!

İkincisi. TürkiyəninRusiyanın hərbi təyyarəsini vurması ilə bağlı. Bundan sonra Türkiyənin başına nə gələcəyini qabaqcadan görə bildiyimdənvə gördüm də və hamınız gördünüz də, dedimki, Türkiyə üzr istəsin, məsələ bitsin. Vətənşüvənlər,yalançı millətçilər, özləri Moskvanın agentiolanlar məni Vətən xaini elan etdilər. Yenəsöyüşün biri bir qəpik. Nə oldu bəs? Bəs niyə üzr istədi Türkiyə? Bunu səkkiz ay bundan əvvəl eləyə bilməzdimi ki, başınabu bəlalar gəlməsin, həm də terror qol açıb Türkiyədə şıdırığı oynamasın?! Və sonrada mənisöyənlər düşdülər sayın Ərdoğanın üstünə. Ağlınıza dua yazım.

İndi də üçüncüsü.Bir şəhidin banka krediti ilə bağlı məlum olay. Saytların birinə bu barədə açıqlamamda belədemişəm: «Bu il aprel döyüşlərindəşəhid olan Seymur Baxışovun ailəsinin "Bank of Baku"ya olan borcunuMüdafiə Nazirliyi ödəməlidir”.

BunuAzNews.az-a açıqlamasında Milli Məclisin deputatı AqilAbbas deyib. Bildirib ki, Azərbaycan qanunvericiliyində şəhidlərin banklaraolan borclarının ləğv olunması ilə bağlı hansısa qanun yoxdur:"Qanunda şəhidin krediti silinməlidir deyə bir şey yoxdur. Banktəbii ki, öz pulunu istəyir. Ailənin də krediti ödəməyə imkanı yoxdursa, bankonları güllələyəcək, yoxsa məhkəməyə verib sürgün etdirəcək? Neyləyə bilərləraxı o ailəyə? Şəhidimizin ailəsi qətiyyən narahat olmasın, qoy bank onlarıməhkəməyə versin”.

Millət vəkili şəhidlərin banka olan borcunundövlət tərəfindən ödənilməli olduğunu vurğulayıb:"Çünki onlar bu dövlətin yolunda şəhid olublar.Həmin şəhidin ailəsinin krediti ödəməyə imkanı yoxdur, buna görə də o borcudövlət ödməlidir, vəssalam”.

Sayt da reytinq xətrinə,həm də görünür məni söydürmək üçün ürəkləri gedirmiş, sağ olsunlar, fikrimi konteksdən çıxarıb başlıq qoyublar. Bu barədə iki gün öncə «Tərbiyəsizlik»adlı nəsə yazmışdım, onu təkrar etmək istəmirəm.Kim istəyirsə tapıb oxuyar.

Və marıqda yatanat ilxısı köpək sürüsü qılıncını çəkib yenə cumub üstümə. Bəziləri mənim dediyimi heç oxumayıb, bəziləri də oxuyub, mənim həminşəhid və şəhidlərlə bağlı dediyim həqiqətlərin(yuxarıda özünüz oxudunuz) onlara sərf eləmədiyi üçün bir cümlədən yapışıb özlərini cırırlar. Guya mən şəhidləri təhqir etmişəm. Yenə sosial şəbəkə «qəhrəmanları»məni söymək, təhqir etmək növbəsində başyardıyaçıxıblar.

Onlaracavab vermək fikrim yoxdu. Sadəcə olaraq məni söymək sırasına girmiş Tofiq Yaqubluya bir kaç kəlmə deməkistərdim. Niyə məhz Tofiq Yaqubluya?

Çünkimən onu bir ziyalı, elmli, qələmli bir insankimi tanıyıram. Həm də Qarabağ savaşında odun-alovun içindən çıxmış, sinəsini düşməngülləsinə sipər etməyi bacaran bir insankimi tanıyıram. Elə bir dostluğumuz, münasibətimiz də yoxdu, ümumi dostlarımız var. Yəni hörmət etdiyim bir insanidi. Onun kimi bir ziyalının xora qoşulmasını (mən elə bilirdim o solistdi) heçgözləmirdim. Təəssüf.

Tofiq Yaqublununsosial şəbəkədə yazdığı status: «Aqil Abbasdeyir ki, qanunda şəhidin kredit borcunu ödəmək maddəsi yoxdur.

Yoxdur, yarat daaa!Orda niyə oturubsan? İkincisi də, qanundasaxta yolla deputat mandatı almaq var məgər?»

Tofiq Yaqublu, siz mənim bu məsələ ilə bağlı açıqlamamı oxuyubbu statusu yazmısınız, yoxsa oxumamış? Oxuyub yazmısınızsa, ayıb, oxumayıb yazmısınızsa,iki ayıb.

İndi gələk bunu xırdalayaq.Mənim söyülməyimə səbəb olan fikirdən başlayaq. Əgər Azərbaycan Respublikasınınheç bir qanununda belə bir şey yoxdusa, mən deyəydim var? İkincisi,özəl banklar və ümumiyyətlə, özəl şirkətlər öz nizamnamələri ilə işləyirlər. Necə ki, sizinmənsub olduğunuz partiya da öz nizamnaməsivə proqramı ilə işləyir. Bankların nizamnamələriMilli Məclisdə qəbul olunub təsdiq edilmir. Milli Məclis bankların fəaliyyəti iləbağlı qanun qəbul edə bilər, amma onların nizamnamələrini müzakirə etmək hüququ yoxdu. Həmin qəbul olunanqanunda da bankların necə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Eləcə də sizin partiyanınnizamnaməsinə və proqramına Milli Məclis qarışa bilməz, əgər orada terror və dövlətəleyhinə nəsə nəzərdə tutulmayıbsa.O məsələylə də Milli Məclis məşğul olmur, Ədliyyə Nazirliyi və digər orqanlar məşğulolur. Sadəcə olaraq, Milli Məclis siyasi partiyalar haqqında qanun qəbul edir.

«Yoxdur, yarat daaa!».O üç dənə «a» lap ləzzət elədi. Siz hakimiyyətdəolanda yaradaydınız danaaa! Sivil bir ölkədədövlət və ya hökumət özəl bir bankın və yabir partiyanın işinə qarışa bilərmi ki, sənbelə eləməlisən, elə işləməlisən və sair və ilaxır.

«Orada niyə oturubsan?»Bağışla da sizdən icazə almamışam orda oturmaq üçün. Orda niyə oturmaq istədiyimibilmək istəyirsinizsə, gedin Qarabağa, camaatdan soruşun, ya da sizinlə çiyin-çiyinədöyüşən və sağ qalan qazilərdən. Mənim ordaniyə oturub-oturmadığımı məni orda oturdan seçicilərim bilir.

Yeri gəlmişkən, 2010-cu il seçkilərində partiyanız mənə bir alternativ vermişdi. Yazmışdılar «Ağcabədili iş adamı». Maraqlandım ki, bu kimdi? Müsavatçı dostlara zəng elədim, hətta Müsavatınicra aparatına zəng elədim ki, bu kimdi? Tanıyan olmadı. Çox axtarandan sonra məlum oldu ki, Ağcabədidəstadionun yanında təkər təmir eləyir. Olsun, halal yolla pulunu qazanır, burda pisşey yoxdu. Amma məsələ ondaydı ki, Ağcabədidə çox ləyaqətli Müsavat üzvləri var, rayonda tanınan, seçilən, sözü keçən, ağsaqqalkimi qəbul olunan müsavatçılar, məsələn deyək,Hindarxdan İsa müəllim. Həm həmin kənddə, həm də rayonda böyük hörmət sahibidi vəmənim özümün də hörmət elədiyim bir insandı. Amma belə şəxsləri qoyub, hətta partiyanın yuxarı təbəqə üzvlərinin, icra aparatınıntanımadığı və eləcə də rayonda maşınınıntəkəri xarab olmuş müəyyən bir qismdən başqaheç kəsin tanımadığı bir adamı. Xahişedirəm, növbəti seçkilərdə bunu nəzərə alasınız.

«İkincisi də, qanundasaxta yolla deputat mandatı almaq var məgər?»Əvvəla, yoxdu. İkincisi də ki, yaxşı olar ki, partiyanızdan Milli Məclisdə uzun illər təmsilolunmuş dostlarınızdan bunu soruşasınız ki, hansı yolla seçiliblər. Və onlar hansı yolla seçiliblərsə, mən də o yolla seçilmişəm,eləcə də digər deputat həmkarlarım. Əgəronlar saxta yolla seçilmişdilərsə, deməli, biz də saxta seçilmişik. Yox, əgər onlar demokratik yolla seçilmişdilərsə, biz də o yollaseçilmişik.

Qayıdaq «Niyə ordaoturubsan» sualınıza. Çox misallar çəkə bilərəm, amma ehtiyac yoxdur. Sadəcə, sizəməlum olan bir faktı deyim, kifayətdi.

Qızınız avtoqəzatörətmişdi, nəticədə bir insan ölmüşdü. Bu avtoqəza idi, qızınız onu bilərəkdənöldürməmişdi. Hansısa bir yanlışlıqdan ölümə sürükləmişdi. Hər halda bir insan,ya elə, ya belə, dünyasını dəyişmişdi. Vəbir daha deyirəm, bu bir avtoqəzaydı, hamının başına gələ biləcək, istənilmədən,olacaq bir qəza. Amma mən bir insan kimi, bir ziyalı kimi razı ola bilməzdim ki,sizin qızınız oldu-olmadı, dəxli yoxdu, bir azərbaycanlı xanım təsadüfi bir avtoqəzailə bağlı həbsdə yatsın. Və bununla bağlı ali dairələrə olunan müraciətə ilk imzaatanlardan biri mən oldum. Allaha şükür, xanım da azadlığa çıxdı, ən çox sevinənlərdənbiri də mən oldum. Və buna görə də mənə təşəkkürünüzü çatdırdınız, minnətdarlıq elədiniz, mən də cavabımdabildirdim ki, bu mənim insanlıq borcumdu. Siz həbs olunanda da «Ədalət» qəzeti sizə dəstək kampaniyasına qoşulmuşdu.

Və bunları sizə xatırlatdığımüçün sizdən üzr istəyirəm.

Keçək bir daha şəhidlərləbağlı məsələyə. Mirşahin Ağayevdən xahiş edək, kimin şəhidlərə nə qədər sevgisi,diqqəti, yanğısı varsa, ona da bir «metr» təyin eləsin.

Xorlarına qoşulduğunuzsosial şəbəkədə yazırlar ki, sən nə bilirsənşəhid nədi, şəhidin olsa bilərdin. Əvvəla, bütün şəhidlər xalqımıza əziz olduğukimi mənim üçün də əzizdi və doğmadı. Şəhidinnə olduğunu da çoxlarından çox yaxşı bilirəm.Əvvəla, bir bacımın əri, polis kapitanı Əkbər Alıyev Ağdam döyüşlərində şəhid olubvə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib. Övladını da mən böyütmüşəm. Şəhidlik acısı budu.Başqa bir qohumum şair Zakir Fəxrinin qardaşı Kamil Sabitovun nəşini qucağımda Ağdamməscidinə gətirmişəm, kəfənlətmişəm, tabutaqoydurub aparmışam qohum-əqrəbalarıyla, döyüş yoldaşlarıyla birlikdə dəfnə.

Neçə-neçə şəhidinnəşini qucağımda, özü də şəxsi avtomobilimdə,başlarını dizimin üstünə qoyub Ağdam məscidinəgətirmişəm, kəfənlətmişəm, göndəriblər valideynlərinə. Buyurun, zəng edib Ağdam məscidinin axundu Hacı Baratdan soruşun.

Uzun illər onlarlaşəhid ailəsinə «Ədalət» qəzetindən maaş bağlamışam, yəni öz cibimdən. Qəzetin adından vermişəm ki, onlarbirdən inciyə bilər. Kim inanmırsa, gəlsin mühasibatlıqdan həmin sənədləri çıxarsın. Mühasibatımıza inanmazlarsa, həmin ailələri tapa bilərlər. Şəhidlərin abidələrinin götürülməsində,adlarının əbədiləşdirilməsində, onların adlarına layiq abidə qoyulmasında, adlarına bulaq çəkilməsində… Həmin şəhidlərin ruhu mənibağışlasın ki, bunları yazıram.

Dördüncü yadımdançıxmışdı. Aprel döyüşlərində Ağdamdaydım, son səngərdə, göydən ol-alov yağanda.Mənim xəbərim olmadan və məndən icazəsizşəklimi çəkib qəzetə vermişdilər.Yüz dəfələrlə səngərlərdə olmuşam, əsgərlərin arasında olmuşam, amma heç vaxt şəklimin çəkilməsinə və ya qəzetdə çap olunmasına icazə verməmişəm. Bunları bir vətəndaşlıq borcu bilmişəm. Vətəndaşlıq borcunagörə isə kimdənsə sağ ol və ya tərif gözləməzlər.

Mən erməni gülləsininaltındayam, yenə at ilxısı köpək sürüsü yaxasını cırmağa başladı ki, yəqin işğal olunmuş ərazilərdəsoğan əkdirməyə yer axtarır.

Nə isə… Tofiq bəy,bilirəm ki, mənə cavab yazacaqsınız, amma məsləhət deyil. Siz də sözünüzü dediz,mən də. Savaş istəmirəm, amma savaş açarsınızsa, sizə «Quran»dan bir ayəni xatırlatmaqistəyirəm: «Savaşın! Sizə qarşı savaşanlarla savaşın!»

Bizim isə savaşılacaqbircə savaşımız var. O da haçansa sizin və mənim savaşdığım Qarabağ savaşı! Tanrıbu işdə bizə yardımçı olsun!

P.S. Arif Hacılı,sabahın xeyir!


TƏQVİM / ARXİV