adalet.az header logo
  • Bakı 18°C
14 Iyul 2016 14:43
36094
HÜQUQ
A- A+

Ağacı kəsdiyinə görə 10 min manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "qaynar xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Adalet.az-a bildirib ki, şikayət ETSN-in əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli fərqliölçüdə ağac və kol bitkilərinin "Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək "Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10000 manat məbləğində cərimə olunub.