Aqil ABBAS: AŞIQ ŞƏMŞİR DƏLİDAĞDAN KEÇƏNDƏ…

AQİL ABBAS
100241 | 2017-03-31 12:54

 Mən cənnəti görmüşəm.Nəinki görmüşəm, hətta o cənnətdə yaşamışam. O cənnətdəki Zəmzəm bulağının (mənim gördüyüm cənnətdə Zəmzəm bulağı tək deyildi,yüzdən çoxuydu) suyundan ləzzətlə içmişəm.Hətta o Zəmzəm bulağında və ya bulaqlarında doyunca çimmişəm də. Üz-gözümdə biraz nur varsa o Zəmzəm bulağından və ya bulaqlarından hopub qalıb. Kim o bulaqlardan su içərdisə, o bulaqlarda çimərdisə düz bir il xəstələnməzdi, yanağındanqan damardı. Mən Dədə Şəmşiri də ilkdəfə o cənnətdə görmüşəm. At belində, sazıçiynində, qocalı-cavanlı, gəlinli-qızlı, alaçıqlardan bayıra qaçardılar ki, Dədə Şəmşirə tamaşa eləsinlər.

Mən dağlar aşiqi, şairlər şairi Sücaəti də ilk dəfə Dəlidağda görmüşəm.


O cənnətdə Dədə Şəmşirinsazının sehrinə düşən Səməd Vurğun cəhənnəm əzablarına qatlaşanda Dədə Şəmşiri köməyə çağırırdı:

Aşıq Şəmşir,Dəlidağdan keçəndə,

Kəklikli daşlardanxəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub yadasal məni!

Ceyran bulağı,Yüz bulaq, Gəlin qayası, Dəlidağ… Hansısabir alman filosofuyazır ki: «Allah dünyanı yaradandaAzərbaycanı cənnət yaratdı. Sonra qorxdu ki,bütün insanlar Azərbaycanaqaçar, ona görə hər kəsə öz Vətənini şirin elədi».Nemes olsa da köpəyoğlu yaman deyib.Azərbaycanın bütövlükdə nə qədər cənnətolub-olmadığı mübahisə doğura bilər, amma mənim yuxarıda sadaladığım yerlər əsl cənnət idi.


Gələk Dəlidağa. Niyə Dəlidağdan yazdım? Sondaaydınlaşar.

Təzə nəsil bilməz, köhnə nəslin də çoxu bilməz,bilənlərin bəlkə də çoxunun yadındançıxıb, Kəlbəcərlə Laçının arasındadı Dəlidağ. Tanrının möcüzəsi.Və bizə sağlığımızda bəxş elədiyi cənnətin birparçası. Dünyada Ağıllı dağ, Müdrik dağ varmı-yoxmu bilmirəm, bəs bizim dağımızniyə dəliydi?!

Göy üzü tərtəmiz,Şəhriyar demiş, gün dalını dağlayır və qəfilqapqara buludlar… göylər şaqqıldayır, yağış,tufan, sel. Qaçıb girirsən alaçığa. Yağış çadırı nə cürdöyəcləyirsə dünyanın heç bir bəstəkarının bəstələyə bilməyəcəyi ecazkar bir musiqi ruhunu oxşayır.Təxminən yarım saat, nə bilim qırxdəqiqə. Sonra Tanrı mələkləri göndərir, buludları dağıdıbharalarasa aparırlar. Yenə göy üzütərtəmiz, yenə gün dalını dağlayır.

Və millət qaçır yollarda batıb qalmış maşınlarınköməyinə.

- Bir, iki, üç! Ya Əli! Ya HəzrətAbbas!

- Ə, az qaz ver, təkəri yandırarsan!

- Ay uşaq, ay bala, kənara durun, təkərin altına düşərsiniz!

- Ə, güc verin dana! Əlinizi pişik yeyib?!

Nəhayət, Həzrət Əlinin, Həzrət Abbasınköməyi ilə və qollarının gücünə maşınıbatdığı yerdən basıb çıxarırlar.

- Uraaaa!

Maşın basanların və kənardan azarkeşlikedənlərin alqışına (elə bil «Neftçi»«Ararat»a qol vurub) az qala Dəlidağ səksənir.

Maşın basanların xanımları təzəcə ərlərinin, oğullarının paltarlarını deyinə-deyinə təmizləyib ipdən asırlar ki…

… göy üzü tərtəmiz, gün dalını dağlayır,nəinki qara, heç ağ bulud da yoxdu…

… aləm dəyir bir-birinə, bir dolubaşlayır, bir dolu başlayır, heç kəs inanmaz,amma Dəlidağı görənlər sözümü təsdiq edər.Göydə bulud yox, bu dolu hardan yağdı? İndi alimlərimiz deyəcək ki, belə şeymümkün deyil. Axı mən və mənim kimi Dəlidağda olanlar bunun dəfələrlə şahidi olub. Bu, Tanrının möcüzəsidi, ay Tanrıyainanmayanlar. Hamı qaçıb doluşuralaçıqlara. Minik maşınları olanlarınhalına baxasan, evdə yorğan-döşək qalmır,daşıyıb tökürlər maşınınüstünə.

Bu dolu çəkər 15-20 dəqiqə. Sonra uşaqların dolu daşlaşması başlar.

Torpaq yağışın,dolunun səmmini alıb bir az toxdayandan sonra top atılar ortalığa,futbol qıyhaqıyı, vur-çatlasın. Hakim də söyüş olardı.

- Penal. Top əlinə dəyib.

- Yalançının…

- Lap yalançının…

Kimin söyüşüdaha güclüydü, səsi daha bərk çıxırdı, qolu daha qüvvətliydi, ya daha yaxşıağac çalırdı, onun sözü keçirdi.

Və bir də gördün duman-çən gəldi, oyun qaldı yarımçıq. Yenə hamı çəkildi alaçıqlara, ortalığa nərd gəldi, şahmat gəldi,ya da bir alaçılığa yığıldılar, loto gəldi ortalığa. Onda dominodəb deyildi. Cavanlar da sivişib aradançıxdılar, çəkildilər bir xəlvətə, girişdilər qumara.

Alaçıqların ağzındada samovar tüstülənərdi. O samovar tüstüsününçox qəribə, şirin bir qoxusu gəlirdi.

Yayın tülyanında heç sulu qarın yağdığınıgördünüzmü? Deməli, Dəlidağda olmamısınız.

Ən gözəl axşamların biri də futbol olandaydı. Hamıdaradio yoxuydu ki. Yığışardılar bir radionun başına, bəlkə yüz adam. Həmin vaxt, vallah, Valid Sənaninin səsi Xan əminin səsindən də şirin gəlirdiadama. İllah da ki «Neftçi» qol vuranda.

Bilmirəm, Valid SənaniDəlidağda olub, ya yox, amma səsi Dəlidağı çox gəzib.

Düz o Dəlidağın başına çıxmışdımdostlarımla. Torpağı qazıb, qazdığımyerə daş doldurub iri hərflərlə dağın ənyüksək yamacına «Aqil» yazmışdım.

Dərviş Cavanşirin (Cavanşir Eloğlu) gözəl bir şeiri vardı:

Qurban olum,torpağına, daşına,

Qaldır məni Əlincəninqaşına.

Qoy dolanım, Vətən, sənin başına,

Deməsinlər pərvanəsiçatışmır.

Mən Dəlidağın qaşında çox olmuşam, amma pərvanəsi olmağagücüm çatmadı.

İndi nə DədəŞəmşir Dəlidağdan keçir, nə Ceyran bulağından qızlar içir, nə Sücaətin ahı Dəlidağı oyadır, nə də alaçıqların qabağındasamovar tüstüləyir. Yəqin mənim adımıyazdığım daşlar da göyərib.

Bakıda havalaryayın qora bişirdiyi bir vaxtda sərin keçir; gah yağış yağır, gah gün çıxır, gah külək əsir. Sosial şəbəkələrdə oxuyuram, kimideyir Yesintuki Bakıya gəlib, kimi deyir Kislovodski, kimi də deyir Soçi. Dəlidağdanötəri burunlarının ucu göynəməkdən göy əskiyədönmüş qarabağlılar da deyir ki, DəlidağBakıya gəlib. Boş sözdü, dostlar, gəlsə dəBakıya niyə gəlir ki, gedər ilanmələməz çöllərdəki qaçqın qəsəbələrinə!

Xudu MəmmədovDəlidağda öz cibinin puluna və təbii ki, Sadıq Murtuzayevin də əməyiniqeyd etməliyik, səkkizguşəli möhtəşəmbir «Çoban evi» tikdirmişdi, təxminən 80-ci illərdə. Sadıq Murtuzayev oratelefon da çəkdirmişdi. Və o vaxt heç kəsbilmirdi ki, bu «Çoban evi» niyə səkkizguşəli ulduz formasındadı.

Sücaət:

İçimdə bir qəribney sızıldayır,

Yəqin bürüyübdüduman dağları.

Ayağım yerimir,gözlərim görmür,

Oyadarmı bu ah, aman dağları?!

Yox, əmioğlu, oyatmır. Mənə inanmırsan, səndən sonra yanına gələnlərdən soruş.Amma bilmək olmaz bu dünyanın işlərini. Bəlkə mən yanına gələndə dedim ki, əmioğlu, ahın, amanın dağları oyatdı.


TƏQVİM / ARXİV