adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Iyul 2016 14:15
16741
GÜNDƏM
A- A+

ÖZÜNÜ PİS APARAN DEPUTATLARIN VALİDEYNLƏRİNİ ÇAĞIRSINLAR

Milli Məclisdə baş verən son olaydan sonra deputat Zahid Oruca töhmət verilməsinin üstündən bir ay keçir və ölkədə mövzu qıtlığından hələ də müzakirə olunur.

Deputat özünü pis aparanda cəzası nə olmalıdı?

Redaksiyamıza bir təklif göndəriblər. Təklif müəllifi yazır ki, biz orta məktəbdə oxuyanda xoşagəlməz bir iş görəndə müəllimlərimiz valideynimizi çağırırdı məktəbə. İndi də deputatlar özlərini xoşagəlməz aparanda yaxşı olar ki, valideynlərini çağırsınlar Milli Məclisə. Valideyn də nə cəza verər, verər.

Maraqlı təklifdi.